Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-60/2021 19.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung Paltaryuyan, Panasonic Ətçəkən üçün 1020,6 manat ödənilməmiş hissə, 134,4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35904 olan Samsung Galaxsy A20s markalı telefon üçün 410,4 manat ödənilməmiş hissə, 81,6 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Gorenje şirəçəkən üçün 180 manat ödənilməmiş hissə, 24 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********40354 olan Xiaomi Mİ 8 markalı telefon, Speaker Microlab, SD kart Ultra 2 ədəd aksessuar üçün 108 ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********64326 olan Samsung J2 Prime markalı telefon üçün 109 manat ödənilməmiş hissə, 29 manat dəbbə, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87966 olan X2 7 markalı telefon üçün 460 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu olan, ümumilikdə 2681 manat borcun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi borclu Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən cavabdehin Samsung Paltaryuyan, Panasonic Ətçəkən, İMEİ kodu **********35904, **********40354, **********64326, **********87966, olan Samsung Galaxsy A20s, Xiaomi Mİ 8, Samsung J2 Prime və X2 7 markalı telefon, Speaker Microlab, SD kart Ultra 2 ədəd aksessuar və Gorenje şirəçəkən aldığını,onun 1081 manat məbləğində ödəniş etdiyini, üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, 2681 manat məbləğində borcunun yarandığını, borcun qaytarılması ilə bağlı ona rəsmi bildiriş göndərilməsinə baxmayaraq heç bir nəticə əldə olunmadığını, bunun üçün də məhkəməyə müraciət olunaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verildiyini, qeydiyyatda olduğu ərazidə yaşamadığından məhkəmə bildirişini icra nümayəndəliyinə göndərildiyini, icra nümayəndəliyinin arayışına əsasən cavabdeh və onun yaxın qohumları ərazidə yaşamadığından məhkəmə sənədini çatdırmaq mümkün olmadığını, X1 adına çıxan nömrələrə SMS göndərildiyini, bütün bunlara baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01172688 nömrəli alqı-satqı müqaviləsinədən görünür ki, Samsung Paltaryuyan, Panasonic Ətçəkən, xx.xx.2019-cu il tarixli 01173233 nömrəli alqı-satqı müqaviləsinədən görünür ki, İMEİ kodu **********35904 olan Samsung Galaxsy A20s telefon, xx.xx.2019-cu il tarixli 01173192 nömrəli alqı-satqı müqaviləsinədən görünür ki, Gorenje şirəçəkən, xx.xx.2019-cu il tarixli, 00982132 nömrəli alqı-satqı müqaviləsinədən görünür ki, İMEİ kodu **********40354 olan Xiaomi Mİ 8 markalı telefon və Speaker Microlab, SD kart Ultra 2 ədəd aksessuar, xx.xx.2019-cu il tarixli 00984029 nömrəli alqı-satqı müqaviləsinədən görünür ki, İMEİ kodu **********64326 olan Samsung J2 Prime telefon, xx.xx.2019-cu il tarixli 00983848 nömrəli alqı-satqı müqaviləsinədən görünür ki, İMEİ kodu **********87966 olan X2 7 markalı telefon Cavabdeh satılmış, borcalan isə hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Panasonic Ətçəkən məhsulu qüsursuz halda, xx.xx.2019-cu il tarixli əşyaların təhviltəslim aktından görünür ki, Samsung Galaxsy A20s məhsulu qüsursuz halda, xx.xx.2019cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Gorenje şirəçəkən məhsulu qüsursuz halda, xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, **********40354 olan Xiaomi Mİ 8 markalı telefon və Speaker Microlab, SD kart Ultra 2 ədəd aksessuar məhsulu qüsursuz halda, xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********64326 olan Samsung J2 Prime telefonu qüsursuz halda, xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********87966 olan X2 7 markalı telefonu qüsursuz halda Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə borcunun qalığı 2288 manat əsas borc, 393 manat dəbbə pulu təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında alqı-satqı müqavilələri bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya alqı-satqı müqaviləsi üzrə 2288 manat əsas, 393 manat cərimə borcu olmaqla, ümumilikdə 2681 (iki min altı yüz səksən bir) manat borcu yaranmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (alqı-satqı müqaviləsi, təhvil aktı, maliyyə arayışı və.s) sübuta yetirmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində cavabdeh mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. .Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun tam ödənildiyini təsdiq edən sübutları (ödəniş qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Oğlanqala kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 2681 (iki min altı yüz səksən bir) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-60/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-60/2021
19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver