Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-56/2022 06.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh həyat yoldaşı X7 borclu olduğu 22000 (iyirmi iki min) ABŞ dolları və dövlət rüsumu olaraq ödədiyi 203 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 06.01.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən ümumilikdə 2500 ABŞ dolları pulun müxtəlif qohumlar vasitəsilə mərhum həyat yoldaşına ödənildiyi müəyyən olunduğundan iddia tələbinin həcminin azaldılaraq 19500 ABŞ dolları pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul olunmuş və işə azaldılmış iddia tələbi hüdudlarında baxılmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası mərhum həyat yoldaşı X4 2013-cü ilin dekabr ayında Cavabdeh 22000 ABŞ dolları məbləğində borc verdiyini, Vurğunun borcunu vaxtında ödəyə bilmədiyini, 30.08.2016-cı il tarixdə borcun etirafı barədə notariat orqanında ərizə verdiyini, borcunu 3 il ərzində hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü, Vurğunun borcunu ödəmədiyini, hər dəfəsində imkanı olmadığını, imkanı olan kimi qaytaracağını dediyini, həyat yoldaşı X4 28.04.2019-cu il tarixdə vəfat etdiyini, yoldaşından miras qalan əmlaklar barədə notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsi aldığını, haliyyədə vərəsə kimi Vurğundan pulu tələb edəndə onu aldatdığını, Vurğunun özünün də borcu etiraf etdiyini, lakin pulu hər dəfə istəyəndə imkanı olmadığını dediyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadaladığı halları bir daha təsdiqləmiş, əlavə olaraq yoldaşının pulu cavabdehə harda verdiyini bilmədiyini, cavabdehin atasına da zəng edərək oğlunun borcunu ödəmədiyini bildirdiklərini, atasının onlara borcu qaytaracaqlarını bildirdiyini, lakin qaytarmadıqlarını, cavabdehi axırıncı dəfə notariusda gördüyünü bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh izahatında və verilmiş sullara cavabında borcu iddiaçının böyük oğlu X1 aldığını, onunla yaxşı münasibəti olduğunu, 2010-2011-ci illərdə Bakıda işləyəndə Şahinin Nərimanov rayonunda tikintidə mühafizəçi işlədiyini, onunla tanışlığının orada yarandığını, sonradan Şahinin həbs olunsa da, onunla tez-tez danışdığını, özünün əvvəllər ticarət sahəsində səriştəsi olduğu üçün o sahədə çalışmaq istədiyini, bir gün Şahinlə danışanda Sədərək bazarında şərikli işləmək istədiyini, arendaya yer götürmək və mal almaq üçün pula ehtiyacı olduğunu bildirdiyini, Şahinin ona pul tapmağın problem olmadığını dediyini, 2013-cü ilin dekabr ayında gecə saat 10-11 radələrində 16000 ABŞ dolları pulu qardaşı X5 vasitəsilə ona çatdırdığını, Müşviqin pulu verməyə Qara adlı şəxslə birlikdə gəldiyini, onun aldığı pulu 5 ay faizlə qaytardığını, yerdə qalanını isə 13 ayın tamamına qədər ödəyəməyi öhdəsinə götürdüyünü, iddianı qismən qəbul etdiyini, çünki 2013-cü ildən başlayaraq 13000 ABŞ dollarını faizlə ödədiyini, 9000 ABŞ dolları qaldığını, Şahinin qayınatasına 2-3 dəfə, qardaşı Müşviqə 4-5 dəfə ödəniş etdiyini, Şahin pulu qohumlarından alıb verdiyindən həmin adamların borcunu tələb etdiyini bildirdiyini və Bakıda olduğu üçün Şərur şəhərində yaşayan atası Novruzov Məhərrəmə borclu olduğuna dair ərizə verməsini tələb etdiyini, o isə aradakı söz-söhbətə son qoymaq üçün ərizə verdiyini, bu zaman qardaşının yanında olduğunu, onu şahid qismində çağırmağa ehtiyac olmadığını, notariusda ərizə verdiyi zaman heç bir təzyiq olmadığını, ərizə verərkən məhkəməyə müraciət ediləcəyini və bu pulun ondan tələb olunacağını düşünmədiyini, 2016-cı ildə 22000 dollar borcunun olduğuna dair notariusda ərizə verəndə dolların məzənnəsinin indiki ilə eyni olduğunu bildiyini, 2016-cı ilin avqustundan sonra 1700 manat pulu Şahinin əmisi oğlu X6, 1000 manat pulu xalası oğlu olan X13 adında polisə, 1500 manat pulu isə poçtla qaynatasına göndərdiyini, lakin, məhkəməyə təqdim etmək üçün poçt qəbzini tapa bilmədiyini, pulları həmin şəxslərə verməyini Şahinin ona dediyini, 2016cı ilin avqustundan bəri ümumilikdə dediyi bu 2500 ABŞ dollarından başqa ödəniş etmədiyini bildirərək bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində əvvəllər Vurğunun Bakıda usta işlədiyini, bir dəfə Vurğunun onun mühafizəçi işlədiyi ofisin çayxanasına gəldiyini, onunla tanışlığının da onda yarandığını, bir gün Vurğunun ona zəng edərək qadın geyimləri satılan dükan açmaq istədiyini bildirdiyini, o isə cavabında bu cür məsələlərdən çox anlayışı olmadığını, lakin ona pul verə biləcəyini bildirdiyini, 17000 ABŞ dolları pulu və daha sonra 5000 ABŞ dolları pulu, cəmi 22000 ABŞ dolları pulu Vurğuna çatdırdığını, sonradan 2000 manat pulun da ona verildiyini, lakin əmoğlusunun ona Vurğungilin maddi vəziyyətlərinin pis olduğunu bildirdiyini, ona görə də, Vurğundan həmin məbləği tələb etmədiyini, pulu aldığı qohumlarının ondan pullarını tələb edəndə atasının Vurğunun borclarını qaytardığını, onun isə Vurğuna pulu atasına qaytarmasını dediyini, atasının Vurğunun pulu ödəməyəcəyindən və gələcəkdə danacağından narahat olduğunu, bu zaman onun Vurğuna zəng edərək notariusa gedib atasına borcunun olması ilə bağlı ərizə verməsini bildirdiyini, çünki, pulların hamısının Vurğunda olduğunu, Vurğunun notariusa qardaşı ilə birlikdə gedərək 22000 ABŞ dolları borcu olması və onu 3 il ərzində atasına qaytaracağı ilə bağlı ərizə verdiyini, həmin vaxt da hələ əlavə 2000 manatı güzəşt etdiklərini, buna baxmayaraq, onun sonradan atasına borcunu ödəməkdən yayındığını, Vurğunun 13000 ABŞ dolları pul qaytarmadığını, 2016-cı ildən sonra ona pul ödəmədiyini, sonra 2019-cu ildə atasının rəhmətə getdiyini, Vurğunun borcu ilə bağlı onun atasına zəng edərək oğlunun borclu olduğunu bildirdiklərini, Bakıdan Şərur rayonuna gələndə anasının vəziyyəti ona bildirdiyini, o da Vurğungilin qapılarına gedərək borcu tələb etdiyini, lakin onu atası və özü polis çağıracaqlarını bildirib təhdid etdiklərini, səs-küyə görə onun məcbur qalıb geri qayıtdığını, məhkəməyə müraciət etməli olduğunu anasına dediyini, anasının da məcbur qalıb məhkəməyə müraciət etdiyini, dediklərinin hamısını Vurğun özünün də təsdiq edə biləcəyini bildirdi. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayonu 2 saylı Notariat orqanı tərəfindən verilmiş 30.08.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh X2 22000 (iyirmi iki min) ABŞ dolları pul aldığını etiraf edərək borcunu 3 (üç) il ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.05.2019-cu il tarixli AZ-l № 748405 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28.04.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayonu 1 saylı Notariat orqanı tərəfindən verilmiş 23.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı X4 vərəsəsidir və o miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının əri X7 22000 ABŞ dolları borcu olduğuna dair 30.08.2016-cı il tarixdə borcun etirafı və borcunu 3 il ərzində hissə-hissə ödəməsi ilə bağlı notariat orqanına ərizə vermişdir. Cavabdeh aldığı borcu ödəməkdən yayınmışdır. X11 28.04.2019-cu il tarixdə vəfat etdiyindən arvadı İddiaçı onun miras əmlak üzrə tam pay hüquq olan qanun üzrə vərəsəsi kimi borc tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı 2500 ABŞ dolları pulun müxtəlif qohumlar vasitəsilə ödənilməsi aşkar olunduğundan, iddiaçı iddia tələbinin həcmini azaldaraq 19500 ABŞ dolları həcmində müəyyən etmişdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin məcəllənin 882.2-ci maddəsinə görə isə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.3-cü maddəsinin tələbinə görə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 19500 ABŞ dolları pul alınıb İddiaçı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 203 manat pul vəsaitindən iddia tələbinin həcminin azaldılmış hissəsinə, yəni 19500 ABŞ dollarına uyğun olaraq 189 manat Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. İddianın həcmi azaldıldığından Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə uyğun olaraq artıq ödənilmiş 14 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Gümüşlü kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 19500 (on doqquz min beş yüz) ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu tarixə olan manat məzənnəsi ilə və 189 (bir yüz səksən doqquz) manat dövlət rüsumu alınaraq ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilsin. İddiaçı tərəfindən 14.10.2021 tarixli 8014 və 1800 nömrəli qəbzlərə əsasən Kapital bankın Şərur filialı vasitəsilə X9 ödədiyi dövlət rüsumunun artıq olan 14 (on dörd) manatı ünvan 1 ünvanında yaşayan İddiaçı geri qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-56/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-56/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver