Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-596/2021 26.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 1411 (bir min dörd yüz on bir) manat əsas borc, 213 (iki yüz on üç) manat məbləğində faiz, 55,20 (əlli beş manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 1679,20 (bir min altı yüz yetmiş doqquz manat iyirmi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 09.10.2019-cu il tarixli, **********4761 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə, illik 29 % dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verildiyini, müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 139 (bir yüz otuz doqquz) manat olmaqla bərabər hissələrdə ödəniş etməsinin razılaşdırıldığını, Kredit alana nağdsız qaydada, yəni balansda verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində ”Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edildiyini, 09.10.2019-cu il tarixli, **********4761 saylı kredit müqaviləsinin COVİD-19 pandemiyası ilə bağlı AR Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq 25.06.2020-ci il tarixli **********0087 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1411 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edildiyini, tərəflər arasında bağlanan kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsinin nəzərdə tutulduğunu, lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirərək Cavabdeh 1411 (bir min dörd yüz on bir) manat əsas borc, 213 (iki yüz on üç) manat məbləğində faiz, 55,20 (əlli beş manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 1679,20 (bir min altı yüz yetmiş doqquz manat iyirmi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş 09.10.2019-cu il tarixli, **********4761 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “Finca Azerbaijan” MM QBKT arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, “FİNCA Azerbaijan” MM QBKT Cavabdeh biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 18 ay müddətinə 2000 (iki min) manat kredit verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, kreditin verilməsinə görə “Kredit Alan” “Kredit Verən”ə kredit məbləğinin 3 %-i miqdarında komissiya ödəyir. ... Həmin Müqavilənin 1.4-cü bəndində qeyd olunmuşdur ki, “Kredit Alan” kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, kredit “Kredit Alan”a “Fincard” kredit kartı vasitəsi ilə və ya “Kredit Alanın” bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir. Həmin Müqavilənin 5.1-ci maddəsinə əsasən, bu müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən olunmuş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 1 faizi həcmində dəbbə pulu (cərimə) hesablanır. Həmin Müqavilənin 6.2 maddəsinə əsasən, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İş materiallarına əlavə olunmuş 09.10.2019-cu il tarixli kreditvermə qəbzindən görünür ki, Cavabdeh 2000 (iki min) manat kredit köçürülmüşdür. İş materiallarına əlavə olunmuş 25.06.2020-ci il tarixli **********0087 saylı Kredit müqaviləsinin Restrukturizasiyasına dair Sazişdən görünür ki, Cavabdeh əsas qalıq borc məbləği 1411 manatdır və 13 ay müddətində tamamilə ödənilməlidir. İş materiallarına əlavə olunmuş 09.10.2021-ci il tarixli Kredit kartının mədaxil (qəbul) aktından görünür ki, kredit məbləği Cavabdeh nağdsız qaydada, yəni balansda verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində ”Fincard” adı qeyd edilmiş **********707080 saylı kredit kartında təqdim edildi. İş materiallarına Bank tərəfindən əlavə 09.07.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh Banka 1411 (bir min dörd yüz on bir) manat əsas borc, 213 (iki yüz on üç) manat məbləğində faiz, 55,20 (əlli beş manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 1679,20 (bir min altı yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 16.07.2021-ci il tarixli 005XOH********** nömrəli, Qəbzdən görünür ki, “Finca Azerbaijan” MM QBKT tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 18 ay müddətinə 2000 (iki min) manat kredit vermiş və ona kart təqdim etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit Verən” yuxarıda qeyd olunan məbləğdə krediti “Kredit Alan”nın mülkiyyətinə vermiş və “Kredit Alan” isə müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi “Kredit Verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhədliyi vaxtındavə lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı təşkilata 1411 (bir min dörd yüz on bir) manat əsas borc, 213 (iki yüz on üç) manat məbləğində faiz, 55.20 (əlli beş manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 1679.20 (bir min altı yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 1411 (bir min dörd yüz on bir) manat əsas borc, 213 (iki yüz on üç) manat məbləğində faiz, 55.20 (əlli beş manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 1679.20 (bir min altı yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində pul tutularaq “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1411 (bir min dörd yüz on bir) manat əsas borc, 213 (iki yüz on üç) manat məbləğində faiz borcu, 55.20 (əlli beş manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1679.20 (bir min altı yüz yetmiş doqquz manat iyirmi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1709.20 (bir min yeddi yüz doquz manat iyirmi qəpik) manat pul tutularaq “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-596/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-596/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver