Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-56/2021 11.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı iddia qaldırmış, cavabdeh tərəfindən İddiaçınə vurulmuş 1656,80 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh şəxsdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi borclu Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 12-57 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilə imzalandığını, həmin müqavilə əsasında İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etdiyini, cavabdeh tərəfindən bağlanmış müqavilənin şərtləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığını, təbii qazın talanması faktlarının aşkar olunduğunu, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırmaqla rəsmiləşdirildiyini, iddiaçıya cavabdeh tərəfindən 1552,30 manat məbləğində maddi zərərin dəydiyini, əlavə olaraq qaz sərfiyyatına görə ödənilməmiş 104,50 manat debitor borcunun yarandığını bildirərək məhkəməyə müraciət etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə göndərərək, pandemiya ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2020-ci il tarixli 12-57 nömrəli “qazın alqı satqısına dair” müqavilədən görünür ki, paylayıcı İddiaçı İB istehlakçı Cavabdeh kefiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt üzrə 8856 m3 qaz itirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 5904 m3 qaz itirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 763 m3 qaz itirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya cavabdeh tərəfindən 885,60 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya cavabdeh tərəfindən 590,40 manat və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya cavabdeh tərəfindən 76,30 manat maddi zərər dəymişdir. Ekspert rəyi: Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 22 nömrəli rəyindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 1656,80 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “İddiaçı ilə Cavabdeh arasında qazın alqı-satqı barədə müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən cavabdeh iddiaçıya 1656,80 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (alqı-satqı müqaviləsi, aktlarla, abonentin saldosu ilə) sübuta yetirmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (cavabdeh) təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə vəzifələrinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərəin əvəzini ödəməlidir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunu”nun 6.2-ci bəndinə əsasən bilərəkdən və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya borcunun tam ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s`übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1656,80 manat (bir min altı yüz əlli altı manat səksən qəpik) borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-56/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-56/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver