Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-575/2021 12.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 131,31 (bir yüz otuz bir manat otuz bir qəpik) manat əsas borc, 55,05 (əlli beş manat beş qəpik) manat məbləğində faiz olmaqla, cəmi 186,36 (bir yüz səksən altı manat otuz altı qəpik) manat borc və 20,40 (iyirmi manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il tarixli, 106804-766148/1 saylı istehlak krediti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 29 % dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verildiyini, Borcalanın əsas öhdəliyi lazımınca icra etmədiyini və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozduğunu, cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da onun, banka olan borcunu ödəmədiyini, 10.06.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 131,31 (bir yüz otuz bir manat otuz bir qəpik) manat əsas borcu və 55,05 (əlli beş manat beş qəpik qəpik) manat məbləğində faiz olmaqla, cəmi 186,36 (bir yüz səksən altı manat otuz altı qəpik) manat borcu yarandığını, istehlak krediti müqaviləsinin şərtlərinə görə Borcalanın müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürürdüyünü, eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissəhissə ödəniş (icra) müddələrində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yarandığını, belə ki, borcalanın krediti vaxtında ödəmədiyi və nəticədə gecikdirilmiş kredit yarandığını bildirərək Cavabdeh 131,31 (bir yüz otuz bir manat otuz bir qəpik) manat əsas borc, 55,05 (əlli beş manat beş qəpik qəpik) manat məbləğində faiz olmaqla, cəmi 186,36 (bir yüz səksən altı manat otuz altı qəpik) manat borc və 20,40 (iyirmi manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş 08.08.2019-cu il tarixli, 106804-766148/1 saylı istehlak krediti müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Neftçilər filialı arasında qeyd olunan istehlak krediti müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci, 1.2-ci və 1.3-cü maddələrinə əsasən “Bank” “Borcalan”a şəxsi istelak məqsədi ilə 12 ay müddətinə, illik 29 % dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 7.3-cü maddəsinə əsasən, bu müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən olunmuş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 (sıfır tam onda beş) faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. İş materiallarına əlavə olunmuş 08.08.2019-cu il tarixli, TT19220RZ3CF nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh hesabına 500 (beş yüz) manat məbləğində kredit köçürülmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə 1 nömrəli əlavədən görünür ki, İddiaçı ASCnin Neftçilər filialı tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 29 % dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit vermiş, Cavabdeh isə aldığı krediti 08.08.2019 - 08.07.2020-ci il tarixləri ərzində hər ay 48.50 manat, 08.08.2020-ci il tarixdə isə 48.45 manat olmaqla Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 10.06.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 10.06.2021-ci il tarixə Cavabdeh Banka 131,31 (bir yüz otuz bir manat otuz bir qəpik) manat əsas borc, 55,05 (əlli beş manat beş qəpik qəpik) manat məbləğində faiz olmaqla, cəmi 186,36 (bir yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********* nömrəli, 29.06.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 131,31 (bir yüz otuz bir manat otuz bir qəpik) manat əsas borc, 55,05 (əlli beş manat beş qəpik qəpik) manat məbləğində faiz olmaqla, cəmi 186,36 (bir yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5-284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 131,31 (bir yüz otuz bir manat otuz bir qəpik) manat əsas borc, 55,05 (əlli beş manat beş qəpik qəpik) manat məbləğində faiz olmaqla, cəmi 186,36 (bir yüz səksən altı manat otuz altı qəpik) manat borc və 20,40 (iyirmi manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 206,76 (iki yüz altı manat yetmiş altı qəpik) manat borc pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-575/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-575/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver