Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-592/2022 12.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 (əlli min) manat borc məbləğinin, əlavə xərclər üçün ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 241 (iki yüz qırx bir) manat pulun tutularaq ona qaytarılması qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbulundan mülki prosessual qanunvericiliyə uyğun olaraq imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Kredit Müqaviləsinin surətindən aydın olur ki, 26 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, 11 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh arasında Kredit Müqavilə bağlanmışdır. Kredit Müqaviləsinin 7-ci bəndində müvafiq olaraq tərəflər qarşılıqlı razılığı gəliblər ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Ona görə də bu qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı 50500 (əlli min beş yüz) manat məbləğində borcun qaytarılmasına dair iddia tələbinə məhkəmədə baxılmalı deyil. İddiaçıya izah olunmalıdır ki, Cavabdeh qarşı yuxarıda qeyd olunan müqavilənin icrası ilə bağlı icra qeydi verilməsi üçün borclunun olduğu yer üzrə notariusa müraciət etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin birinci abzasına əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 153.4-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa maneə olur; - 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, də İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə uyğun olaraq iddia ərizəsindən baxılmaq üçün icraata qəbul etməkdən imtina edildiyindən, İddiaçı tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialı vasitəsilə xx.xx.2022-ci il ci il tarixdə 7823 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.1, 284-4.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı rəsmi qaydada verilsin. İddiaçıya müqavilənin icrası ilə bağlı icra qeydi verilməsi üçün borclunun olduğu yer üzrə notariusa müraciət etmək hüququ izah olunur İddiaçı tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialı vasitəsilə xx.xx.2022-ci il ci il tarixdə 7823 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-592/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-592/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver