Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-585/2020 30.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı “xxxxxxxxxxx” MMCiddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli müqavilə üzrə LED TV üçün 1005 (bir min beş) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə, ümumilikdə 1105 (bir min yüz beş) manat borcu, 30 manat dövlət rüsumu olmaqla cəmi 1135 (bir min yüz otuz beş) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə sənədləri nəzərdən keçirib belə nəticəyə gəldim ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin və ona əlavə edilmiş sənədlərin qəbulundan mülki prosessual qanunvericiliyə uyğun olaraq imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır; 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Belə ki, iddiaçı cavabdehdən 1105 (bir min yüz beş) manat məbləğində pul tələb edir ki, həmin pulun 100 manat hissəsi iddiaçı tərəfindən hesablanmış cərimə borcu məbləğidir. İddiaçı bu məbləğdə cəriməni tələb etsə də, cavabdehin məhz bu məbləğdə cərimə borcunun yaranması müəyyən deyil və bunun üçün araşdırma aparılması zəruridir, eyni zmanda bu məbləğdə cərimə borcunun tənəsübsüz surətdə yüksək olub-olmadığı müəyyən edilməlidir. Ona görə də hesab edirəm ki, mövcud vəziyyətdə iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil və bu səbəbdən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4cü, 263-264-cü maddələrini rəhbər tutaraq, qərar verdim : İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin qəbul edilməsindən imtina olunsun. İddiaçı “xxxxxxxxxxx” MMC-yəizah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır Bu qərardaddan şikayət verilə bilməz. Hakim Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-585/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-585/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver