Məhkəmə qərarları › İş №2(110)-600/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-600/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-600/2024 13.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 51000 (əlli bir min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 03 fevral 2021-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsi ilə cavabdehə 51000 (əlli bir min) manat borc verdiyini, cavabdehlərin onun xoş məramından, insanlığından, yaxşı olmağından istifadə edərək verdiyi borcu ona qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırdığını, hər dəfə borcu qaytaracağına söz versə də, vədinə əməl etmədiyini, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququnun istifadəsinin labüd olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək ərizəsində Naxçıvan MR-na aviabilet tapa bilmədiyim ilə bağlı məhkəmənin xx.xx.2024-cü il tarixli saat 16.00 təyin olunmuş baxış iclasında iştirak edə bilməyəcəm. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə prosesində iştirak etməmələrinin üzürlü sayılmasını və baxış iclasını onların iştirakı olmadan keçirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının iddia ərizəsində qeyd etdiklərini və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Kredit müqavilənin 1-ci bəndindən görünür ki, “Borcverən” “Borcalan”a 51000 (əlli bir min) manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borcalan krediti xx.xx.2021-ci il tarixinədək “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq mümkün olmadıqda isə məhkəmə qaydasında həll olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, bir tərəfdən Borcverən İddiaçı digər tərəfdən isə Borcalan Cavabdeh olmaqla xx.xx.2021-ci il tarixdə notarial qaydada tədiqlənmiş Kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Borcverən müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək Borcalana 51000 (əlli bir min) manat məbləğində pulun verilməsini təmin etsədə, lakin Borcalan həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 51000 (əlli bir min) manat borcu qalmışdır. Ona görə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən alınaraq ona ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 51000 (əlli bir min) manat məbləğində pul alınaraq iddiaçı X1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 51000 (əlli bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar