Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-6/2022 19.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cəmi 14512,48 (on dörd min beş yüz on iki manat, 48 qəpik) manat-bundan 4730.69 (dörd min yeddi yüz otuz manat 69 qəpik) əsas, 3348.60 (üç min üç yüz qırx səkkiz manat 60 qəpik) faiz, 5734.25 (beş min yeddi yüz otuz dörd manat 25 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 698.94 (altı yüz doxsan səkkiz manat 94 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış № 90006164 saylı 09 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədilə 24 (iyirmi dörd) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verildiyini, Cavabdeh1 kredit verilərkən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə Bank arasında 09 iyul 2015-ci il tarixli zaminlik müqaviləsinin bağlandığını, bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxsin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıdığını, kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququnun olduğunu, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********982 saylı 24.06.2021-ci il, **********978 saylı 24.06.2021-ci il, **********981 saylı 24.06.2021-ci il və **********977-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlərin borcun ödənilməsi üçün heç bir tədbir görmədiklərini, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərini, borcun gecikdirildiyini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki cavabdehlərin onlara verilmiş borc məbləğini, ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə biləcəyini, Cavabdeh1 21.06.2021-ci il tarixə kredit üzrə cəmi borcu 14512,48 (on dörd min beş yüz on iki manat, 48 qəpik) manat təşkil etdiyini, bundan 4730.69 (dörd min yeddi yüz otuz manat 69 qəpik) əsas, 3348.60 (üç min üç yüz qırx səkkiz manat 60 qəpik) faiz, 5734.25 (beş min yeddi yüz otuz dörd manat 25 qəpik) manat cərimə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 698.94 (altı yüz doxsan səkkiz manat 94 qəpik) manat faiz borcu təşkil etdiyini qeyd edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cəmi 14512,48 (on dörd min beş yüz on iki manat, 48 qəpik) manat-bundan 4730.69 (dörd min yeddi yüz otuz manat 69 qəpik) əsas, 3348.60 (üç min üç yüz qırx səkkiz manat 60 qəpik) faiz, 5734.25 (beş min yeddi yüz otuz dörd manat 25 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 698.94 (altı yüz doxsan səkkiz manat 94 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, 17.01.2022-ci il tarixdə məhkəmənin elktron poçt ünvanına ərizə ünvanlayaraq ərizəsində icraatda olan LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair 2(110)-06/2022 saylı mülki işin baxış iclasının 19.01.2022-ci il saat 09:15-ə təyin olunduğunu, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini, ökədə pandemiya şəraiti ilə əlaqədar mövcud vəziyyəti və s. bu kimi halları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09 iyul 2015-ci il tarixli 90006164 saylı saylı Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə "xxxx" ASC-nin Nəsimi filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2.1, 2.2, 2.3, 2.4-cü bəndinə əsasən “Kreditor” “Borcalan”a dövlət vəsaitinin artırılması və cari xərclər məqsədilə 24 (iyirmi dörd) ay müddətinə, illik 19 (on doqquz) faiz dərəcəsi ilə 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 38 (otuz səkkiz) faiz dərəcəsi ilə aylıq isə 3.17 (üç tam yüzdə on yeddi) faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin Müqavilənin borcalan kreditora kreditin rəsmiləşdirilməsi (ssuda hesabı açılması. Sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərcləri) üçün bu müqavilə məbləğinin 2 (iki) % məbləğində komissiya haqqı ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, “Kreditor" "Borcalan"a 24 (iyirmi dörd) ay müddətinə, illik 19 (on doqquz) faiz dərəcəsi ilə 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit vermiş Borcalan isə aldığı krediti 10.08.2015-09.06.2017-ci il tarixləri ərzində ayda 715.95 ABŞ dolları, 09.07.2017-ci il tarixdə isə 715.71 ABŞ olmaqla, ümumilikdə 17182 ABŞ dolları pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, 09.06.2015-ci il tarixli **********76 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 14200 ABŞ dolları pulun verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 09 iyul 2015-ci il tarixli 90006164/ZM saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə "xxxx" ASC-nin Nəsimi filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti 90006164 saylı saylı, 09 iyul 2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısnda öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zaminin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş Kreditorla Borcalan arasında bağlanmış 31 yanvar 2017-ci il tarixli 09 iyul 2015-ci il tarixli 90006164 saylı saylı Kredit Müqaviləsi üzrə 1 saylı Əlavə Sazişin 1.1 bəndinə əsasən borcalanın kreditor qarşısında 6414.64 ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə (1 USD=1.55 (bir manat 55 qəpik) AZN) bu sazişin qüvvəyə mindiyi tarixə 9942.69 AZN təşkil edir. Sazişin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit müddəti bu Əlavə saziş imzalandığı tarixdən 31.07.2018-ci il tarixədək uzadılır. Sazişin 1.3-cü bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 20% təşkil edir. Sazişin 1.4-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 40% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarına əlavə olunmuş Borcalanın kredit borcunun restruktrizasiya olunması üçün Kreditorla Borcalan arasında bağlanmış 31 yanvar 2017-ci il tarixli 1 nömrəli Əlavə saziş üzrə ödəniş cədvəlindən görünür ki, “Kreditor” “Borcalan”a 18 (on səkkiz) ay müddətinə, illik 20 (iyirmi) faiz dərəcəsi ilə 9942.69 (doqquz min doqquz yüz qırx iki manat altmış doqquz qəpik) manat məbləğində kredit vermiş Borcalan isə aldığı krediti 28.02.2017-ci il tarixdə 632.87 manat, 31.03.2017- 30.06.2018-ci il tarixləri ərzində ayda 643.92 manat, 28.07.2018-ci il tarixdə isə 643.23 manat olmaqla, ümumilikdə 11578.82 manat pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditorla Zaminlər arasında bağlanmış 31 yanvar 2017-ci il tarixli 09 iyul 2015-ci il tarixli 90006164 saylı Kredit Müqaviləsi üzrə 1 saylı Əlavə Sazişin 1.1 bəndinə əsasən borcalanın kreditor qarşısında 6414.64 ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə (1 USD=1.55 (bir manat 55 qəpik) AZN) bu sazişin qüvvəyə mindiyi tarixə 9942.69 AZN təşkil edir. Sazişin 2.2-ci bəndinə əsasən Zamin(lər) bu Əlavə Sazişi imzalamaqla 09 iyul 2015-ci il tarixli 90006164 saylı Kredit Müqaviləsi və həmin müqaviləyə edilmiş 31 yanvar 2017-ci il tarixli 90006164 saylı Əlavə Sazişin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. İş materiallarına əlavə olunmuş 30 iyun 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 31 yanvar 2017-ci il tarixli 90006164 saylı kredit müqaviləsi üzrə 21 iyun 2021-ci il tarixə Cavabdeh1 Banka 4730 manat əsas, 3348 manat faiz, 5734 manat cərimə, ümumilikdə 14512 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan poçt qəbzləri və 24.06.2021-ci il tarixli xəbərdarlıq məktublarından aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə 27.06.2021-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacaqları təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş 17.07.2021-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, "Dəmirbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışlardan görünür ki Cavabdeh1 28.03.2016- 29.10.2019 tarixləri ərzində bankda onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-631/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərardadından görünür ki 2(110)-631/2021 saylı mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27.10.2021-ci il tarixli 286 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı hesabdan çıxarış məlumatları və 09 iyul 2015-ci il tarixli 90006164 saylı Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə kredit üzrə 31.07.2018-ci il tarixə (müqavilənin bitmə tarixi) olan əsas borcu 6292.96 (altı min iki yüz doxsan iki manat. doxsan altı qəpik) manat, faiz borcu 1928.00.34 (bir min doqquz yüz iyirmi səkkiz) manat təşkil edir.Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-631/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-631/2021 saylı 24 noyabr 2021-ci il tarixli qərardadından görünür ki, 2(110)-631/2021 saylı mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyi məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28.12.2021-ci il tarixli 336 saylı ekspert rəyindən görünür ki, 09 iyul 2015-ci il tarixli 90006164 nömrəli kredit müqaviləsinin şərtləri və 31 yanvar 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsi üzrə 31.07.2018ci il tarixə (müqavilənin bitmə tarixi) olan əsas borcu 4710.83 (dörd min yeddi yüz on manat səksən üç qəpik) manat, faiz borcu 615.03 (altı yüz on beş manat üç qəpik) manat və müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən faiz borcu 681.11 (altı yüz səksən bir manat on bir qəpik) manat, 09 iyul 2015-ci il tarixli 90006164 nömrəli kredit müqaviləyə və 31 yanvar 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişin şərtlərinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bənddə nəzərdə tutulmuş, ancaq bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanması düzgün hesab edilmir. Lakin iş üzrə 31 yanvar 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişin 1.4-cü bəndinə müvafiq gecikdirilən kredit ödənişi üzrə dəbbə pulu nə qədər olmalıdır sualı qoyulmuş bu əsasda müqavilə əsasında 31.07.2018-ci il tarixədək (müqavilənin bitdiyi tarixədək) cərimə borcu 713.13 (yeddi yüz on üç manat, on üç qəpik) manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-631/2021 saylı 05 yanvar 2022-ci il tarixli qərardadından görünür ki iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 09 iyul 2015-ci il tarixli 90006164 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 19% şərti ilə 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə Kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Kreditorla Borcalan arasında kredit borcunun restruktrizasiya olunması məqsədi ilə 31 yanvar 2017-ci il tarixli 1 nömrəli Əlavə saziş bağlanmışdır. Əlavə saziş üzrə ödəniş cədvəlindən görünür ki, Kreditor” “Borcalan”a 18 (on səkkiz) ay müddətinə, illik 20 (iyirmi) faiz dərəcəsi ilə 9942.69 (doqquz min doqquz yüz qırx iki manat altmış doqquz qəpik) manat məbləğində kredit vermiş Borcalan isə aldığı krediti 28.02.2017ci il tarixdə 632.87 manat, 31.03.2017-30.06.2018-ci il tarixləri ərzində ayda 643.92 manat, 28.07.2018-ci il tarixdə isə 643.23 manat olmaqla, ümumilikdə 11578.82 manat pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Kreditorla birinci dəfə 09 iyul 2015-ci il tarixdə, sonradan isə 31 yanvar 2017-ci il tarixdə Əlavə saziş üzrə Zaminlik müqaviləsi bağlayaraq Kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Borcalan ilə birlikdə Kreditor qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin “Borcalan müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə üçün iddiaçı Borcalan və zaminlərə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldıraraq onlardan müştərək qaydada 4730.69 (dörd min yeddi yüz otuz manat altmış doqquz qəpik) manat əsas borc, 3348.60 (üç min üç yüz qırx səkkiz manat altmış qəpik) manat faiz borcu, 5734.25 (beş min yeddi yüz otuz dörd manat iyirmi beş qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 698.94 (altı yüz doxsan səkkiz manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 14512 manat məbləğində kredit borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu və cərimə məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2021-ci il tarixli 336 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə bağlanmış 31 yanvar 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişin şərtlərinə əsasən onun 31.07.2018-ci il tarixə (müqavilənin bitmə tarixi) olan əsas borcu 4710.83 (dörd min yeddi yüz on manat səksən üç qəpik) manat, faiz borcu 615.03 (altı yüz on beş manat üç qəpik) manat, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən faiz borcunun 681.11 (altı yüz səksən bir manat on bir qəpik) manat və cərimənin 713.13 (yeddi yüz on üç manat, on üç qəpik) manat olması qənatinə gəlmişdir. Məhkəmə qeyd etməyi zəru hesab edir ki, iddiaçının tələb etdiyi pul məbləğlərinin həqiqiliyini müəyyən olunması xüsusi bilik tələb olunan məsələ olduğundan, məhkəmə ekspert rəyini sübut növü kimi qiymətləndirərək iddiaçının tələb etdiyi əsas borc, faiz borcu, cərimə üzrə ekspertin gəldiyi nəticə ilə eyni mövqedən çıxış edərək bu qənaətə gəlir ki, cavabdehlərin iddia tələbi üzrə əsas borcu 4710.83 (dörd min yeddi yüz on manat səksən üç qəpik) manat, faiz borcu 615.03 (altı yüz on beş manat üç qəpik) manat, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən faiz borcu 681.11 (altı yüz səksən bir manat on bir qəpik) manat və cərimə 713.13 (yeddi yüz on üç manat, on üç qəpik) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2- ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda verilmiş kreditin təminatı kimi zaminlər Zaminlər Cavabdeh2, Cavabdeh3, Əliyev X1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün tam şəkildə məsuliyyəti üzərlərinə götürmüşlər və onunla birgə məsuliyyət daşımalarını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 da onunla birlikdə Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh Əliyev X2 şərtlərinə əməl etməməklə Kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən Kreditor kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış Kredit Müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 4710.83 (dörd min yeddi yüz on manat səksən üç qəpik) manat, faiz borcu üzrə 615.03 (altı yüz on beş manat üç qəpik) manat, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan faiz borcu üzrə 681.11 (altı yüz səksən bir manat on bir qəpik) manat və cərimə olaraq 713.13 (yeddi yüz on üç manat, on üç qəpik) manat olmaqla, ümumilikdə 6720.10 (altı min yeddi yüz iyirmi manat on qəpik) manat məbləğində pul tutularaq “Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 16.10 manatı iddiaçıya aid edilməli, 13.90 manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 4710.83 (dörd min yeddi yüz on manat səksən üç qəpik) manat, faiz borcu üzrə 615.03 (altı yüz on beş manat üç qəpik) manat, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan faiz borcu üzrə 681.11 (altı yüz səksən bir manat on bir qəpik) manat və cərimə olaraq 713.13 (yeddi yüz on üç manat, on üç qəpik) manat, cəmi 6720.10 (altı min yeddi yüz iyirmi manat on qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun 13.90 (on üç manat doxsan qəpik) manatı olmaqla, ümumilikdə 6734.0 (altı min yeddi yüz otuz dörd) manat məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-6/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-6/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver