Məhkəmə qərarları › İş №2(110)-599/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-599/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-599/2022 16.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1959-cu il təvəllüdlü Cavabdeh 24 dekabr 2019-cu il tarixli MBPK47474 saylı kredit müqaviləsinə əsasən 1200 (min iki yüz) manat əsas orc, müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat faiz və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1737 (min yeddi yüz otuz yeddi) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılarkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin forma və məzmununa əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Şərur Rayon Məhkəməsinin 2(110)-572/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Eyni zamanda həmin qərardadla iddiaçı “Soliton LTD" MMC-nin nümayəndəsi X1 tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalı vasitəsilə xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində qeyd edilən nöqsanları qismən aradan qaldıraraq yenidən məhkəməyə müraciət etsə də, dövlət rüsumu olaraq xx.xx.2022-ci il ci il tarixli, ********* nömrəli qəbzin surətini iddia ərizəsinə əlavə etmişdir. Lakin həmin tarixli, nömrəli qəbzlə ödənilmiş dövlət rüsumunun geri qaytarılması məqsədi ilə xx.xx.2022-ci il tarixdə icra vərəqəsi çıxarılaraq icra edilməsi üçün aidiyyatı üzrə göndərildiyindən, xx.xx.2022-ci il ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş rüsum bu tələb üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Həmçinin iddiaçı yenidən məhkəməyə müraciət edərkən iddia ərizəsində sübutların siyahısını qeyd etməmişdir. Buna görə də göstərilən səbəblərdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar