Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-569/2022 05.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Danyeri kənd sakini Cavabdeh ona verdiyi 7842 (yeddi min səkkiz yüz qırx iki) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Danyeri kənd sakini Cavabdeh onu yaxından tanıdığı üçün ona gələrək ondan borc istədiyini, icra sənədi üzrə pul ödəməli olduğunu, onun da bankdan kredit götürərək ona 7842 manat məbləğində borc verdiyini, həmin borcu Nihadın ona hər ay hissə-hissə ödəməli olduğunu, aradan bir müddət keçdikdən sonra Nihaddan pulu nə səbəbdən ödəmədiyini soruşanda, ona bir az vaxt verməyimi istədiyini, aradan 5-6 ay keçdikdən sonra Nihaddan yenə xəbər çıxmadığını, onun hər dəfə ona zəng vuranda vaxt istədiyini, onun da məcbur qalıb aidiyyatı orqanlara şikayət etdiyini, onun şikayətinə görə Nihadla aralarında saziş bağladıqlarını, may ayından başlayaraq hər ay ona 400 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin bu zamana kimi həmin pulu ödəmədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək, Şərur rayon Danyeri kənd sakini Cavabdeh ona verdiyi 7842 (yeddi min səkkiz yüz qırx iki) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 13 may 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh İddiaçı aldığı 7842 (yeddi min səkkiz yüz qırx iki) manat pulu may ayının 16-dan başlayaraq ayda 400 (dörd yüz) manat olmaqla ona ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 18306 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 98.42 (doxsan səkkiz manat qırx iki qəpik) manat rüsum ödəmişdir. İddiaçının izahatı və 13 may 2022-ci il tarixli barışıq sazişi ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 7842 (yeddi min səkkiz yüz qırx iki) manat borcunun olması işin mübahisəsiz halıdır. Məhkəmə tədqiqatı zamanı iş materiallarında olan tərəflə arasında bağlanmış 13 may 2022-ci il tarixli barışıq sazişindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı borclu olduğu 7842 (yeddi min səkkiz yüz qırx iki) manat pulu may ayının 16-dan başlayaraq ayda 400 (dörd yüz) manat olmaqla ona ödəyəcəyini öhdəsinə götürmüş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Eyni zamanda barışıq sazişində borclunun ödəliyi pozacağı təqdirdə tələbkarın tam şəkildə məhkəməyə müraciət etmək hüququnu özündə saxlanmasıda öz əksini tapmişdir. Buna görə də, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, İddiaçı borclu olduğu 7842 (yeddi min səkkiz yüz qırx iki) manat pulu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin iddiaçıya 7842 (yeddi min səkkiz yüz qırx iki) manat borcunun olması, həmin borcu may ayının 16-dan başlayaraq ayda 400 (dörd yüz) manat olmaqla ödəcəyi barədə 13 may 2022-ci il tarixli barışıq sazişi ilə üzərinə öhdəlik götürsə də, barışıq sazişinə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etdiyindən, ödənilmiş 98.42 (doxsan səkkiz manat qırx iki qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Danyeri kənd sakini Cavabdeh 7842 (yeddi min səkkiz yüz qırx iki) manat borc və 98.42 (doxsan səkkiz manat qırx iki qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7940.42 (yeddi min doqquz yüz qırx manat, qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-569/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-569/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver