Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-583/2021 20.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7237,40 (yeddi min iki yüz otuz yeddi manat qırx qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC (bundan sonra Cəmiyyət) iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.01.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunduğunu və “X2” haqqında müqavilə imzalandığını, 27.09.2017-ci il tarixli 432-K saylı əmrlə administrator vəzifəsinə keçirildiyini, 23.01.2019-cu il tarixdə öz ərizəsi əsasında 038-K saylı əmrlə vəzifəsindən azad edildiyini, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verdiyini, belə ki, 14.06.2018-ci il tarixdə Oba-Maştağa 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurmasının müəyyən edildiyini, 14.06.2018ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 11094,30 (on bir min doxsan dörd manat otuz qəpik) manat məbləğində zərər vurması məlum olduğunu, maliyyə arayışına əsasən ümumi borcdan 3040,89 (üç min qırx manat səksən doqquz qəpik) manat güzəşt edildiyini, 816 (səkkiz yüz on altı) manat hissəsinin isə şirkətdən alacağı vəsaitlə qarşılandığını, yekun olaraq Cəmiyyət qarşısında 7237,40 (yeddi min iki yüz otuz yeddi manat qırx qəpik) manat borcu yarandığını, qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilmədiyini bildirərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7237,40 (yeddi min iki yüz otuz yeddi manat qırx qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin 18.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin Cavabdeh qarşı (İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyyatlar) vurulmuş ziyanın ödənilməsi barədə) tələbinə dair müdafiə etdiklərini, Cavabdeh barəsində olan mülki iş üzrə 20.10.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasına onların iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 02.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7237,40 (yeddi min iki yüz otuz yeddi manat qırx qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Cavabdeh 30.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ondan 7237,40 (yeddi min iki yüz otuz yeddi manat qırx qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun alınaraq onların hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, onun bu işdə heç bir günahı olmadığını, yəni əksik gələn mallarla onun heç bir əlaqəsi olmadığını, öz işində həmişə məsuliyyətli olduğunu, əgər həqiqətən də təqsir onda olubsa, nə üçün İddiaçı MMC-nin bu günə qədər onu məhkəməyə verməyib təxminən aparılan inventarizasiya nəticəsində 3 il müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyini bildirərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və cavabdehin ərizəsini nəzərə alıb iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. İş materillarına əlavə olunmuş 13.01.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materillarına əlavə olunmuş 13.01.2017-ci il tarixli 075-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 27.09.2017-ci il tarixdən Cəmiyyətin Satış Əməliyyatları şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materillarına əlavə olunmuş 13.01.2017-ci il tarixli “X2” haqqında müqavilədən görünür ki, Cavabdeh “X4” MMC-də satıcı-kassir vəzifəsinə-tam maddi məsul vəzifəyə qəbul olunmuşdur. İş materiallarında olan “X4” MMC ilə Cavabdeh arasında bağlanmış “X2” haqqında 13.01.2017ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq və s. barədə X2i öz öhdəsinə götürmüşdür. İş materillarına əlavə olunmuş 27.09.2017-ci il tarixli 432-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 27.09.2017-ci il tarixdən Cəmiyyətin Satış Əməliyyatları şöbəsinə Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan “X4” MMC ilə Cavabdeh arasında bağlanmış “X2” haqqında 27.09.2017ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq və s. barədə X2i öz öhdəsinə götürmüşdür. İş materillarına əlavə olunmuş 27.09.2017-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 04.10.2019-cu il tarixdən Cəmiyyətin satış Departamentinə Administrator vəzifəsinə keçirilmişdir. İş materillarında olan satış departamenti-vəzifə təlimatı barədə sənədin surətindən görünür ki, Administrator işlədiyi mağazada çalışan əməkdaşların fəaliyyətinə nəzarət edir, satış hədəflərinin reallaşmasına məsul olan şəxsdir və üzərinə bir sıra vəzifələr qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 14.06.2018-ci il tarixdə OBA – Maştağa 2 filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, 11094.30 manat kənarlaşma müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 24.07.2018-ci il tarixli iltizamnamədən görünür ki, Cavabdeh yoxlama nəticələrinin məsuliyyətini öz üzərinə götürməklə araşdırma qrupunun apardığı araşdırma yoxlamasına dair heç bir narazığının və iradının olmaması barədə iltizam vermişdir. İş materillarına əlavə olunmuş 23.01.2019-cu il tarixli 038-K saylı əmrdən çıxarışdan görünür ki, əmək müqaviləsinə Cavabdeh öz xahişi ilə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 07.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 14.06.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 11094,30 (on bir min doxsan dörd manat otuz qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 3040,89 (üç min qırx manat səksən doqquz qəpik) manat Cəmiyyət tərəfindən güzəşt edildiyi məbləğlə və 816 (səkkiz yüz on altı) manat hissəsinin isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 7237,40 (11094,30-3856,90) manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 24.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 7237,40 (yeddi min iki yüz otuz yeddi manat qırx qəpik) manat qalıq borcu olması, 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 07.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.01.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh “X4” MMC-də satıcı-kassir vəzifəsinə, 27.09.2017-ci il tarixli 432-K saylı əmrlə isə Administrator vəzifəsinə qəbul olunmuşdur.14.06.2018-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair tərtib olunmuş Akta əsasən 11094,30 (on bir min doxsan dörd manat otuz qəpik) manat məbləğində kənarlaşma aşkar olunmuşdur. Cavabdehə ümumi borcdan 3040,89 (üç min qırx manat səksən doqquz qəpik) manat güzəşt edilmiş, 816 (səkkiz yüz on altı) manat hissə şirkətdən alacağı vəsaitlə qarşılanmış, yekun olaraq Cəmiyyət qarşısında 7237,40 (yeddi min iki yüz otuz yeddi manat qırx qəpik) manat borcu yaranmışdır. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia müddətinin tətbiq olunması barədə ərizədə müvafiq tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunla müəyyən olunmuş bir illik müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir. Məhkəmə belə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır, ona görə də iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi X2 daşıyır; - 205-ci maddəsinin 2-ci bəndinə görə əgər zərər işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, ziyanın məbləği işçinin aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü ödəməkdən imtina edərsə, işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər; - 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması nəsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququpozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; - 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcburedir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Beləliklə də, Məhkəmənin qənaətinə görə iddiaçının əmək müqaviləsi üzrə yaranmış borcu tələb etmək üçün subyektiv hüququ olsa da, 14.06.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akt üzrə yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, işçinin işəgötürənə maddi ziyan vurması tələbləri üzrə mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulan 1 illik iddia müddəti tətbiq edildiyindən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığından hazırkı iş üzrə iddia müddətinin axımı 14.06.2018-ci il tarixdən başlamış və 14.06.2019-cu il tarixdə başa çatmışdır. İddia tələbi isə iddia müddəti başa çatdıqdan 2 ildən çox müddət sonra qaldırılmışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsinə” dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslı hesab edilərək, hazırki iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-583/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-583/2021
20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver