Məhkəmə qərarları › İş №2(110)-59/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-59/2023

13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-59/2023 13.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə aralarında olan nikahın pozulduğunu, məhkəmənin qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinin qət edildiyini, hazırda övladının saxlanmasında maddi cəhətdən çox çətinlik çəkdiyini, onun məktəb, geyim, kitab, dəftər və.s xərclərini qarşılaya bilmədiyini, Razmin özünün isə bu xərclərdə könüllü iştirak etmədiyini, ona görə də alimentin artırılması zərurətinin yarandığını, alimentin məbləğinin artırılması və hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyriə tutulmaslı olduğunu hesab etdiyini, həmçinin hazırki mübahisə ilə əlaqədar ailə mediasiyası keçirildiyini, keçirilən ilkin mediasiya cavabdehin iştirak etmədiyini və bundan yayındığını, ona görə də xx.xx.2022-ci il tarixdə Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesinə xitam verilməsi barıdı protokol tərtib edilərək ilkin mediasiya sesiyasında iştira edilməməsi barədə MŞB/6-6349 saylı arayış verildiyini, ona görə də övladının saxlanılması üçün alimentin məbləğinin artırılmasının məhkəmə qaydasında həyata keçirilməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında övladı xx.xx.2015-ci il təvəllüdlü X2 artıq böyüdüyünü və onun məktəb, geyim, kiatb, dəftər və.s xərclərini qarşılaya bilmədiyini, cavabdehin isə 100 manat aliment ödəməkdən başqa uşağın digər tələbatı ilə maraqlanmadığını, ödədiyi aliment miqdarının isə uşağın gündəlik zəruri tələbatını ödəməyə yetmədiyini, cavabdehin övladı ilə ümumiyyətlə maraqlanmadığını, uşağın bütün ehtiyaclarını tamamilə özünü çəkdiyini, buna görə də alimentin sabit pul məbləğində artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2023-cül tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, Cavabdeh ilə aralarında olan nikahın pozulduğunu, Məhkəmənin qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinin qət edildiyini, hazırda övladının saxlanmasında maddi cəhətdən çox çətinlik çəkdiyini, onun məktəb, geyim, kitab, dəftər və.s xərclərini qarşılaya bilmədiyini, Razmin özünün isə bu xərclərdə könüllü iştirak etmədiyini, ona görə də alimentin artırılması zərurətinin yarandığını, alimentin məbləğinin artırılması və hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyriə tutulmaslı olduğunu hesab etdiyini, onun heç bir yerdə işləmədiyini, uzun illər UNİBANK-a olan borcunu ödəyib qurtara bilmədiyini, borcun xərcin içində itdiyini iddiaçının özünün bildiyini, bundan əvvəl də 2018-ci ildə verdiyi iddia ərizəsində İddiaçı ondan 200 manat aliment tələb etdiyini, hakimin maddi durumu araşdırdıqdan sonra sabit pul məbləğində 100 manat alimentin tutulması barədə qətnamə qəbul etdiyini, hazırda iddiaçı 2018-ci ildən fərqli olaraq ona 7 manat hörmət edərək 193 manat tələb etdiyini, imkanı olan zamanlar ondan heçnə imtina etmədiyini, ancaq hazırda bu ödənişinin imkanı xaricində olmadığını, valideynlərinin onun himayəsində olduğunu, onları saxlamaq üçün günəmuzd fəhləçilik etdiyini, hətta hazırda banka olan borcunu da ödəyə bilmədiyini, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ № 221513 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah 21 yanvar 2020-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Nəcəfova” soyadı verilmişdir. - Şərur RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE № 12047873 nömrəli Azərbaycan respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2015-ci il təvəllüdlü X2 valideyinləridir. - Şərur Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli 2(110)-116/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi müəyyən edilmiş, iddia digər hissədə rədd edilmişdir. - Şərur Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(110)-90/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilməklə Cavabdeh ilə X3 arasında 11 noyabr 2014-cü il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində 17 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X2 anası X1 yanında qalması müəyyən edilmişdir.İş materiallarında olan Mediator tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-6349 nömrəli İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayışından məlum olur ki, cavabdeh ilkin mediasiya sessiyasından iştirak etməmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli 2(110)-116/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi müəyyən edilmiş, iddia digər hissədə rədd edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında övladı xx.xx.2015-ci il təvəllüdlü X2 artıq böyüdüyünü və onun məktəb, geyim, kiatb, dəftər və.s xərclərini qarşılaya bilmədiyini, cavabdehin isə 100 manat aliment ödəməkdən başqa uşağın digər tələbatı ilə maraqlanmadığını, ödədiyi aliment miqdarının isə uşağın gündəlik zəruri tələbatını ödəməyə yetmədiyini, cavabdehin övladı ilə ümumiyyətlə maraqlanmadığını, uşağın bütün ehtiyaclarını tamamilə özünü çəkdiyini buna görə də alimentin sabit pul məbləğində artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşağın mənafeyini və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli 2(110)-116/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh etiraz ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X5 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə alimentin miqdarının qismən artırılması qənaətinə gələrkən yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə almışdır Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 50 manatdır ki, bu da il ərzində 600 manat (50x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli 2(110)-116/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar