Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-578/2020 29.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, X1, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Şərur rayon Düdəngə kənd sakini Cavabdeh aralarında olan şifahi razılaşmaya əsasən boğaz adına aldığı inəyin qaytarılaraq pulunun alınıb verilməsi və ya boğaz adına aldığı inək üçün dəymiş ziyana görə 800 (səkkiz yüz) manatının əlavə olaraq malın müalicəsi və saxlanması üçn çəkdiyi 800 (səkkiz yüz) manat xərcin, 30 manat dövlət rüsumunun ümumilikdə 1630 (bir min altı yüz otuz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında X3 məhkəməyə ərizə təqdim edərək cavabdehlə aralarında razılığa gəldiklərindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçı ilə öz aralarında razılaşdıqları üçün iddia ərizəsinin baxılmamış saxlanması haqda ərizəyə etirazının olmamasını bildirdi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyinə və cavabdehin də verilmiş ərizəyə etirazı olmadığına görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə maddəsinə əsasən, X3 tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, 59516 №li qəbzlə "Kapital Bank" Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. X3 tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, 59516 №li qəbzlə "Kapital Bank" Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat manat dövlət rüsumu ona qaytarılsın. X2 izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-578/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-578/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver