Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-601/2021 18.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 19.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08283 olan Samsung Galaxy A30 markalı telefon üçün 22,5 (iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 03.09.2019-cu il tarixli müqaviləyə LG LED TV üçün 1365 (bir min üç yüz altmış beş) manat ödənilməmiş hissə, 136 (bir yüz otuz altı) manat cərimə, ümumilikdə 1525,5 (bir min beş yüz iyirmi beş manat əlli qəpik) borc, 30 (otuz) manat dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində Cavabdeh iddiaçı "xxxx" MMC ilə 19.05.2019-cu il və 03.09.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********08283 olan Samsung Galaxy 30 markalı telefon və LG LED TV aldığını və nəticədə 1525,5 (bir min beş yüz iyirmi beş manat əlli qəpik) borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 19.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 585 (beş yüz səksən beş) manat (15 ay×39 manat+0 manat ilkin ödəniş) İMEİ kodu **********08283 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə 24,5 (iyirmi dörd manat əlli qəpik) manat olmaqla ondan 22,5 (iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə 03.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1890 (bir min səkkiz yüz doxsan) manat (18 ay×105 manat + 0 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə 1501 (bir min beş yüz bir) manat olmaqla ondan 1365 (bir min üç yüz altmış beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 136 (bir yüz otuz altı) manat cərimə borcu hesablandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1087,5 (bir min səksən yeddi manat əlli qəpik) manat təşkil etdiyini qeyd edərək 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********54627 olan Samsung Galaxy A40 markalı telefon üçün 594 (beş yüz doxsan dörd) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə, 19.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08283 olan Samsung Galaxy A30 markalı telefon üçün 22,5 (iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 03.09.2019-cu il tarixli müqaviləyə LG LED TV üçün 1365 (bir min üç yüz altmış beş) manat ödənilməmiş hissə, 136 (bir yüz otuz altı) manat cərimə, ümumilikdə 1525,5 (bir min beş yüz iyirmi beş manat əlli qəpik) borc, 30 (otuz) manat dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 19.05.2019-cu il tarixli 00671324 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı) "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri olan əşya- İMEİ kodu **********08283 olan Samsung Galaxy 30 DS SM-A305 markalı mobil telefondur. Tərəflər arasında bağlanmış 19.05.2019-cu il tarixli 00671324 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 585 (beş yüz səksən beş) manat olan telefon üçün ilkin ödəniş ödəmədən 15 (on beş) ay müddətinə, ayda 39 (otuz doqquz) manat ödəməyi öhdəsinə götürüb. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 19.05.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kodu **********08283 olan Samsung Galaxy 30 DS SM-A305 mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 03.09.2019-cu il tarixli 00886408 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal"ı) "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- LG LED 55UM7450 TV-dir. Tərəflər arasında bağlanmış 03.09.2019-cu il tarixli 00886408 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1890 (bir min səkkiz yüz doxsan) manat olan telefon üçün 18 (on səkkiz) ay müddətinə, ayda 105 (bir yüz beş) manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 03.09.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh- LG LED 55UM7450 TV tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 13.07.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu 1387,5 (bir min üç yüz səksən yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 138 (bir yüz otuz səkkiz) manat məbləğində cərimə, ümumilikdə 1525,5 (bir min beş yüz iyirmi beş manat əlli qəpik) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 14.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 30.09.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.05.2019-cu il tarixli 00671324 saylı, saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 585 (beş yüz səksən beş) manat, İMEİ kodu **********08283 olan Samsung Galaxy 30 markalı telefon üçün ilkin ödəniş ödəmədən həmin məbləği 15 (on beş) ay müddətinə, ayda 39 (otuz doqquz) manat ödəməyi, 03.09.2019-cu il tarixli 00886408 saylı Müqaviləyə əsasən isə qiyməti 1890 (bir min səkkiz yüz doxsan) manat olan LG LED 55UM7450 TV üçün i ilkin ödəniş ödəmədən 18 (on səkkiz) ay müddətinə, ayda 105 (bir yüz beş) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 1087,5 (bir min səksən yeddi manat əlli qəpik) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş Maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin iddiaçıya ümumilikdə 1525,5 (bir min beş yüz iyirmi beş manat əlli qəpik) manat borcu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, cərimə borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, hesab edirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 19.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08283 olan Samsung Galaxy A30 markalı telefon üçün 22,5 (iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 03.09.2019-cu il tarixli müqaviləyə LG LED TV üçün 1365 (bir min üç yüz altmış beş) manat ödənilməmiş hissə, 136 (bir yüz otuz altı) manat cərimə, ümumilikdə 1525,5 (bir min beş yüz iyirmi beş manat əlli qəpik) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 19.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08283 olan Samsung Galaxy A30 markalı telefon üçün 22,5 (iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 03.09.2019-cu il tarixli müqaviləyə LG LED TV üçün 1365 (bir min üç yüz altmış beş) manat ödənilməmiş hissə, 136 (bir yüz otuz altı) manat cərimə, ümumilikdə 1525,5 (bir min beş yüz iyirmi beş manat əlli qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 1555,5 (bir min beş yüz əlli beş manat əlli qəpik) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-601/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-601/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver