Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-572/2021 21.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 fevral 2020-ci il tarixli 800804-859101/1 nömrəli kredit müqaviləsi üzrə 8264.96 manat məbləğində əsas borcu, 1608.0 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9872.96 (doqquz min səkkiz yüz yetmiş iki manat, doxsan altı qəpik) manat borcun və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsi ilə bağlı ərizə əlavə edərək, ərizəsində İddiaçı ASC-nin Cavabdeh qarşı 06.07.2021-ci il tarixli "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, iddia tələblərini müdafiə etdiklərini, iş üzrə təyin edilmiş baxış iclaslarında İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və təqdim olunmuş sənədlər əsasında bankın xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə borcalan Əkbərov Orxan Cəlil oğlu arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 800804-859/101 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 15.5% dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verildiyini, borcalan Cavabdeh əsas öhdəliyi lazımınca icra etmədiyini və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozduğunu, cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da onun banka olan borcunu ödəmədiyini, 06 iyul 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 8,264.96 manat məbləğində əsas borc və 1.608.00 manat faiz borcu olmaqla, ümumilikdə 9,872,96 (doqquz min səkkiz yüz yetmiş iki manat doxsan altı qəpik) manat məbləğində kredit borcu yarandığını, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürdüyünü, eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissəhissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında və tamamən icra edilmədikdə gecikdirilmiş kreditin yarandığını, belə ki, Borcalanın krediti vaxtında ödəmədiyini və nəticədə gecikdirilmiş kreditin yarandığını, qeyd edərək, Cavabdeh 20 fevral 2020-ci il tarixli 800804- 859/101 nömrəli kredit müqaviləsi üzrə 8,264,96 manat məbləğində əsas borcu, 1,608,00 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 9,872,96 (doqquz min səkkiz yüz yetmiş iki manat doxsan altı qəpik) manat borcun və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 20 fevral 2020-ci il tarixli 800804-859101/1 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Gəncə filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3-ci bəndinə əsasən “Bank” “Borcalana” şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 15.5% dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə 300 (üş yüz) manat kredit məbləğinin nağd çıxarılmasına görə 50 (əlli) manat komisyon haqqı ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqavilə üzrə Əsas borc və faizlər ödəniş cədvəlinə (Əlavə nömrə 1) əsasən Borcalanın Bankdakı AZ98AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən kreditlər tam həcmdə tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. İş materiallarına əlavə olunmuş 20.02.2020-ci il tarixli ödəniş planına əsasən, İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 15.5% dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmiş, Əkbərov Orxan Cəlil oğlu isə aldığı krediti faizləri ilə birlikdə 25.03.2020 – 20.01.2023-cü il tarixləri ərzində ayda 349.85 manat, 20.02.2023-cü il tarixdə isə ayda 349.01 manat pulu İddiaçı ASC-nin Gəncə filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, 20 fevral 2020-ci il tarixdə Cavabdeh imza etdirilməklə 10000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 06.07.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 06 iyul 2021-ci il tarixə Cavabdeh 20 fevral 2020-ci il tarixli 800804-859/101 saylı kredit müqaviləsi üzrə Banka 8264.96 manat məbləğində əsas borcu, 1608,0 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9872.96 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 06.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və 03.02.2021-ci il taarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC-nin Gəncə filialı ilə cavabdeh Əkbərov Orxan Cəlil oğlu arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 800804-859101/1 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh oğluna 36 ay müddətinə illik 15.5% dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 25.03.2020 – 20.01.2023-cü il tarixləri ərzində ayda 349.85 manat, 20.02.2023-cü il tarixdə isə ayda 349.01 manat pulu İddiaçı ASC-nin Gəncə filialına ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmış, buna görə də İddiaçı ASC Borcalana qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilərək Cavabdeh 20 fevral 2020-ci il tarixli, 800804-859101/1 saylı kredit müqaviləsi üzrə 8264.96 (səkkiz miniki yüz altmış dörd manat doxsan altı qəpik) manat məbləğində əsas borcu, 1608.0 (bir min altı yüz səkkiz) manat məbləğində borc pul tutularaq İddiaçı ASC xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Əkbərov Orxan Cəlil oğlundan 20 fevral 2020-ci il tarixli, 800804-859101/1 saylı kredit müqaviləsi üzrə 8264.96 (səkkiz miniki yüz altmış dörd manat doxsan altı qəpik) manat məbləğində əsas borcu, 1608.0 (bir min altı yüz səkkiz) manat məbləğində faiz borcu, cəmi 9872.96 (doqquz min səkkiz yüz yetmiş iki manat doxsan altı qəpik) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 9902.96 (doqquz min doqquz yüz iki manat doxsan altı qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-572/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-572/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver