Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-6/2021 29.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001KK**********01 saylı kredit müqaviləsi üzrə 19996 manat məbləğində kredit borcu, 3759.07 manat məbləğində faiz borcu və 16798.47 manat məbləğində cərimə borcu olmaqla, 030A********** saylı kredit müqaviləsi 55.43 manat məbləğində kredit borcu, 18.25 manat məbləğində faiz borcu və 20.16 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 40647 (qırx min altı yüz qırx yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında İddiaçı QSC-nin depozit hesabında saxladığı 30000 (otuz min) AZN pul məbləğinə yönəldilməsi, həmin vəsait hesabına İddiaçı QSC-nə olan borcun ödənilməsi, girov qoyulmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh İddiaçı QSC-nin xeyrinə ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda icraatınızda olan İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair 2(110)-6/2021 saylı mülki iş üzrə iddia tələblərini müdafiə etdiklərini, xx.xx.2021-ci il tarixinə saat 12:00-a təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh kreditor ilə xx.xx.2016-cı il tarixdə bağladığı 001KK**********01 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2 % olmaqla 24 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitsi ilə 20000 (iyirmi min) manat kredit götürdüyünü, Cavabdeh kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatdığını və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayındığını, Cavabdeh götürdüyü kreditdən 4 manat qaytardığını və onun 19996 manat kredit borcu qaldığını, onun kredit müqaviləsinin 2.1-ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəmədiyini və xx.xx.2019-cu il tarixə 120 gün üçün onun 3759,07 manat faiz borcu qaldığını, kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit xəttinin müddəti bitənədək banka ödənildiyini, əks təqdirdə kreditin gecikdirilmiş status aldığını və gecikdirilmiş kredit üzrə illik 180 (bir yüz səksən) faiz dərəcəsi ilə cərimə hesablandığını, həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimənin banka ödənilməli olduğunu, xx.xx.2019-cu il tarixə 120 gün üçün hesablanmış cərimənin 16798,47 manat təşkil etdiyini, kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müqavilə üzrə kredit alanın müqavilə üzrə öhdəliklərini pozduqda bankın müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizləri və krediti vaxtından əvvəl ödəməyi borcalandan tələb etmək hüququna malik olduğunu, bundan başqa Cavabdeh İddiaçı QSC ilə xx.xx.2017-ci il tarixdə bağladığı 030A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 (bir min) manat məbləğində kredit götürdüyünü, onun kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcundan və faiz borcundan ibarət vəsatəti qaytarmadığını, onun götürdüyü kredit borcundan 944,57 manat ödəniş etdiyini və onun iddiaçıya 55,43 manat məbləğində kredit borcu qaldığını, kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən bildiririk ki, onun kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 474 gün üçün hesablanmış faiz borcunun 18,25 manat təşkil etdiyini, kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclunun ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2019-cu il tarixə 474 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimənin 20,16 manat təşkil etdiyini, kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alanın müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, yuxarıda göstərilən xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh ilə İddiaçı QSC ilə xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında xx.xx.2016-cı il tarixli müddətli X3 üzrə İddiaçı QSC-də depozit hesabında saxladığı 30000 (otuz min) manat pul məbləğini girov qoyduğunu, elə ki, xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi üzrə 30000 (otuz min) manat girov ilə yüklü edildiyini, xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsinin 3.2.1-ci bəndinə əsasən borclu kredit müqaviləsindən irəli gələn girovla təmin edilmiş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, bank tutmanı girov predmetinə yönəldə biləcəyini qeyd edərək Cavabdeh 001KK**********01 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə 17465,50 (on yeddi min dörd yüz altmış beş manat əlli qəpik) manat faiz borcu, 19378,23 (on doqquz min üç yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 36843,73 (otuz altı min səkkiz yüz qırx üç manat yetmiş üç qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı “İddiaçı" QSC-nin nümayəndəsi Gülnar İsmayılova məhkəməyə “iddia tələbinin azaldılması barədə” ərizə ünvanlayaraq ərizəsində İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair 2(110)-65/2020 saylı mülki işin icraatda olduğunu, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli müddətli X3 üzrə cavabdehin İddiaçı QSC-də mövcud əmanəti əsasında xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə əsas borcdan silinmə aparıldığını, bu səbəbdən də Cavabdeh xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin 0 manat, faiz borcu məbləği 17465,50 manat və cərimə borcu məbləğinin 19378,23 manat təşkil etdiyini (maliyyə arayışı ərizəyə əlavə edilir), həmçinin sözügedən əmanət əsasında xx.xx.2017-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə ödənişlər aparıldığını və nəticədə Cavabdeh xx.xx.2017-ci iltarixli 030A********** saylı kredit müqaviləsi üzrə banka olan borcunun ödənildiyini, Cavabdeh 001KK**********01 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə 17465,50 (on yeddi min dörd yüz altmış beş manat əlli qəpik) manat faiz borcu, 19378,23 (on doqquz min üç yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 36843,73 (otuz altı min səkkiz yüz qırx üç manat yetmiş üç qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın həcminin azaldılması barədə ərizə təmin edilərək mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxx 2016-cı il tarixli 001KK**********01 saylı kredit kartı üzrə kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı QSC arasında xx xxx 2016-cı il tarixdə kredit kartı üzrə kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 1.1.1-ci bəndinə əsasən Bank krediti “Kredit alana” Bankın plastik kartı vasitəsi ilə verir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən “Kredit alan” Kreditdən tam və ya hissə-hissə istifadə etməyi, bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə Kredit və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.1.2-ci bəndinə əsasən kredit alan müqavilə üzrə kredit alanın müqavilə üzrə öhdəliklərini pozduqda bankın müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizləri və krediti vaxtından əvvəl ödəməyi borcalandan tələb etmək hüququna malikdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-xx.xx.2020-ci tarixlər üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh Bankın plastik kartı vasitəsi ilə müxtəlif vaxtlarda, müxtəlif Bank əməliyyatları aparılmışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2017-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı QSC arasında xx xxxx 2017-ci il tarixdə kredit müqaviləsi imzalanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank tərəfindən “Kredit Alana” aylıq 2.0833 (iki tam on mində səkkiz yüz otuz üç) faiz dərəcəsi ilə 12 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.2.3-cü bəndinə əsasən borclunun ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş xx xxxx 2017-ci il tarixli ödəniş planına əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh aylıq 2.0833 (iki tam on mində səkkiz yüz otuz üç) faiz dərəcəsi ilə 12 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2017 – xx.xx.2018 tarixləri ərzində ayda 95 manat, xx.xx.2018 tarixində isə 98,63 manat olmaqla, cəmi 1143,63 manat pulu İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh imza etdirilməklə 1000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2017-ci il tarixli 030D**********01 saylı “pul vəsaitinin girov qoyulması haqqında” Girov müqaviləsindən aydın olur ki, Girov qoyan Bankdan götürdüyü 1000 (bir min) manat məbləğində kreditin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-nin Binəqədi filialında AZ70ACAB**********0000392275 nömrəli depozit hesabında saxladığı 30000 (otuz min) manatı “Girov Saxlayan” qarşısında girov qoyur. Həmin Müqavilənin 3.2.1-ci bəndinə əsasən “Borclu” Kredit Müqaviləsindən irəli gələn girovla təmin edilmiş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə Bank tutmanı girov predmetinə yönəldə bilər. İş materiallarına əlavə olunmuş xx xxx 2016-cı il tarixli “Müddətli X3”ndən aydın olur ki, “Bank” “Əmanətçidən" 23 ay müddətinə-xx.xx.2016 - xx.xx.2018-ci illər ərzində illik 18 % dərəcəsi ilə 30000 (otuz min) manat əmanəti qəbul edir və bu Müqavilədə nəzərdə tutulmuş şətlərlə və qaydada əmanəti əmanətçiyə qaytarmağı və onun üçün faizləri ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx xxx 2016-cı il tarixli 001D**********02 saylı “pul vəsaitinin girov qoyulması haqqında” Girov müqaviləsindən aydın olur ki, “Girov qoyan” Bankdan götürdüyü 20000 (iyirmi min) manat məbləğində kreditin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-nin Binəqədi filialında AZ70ACAB**********0000392275 nömrəli depozit hesabında saxladığı 30000 (otuz min) manatı “Girov Saxlayan” qarşısında girov qoyur. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2019-cu il tarixə Cavabdeh xx xxx 2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Banka 19996 (on doqquz min doqquz yüz doxsan altı) manat əsas borc, 3759,07 (üç min yeddi yüz əlli doqquz manat yeddi qəpik) manat məbləğində faiz borcu və 16798,47 (on altı min yeddi yüz doxsan səkkiz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 40553,54 (qırx min beş yüz əlli üç manat əlli dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2019-cu il tarixə Cavabdeh xx xxxx 2017-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə Banka 55,43 (əlli beş manat qırx üç qəpik) manat əsas borc, 18,25 (on səkkiz manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu və 20,16 (iyirmi manat on altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 93,84 (doxsan üç manat səksən dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2019-cu il tarixli Mədaxil Qəbzindən görünür ki, "İddiaçı" QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materillaına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(110)- 50/2020 saylı iddia tələbinin həcminin azaldılması barədə qərardadından görünür ki, iddiaçının nümayəndəsi Gülnar İsmayılova məhkəməyə “iddia tələbinin azaldılması barədə” ərizə ünvanlayaraq ərizəsində İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair 2(110)-65/2020 saylı mülki işin icraatda olduğunu, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli müddətli X3 üzrə cavabdehin İddiaçı QSC-də mövcud əmanəti əsasında xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə əsas borcdan silinmə aparıldığını, bu səbəbdən də Cavabdeh xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin 0 manat, faiz borcu məbləği 17465,50 manat və cərimə borcu məbləğinin 19378,23 manat təşkil etdiyini (maliyyə arayışı ərizəyə əlavə edilir), həmçinin sözügedən əmanət əsasında xx.xx.2017-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə ödənişlər aparıldığını və nəticədə Cavabdeh xx.xx.2017-ci iltarixli 030A********** saylı kredit müqaviləsi üzrə banka olan borcunun ödənildiyini, Cavabdeh 001KK**********01 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə 17465,50 (on yeddi min dörd yüz altmış beş manat əlli qəpik) manat faiz borcu, 19378,23 (on doqquz min üç yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 36843,73 (otuz altı min səkkiz yüz qırx üç manat yetmiş üç qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbi azaldılaraq mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlinmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh xx xxx 2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Banka 0 manat əsas borc, 17465,50 (on yeddi min dörd yüz altmış beş manat əlli qəpik) manat məbləğində faiz borcu və 19378,23 (on doqquz min üç yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 36843,73 (otuz altı min səkkiz yüz qırx üç manat yetmiş üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(110)- 50/2020 saylı Qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 224/20 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı və Kredit Müqavilələrinin şərtlərinə əsasən Cavabdeh İddiaçı QSC-nə xx xxxxxx 2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) faiz borcu 9159,53 (doqquz min yüz əlli doquz manat əlli üç qəpik) manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx xxx 2016-cı il tarixli 001KK**********01 saylı kredit kartı üzrə kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində və xx xxxx 2017-ci il tarixli 030A********** saylı kredit müqaviləsinə əsasən isə kredit təşkilatı tərəfindən Cavabdeh aylıq 2.0833 (iki tam on mində səkkiz yüz otuz üç) faiz dərəcəsi ilə 12 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı kreditləri faizləri ilə birlikdə vaxtında və lazımi qaydada İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. İddia tələbinə məhkəmənin icraatında baxılması ərəfəsində iddiaçının nümayəndəsi məhkəməyə “iddia tələbinin azaldılması barədə” ərizə ünvanlayaraq ərizəsində Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli müddətli X3 üzrə cavabdehin İddiaçı QSC-də mövcud əmanəti əsasında xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə əsas borcdan silinmə aparıldığını, bu səbəbdən də Cavabdeh xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğini, həmçinin sözügedən əmanət əsasında xx.xx.2017-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə ödənişlər aparıldığını və nəticədə Cavabdeh xx.xx.2017-ci iltarixli 030A********** saylı kredit müqaviləsi üzrə banka olan borcunun ödənildiyini, Cavabdeh 001KK**********01 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə 17465,50 (on yeddi min dörd yüz altmış beş manat əlli qəpik) manat faiz borcu, 19378,23 (on doqquz min üç yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 36843,73 (otuz altı min səkkiz yüz qırx üç manat yetmiş üç qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Lakin tələb olunan faiz borcu və cərimə borcunun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 224/20 nömrəli ekspert rəyi ilə cavabdehin iddiaçı təşkilata faiz borcunun 9159.53 (doqquz min bir yüz əlli doqquz manat əlli üç qəpik) manat, cərimə borcuna görə 1938 (bir min doqquz yüz otuz səkkiz qəpik) manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi faiz borcuna dair hissədə qismən təmin edilərək, kredit müqaviləsi üzrə yaranmış faiz borcuna görə 9159.53 (doqquz min bir yüz əlli doqquz manat əlli üç qəpik) manat məbləğində müəyyən edilməli və iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə hesablanmış 19378,23 (on doqquz min üç yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat cərimə borcunun tutulmasına dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin ödənilməmiş faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 19378,23 (on doqquz min üç yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat cərimə (dəbbə pulu) pulu onun faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 1938 (bir min doqquz yüz otuz səkkiz qəpik) manat məbləğədək azaldılaraq, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması ədalətli hesab edilməlidir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı tələbində qismən haqlı olduğundan, buna görə də iddia qismən təmin edilməli və Cavabdeh xx.xx.2016-cı il tarixli, 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi üzrə faiz borcuna görə 9159.53 (doqquz min bir yüz əlli doqquz manat əlli üç qəpik) manat, cərimə borcuna görə 1938 (bir min doqquz yüz otuz səkkiz qəpik) manat olmaqla, cəmi 11097.53 (on bir min doxsan yeddi manat əlli üç qəpik) manat məbləğində borc pul tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20.97 manatı iddiaçıya aid edilməli, 9.03 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi üzrə faiz borcuna görə 9159.53 (doqquz min bir yüz əlli doqquz manat əlli üç qəpik) manat, cərimə borcuna görə 1938 (bir min doqquz yüz otuz səkkiz qəpik) manat olmaqla, cəmi 11097.53 (on bir min doxsan yeddi manat əlli üç qəpik) manat məbləğində borc və 9.03 (doqquz manat üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 11106.56 (on bir min bir yüz altı manat əlli altı qəpik) manat pul tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-6/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-6/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver