Məhkəmə qərarları › İş №2(110)-592/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-592/2024

14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-592/2024 14.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X2 iştirakı ilə, İddiaçı Şərur rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi haqda” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şərur rayon İcra və Probasiya şöbəsinin, kiçik ədliyyə müşaviri X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X3 iddia ərizəsində Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-644/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edildiyini, hökmün icrasının Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edildiyini, məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi ilə xx.xx.2023-cü il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu və məhkumu müvafiq qaydada qeydiyyata götürərək onun barəsində şəxsi iş açıldığını, Cavabdeh sonuncu dəfə 02 oktyabr 2023-cü il tarixdə şöbənin icra məmuru X3 və məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətdə saldıqda dəyərinin ondan tutulacağının izah edildiyini və bu barədə müvafiq protokol tərtib edildiyini, elə həmin müvafiq aktla “attenti” markalı 35653328 nömrəli bir ədəd mobil nəzarət qurğusu, “Attenti” markalı 53851 seriya nömrəli 1 ədəd elektron qolbaq və bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh tətbiq edilərək təhvil verildiyini, bu nəzarət avadanlıqlarının istifadə qaydalarınını cavabdehə təkrar-təkrar izah edildiyini və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edildiyini, lakin cavabdehin üzərinə qoyulmuş vəzifələri düzgün yerinə yetirmədiyini və elektron nəzarət vasitəsini yarasız vəziyyətə saldığını, öz dediyinə görə elekton nəzarət qurğusunu xx.xx.2020-ci il tarixdə iş fəaliyyəti zamanı mobil qurğunun cibindən düşdüyünü və sındığını, əlavə olaraq izahatında mobil qurğunun sınması barədə məlumatı vaxtında verməməyinin səbəbini özünü öz başına təmir etdirmək istədiyini bildirdiyini, mobil qurğuya tərəflərindən baxış keçırildiyini, eyni zamanda yaranan nasazlığın hansı səbəbdən baş verdiyini müəyyən etmək üçün texniki rəyin alınması məqsədilə həmin qurğunu tərəflərindən Aərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasıya Xidmətinin Elektron Monitorinq İdarəsinə göndərildiyini, onlara təqdim edilən elekton nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən nəzarət vasitəsindən düzgün istifadə edilmədiyi və həmin vasitənin tam yararsız vəziyyətə düşdüyünün göstərildiyini, nəzarət vasitəsinin qiyməti və dəymiş ziyanın 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində müəyyən edildiyini, bundan sonra Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərildiyini və dəymiş ziyanın ondan tələb olunduğunu, lakin cavabdehin həmin məbləği ödəməyəcəyini bildirdiyini, cavabdehin günahından, yəni lazımınca məsuliyyəti olmadığından elektron nəzarət qurğusunun zədələnərək yararsız vəziyyətə düşdüyünü və maddi ziyan dəydiyini hesab etdiklərini, Nazirliyin verdiyi maliyyə arayışına görə hənin avadanlığın dəyərinin 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik təşkil etdiyini, mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X3 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsində qeyd edilənləri və mülki iş materiallarında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-644/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, xx.xx.2022-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət, cəmi 3 (üç) gün müddət həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Cavabdeh üzərində yaşayış yeri olan Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Çomaxtur kəndində yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Naxçıvan Muxtar Respublikasının hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını hökm etmişdir; - xx.xx.2023-cü il tarixli Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Cavabdeh 01 (bir ədəd “attenti” markalı 35653328 seriya nömrəli elektron nəzarət qurğusu komplekti təhvil verilmiş və istifadə qaydaları izah olunmuş, məhkum Cavabdeh hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilərək ona yaddaş kitabçası verilmişdir. - xx.xx.2024-cü il tarixli Cavabdeh izatında barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-644/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən 2 (iki) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, cəzasını çəkməklə əlaqədar məhkəmənin hökmü ilə üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək və digər vəzifələrin qoyulduğunu, ona tətbiq olunmuş “attenti” markalı 35653328 nömrəli, elektron nəzarət vasitəsini cərəyan yuvasına taxmasına baxmayaraq heç bir müdaxilə olunmadan enerji yığmadığını, həmçinin ona Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 644/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündə göstərilən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək və digər vəzifələrinin izah olunduğunu, izahatını öz sözləri ilə yazdığını, imzası ilə təsdiq etdiyini bildirmişdir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(110)-2/2024 saylı qərarından görünür ki, təqdimat əsaslı olduğundan təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 644/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 8 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 10 (on) gün müddəti 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Cavabdeh azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini qərara almışdır; - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh Şərur Rayon Məhkəməsinin 7(110)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyindən ona tətbiq olunmuş “attenti” markalı 35653328 nömrəli, elektron nəzarət vasitəsi (1 ədəd mobil qurğu nasaz vəziyyətdə, 1 ədəd elektron qolbaq, 1 ədəd mobil qurğunun adapteri) təhvil götürülmüşdür; - xx.xx.2024-cü il tarixli elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin üzərində oksidləşmə izləri müşahidə olunur, təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır; -"xxxx" QSC tərəfindn Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan məlum olur ki, 1 ədəd sadə elektron qolbağın, 1 ədəd mobil nəzarət qurğusunun, 1 ədəd elektrik adapterinin və 1 ədəd proqram lisenziyasının ümumilikdə dəyəri 2277.40 manat manat təşkil edir; - Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 39 nömrəli bildirişin məzmunundan görünür ki, elektron nəzarət vasitəsi düzgün istifadə edilməməsi və həmin vasitənin yararsız vəziyyətə salınması nəticəsində 2277.4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Elektron nəzarət vasitəsinə dəymiş ziyanın ödənilməsi cavabdehdən tələb olunmuş əks təqdirdə Azərbaycan Respublikasının MPM-nin 4-cü, 149 və 150-ci maddələrinə əsasən dəymiş ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyini bildirilmişdir; - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh şöbə tərəfindən göndərilən vurulmuş ziyanın ödənilməsinə dair xx.xx.2024-cü il tarixli bildirişi və ona əlavə edilmiş sənədləri qəbul etmişdir; Məhkəmə tədqiqatı baxışı zamanı müəyyən olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə icra məmuru X2 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və məhkum Cavabdeh hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə kobud ehtiyatsızlıq edərək mobil nəzarət qurğusunu zədələmiş və bununla maddi ziyan vurmuşdur. "xxxx" QSC tərəfindn Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 1 ədəd sadə elektron qolbağın, 1 ədəd mobil nəzarət qurğusunun, 1 ədəd elektrik adapterinin və 1 ədəd proqram lisenziyasının ümumilikdə dəyəri 2277.40 manat manat təşkil edir. Cavabdehə vurulmuş ziyanın ödənilməsi barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, elektron nəzarət qurğusunun dəyərinin ödənilməsi istiqamətində bu günə qədər heç bir ödəniş etmədiyindən, iddiaçı Şərur rayon İcra və Probasiya şöbəsi cavabdehdən elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat vəsaitin alınması barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir; - 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir; - 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı Şərur Rayon İcra və Probasiya Şöbəsi büdcədən maliyyələşən təşkilat olduğundan dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iddia tələbi 2277.40 manat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat manat təşkil edir. İddia təmin olunduğundan qanuna müvafiq olaraq ödənilməsi müəyyən olunmuş 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir; - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Elektron nəzarət qurğusunun dəyəri olan 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. İddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilməsi müəyyən olunmuş 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. “ Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar