Məhkəmə qərarları › İş №2(110)-613/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-613/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-613/2021 06.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2021,78 (iki min on iki manat yetmiş səkkiz qəpik) AZN, faiz borcuna görə 82.0 (səksən iki) AZN, cərimə borcuna görə 0,00 (sıfır) AZN, cəmi 2094,78 (iki min doxsan dörd manat yetmiş səkkiz qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" MMM QBKT-na məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin 20.09.2021-ci il tarixdə məhkəməyə ünvanladığı ərizədə "xxxx" MM QBKT-nın Cavabdeh1 və qeyrilərinə qarşı iddiası üzrə 2(110)- 613/2021 saylı mülki işin 06.10.2021-ci il tarixə saat 12:00-da baxış iclasına təyin olunduğunu, həmin tarixdə və saatda məhkəmə prosesində nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq həmin işə onun iştirakı olmadan baxmağı xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2019-cu il tarixli **********2128 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 29 % dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 167 AZN olmaqla bərabər hissələrlə ödəniş etməsinin razılaşdırıldığını, kredit məbləğinin kredit alana nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edildiyini, həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********2128 - 668540 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olduğunu, zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zamin Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu həmin borca hesablanmış faizi, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsinin borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin cavabdeh Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, beləliklə 09.07.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləğinin əsas borc üzrə 2021,78 (iki min on iki manat yetmiş səkkiz qəpik) AZN, faiz borcuna görə 82 (səksən iki) AZN cərimə borcuna görə 0,00 (sıfır) AZN, cəmi 2094,78 (iki min doxsan dörd manat yetmiş səkkiz qəpik) AZN təşkil etdiyini qeyd edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2021,78 (iki min on iki manat yetmiş səkkiz qəpik) AZN, faiz borcuna görə 82 (səksən iki) AZN, cərimə borcuna görə 0,00 (sıfır) AZN, cəmi 2094,78 (iki min doxsan dörd manat yetmiş səkkiz qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14.11.2019-cu il tarixli **********2128 saylı “Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə iddiaçı "xxxx" MM QBKT arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, "xxxx" MM QBKT Cavabdeh1 oğluna biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 24 ay müddətinə 3000.0 (üç min) manat kredit verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, kreditin verilməsinə görə “Kredit Alan” “Kredit Verən”ə kredit məbləğinin 3.0 %-i miqdarında komissiya ödəyir... Həmin Müqavilənin 1.4-cü bəndində qeyd olunmuşdur ki, “Kredit Alan”kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə”müvafiq olaraq ödəməyi öhdəsinə götürür... Həmin Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, kredit “Kredit Alan”a “Fincard” kredit kartı vasitəsi ilə və ya “Kredit Alanın” bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir. İş materiallarına əlavə olunmuş 14.11.2019-cu il tarixli **********104493 saylı Fincard kreditvermə qəbzindən görünür ki, Cavabdeh1 3000 (üç min) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 14.11.2019-cu il tarixli Kredit Kartının Mədaxil (Qəbul) Aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********104493 saylı kredit kartı Cavabdeh1 oğluna təqdim edilmiş və hər iki tərəf imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş 14.11.2019-cu il tarixli **********2128 - 668540 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 ilə "xxxx" MM QBKT-nın arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinin şərtinə əsasən Zamin 14.11.2019-cu il tarixli **********2128 saylı kredit müqaviləsinə əsasən (“Kredit müqaviləsi”) həmin müqavilə üzrə Krredit alan olan Cavabdeh1 (“Kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən Kredit alan illik 29 % dərəcəsi ilə 24 ay müddətində 3000.0 (üç min) manat məbləğində pul vəsaitini Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 09.07.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 09.07.2021-ci il tarixə Cavabdeh1 14.11.2019-cu il tarixli **********2128 saylı kredit müqaviləsinə əsasən 2021.78 (iki min on iki manat yetmiş səkkiz qəpik) AZN əsas borcu, 82.0 (səksən iki) AZN faiz borcu olmaqla cəmi 2094.78 (iki min doxsan dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə” müvafiq olaraq "xxxx" MM QBKT tərəfindən Cavabdeh1 illik 29 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 14.12.2019 - 14.10.2021-ci il tarixləri ərzində ayda 167.0 manat, 14.11.2021-ci il tarixində isə 165.0 manat olmaqla, cəmi 4006.0 manat pulu "xxxx" MM QBKT-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 005XOH********** nömrəli, 16.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MM QBKT tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ37NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd e dilən sənədlərlə müəyyən edildi ki, "xxxx" MMM QBKT Cavabdeh1 istehlak məqsədləri üçün illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 24 ay müddətinə 3000 (üç min) manat kredit vermiş və ona kart təqdim etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit Verən” yuxarıda qeyd olunan məbləğdə krediti “Kredit Alan”nın mülkiyyətinə vermiş və “Kredit Alan” isə müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi “Kredit Verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə" müvafiq olaraq Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 14.12.2019 - 14.10.2021-ci il tarixləri ərzində ayda 167.0 manat, 14.11.2021-ci il tarixində isə 165.0 manat olmaqla, cəmi 4006.0 manat pulu "xxxx" MM QBKT-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında” və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı təşkilata 2021,78 (iki min on iki manat yetmiş səkkiz qəpik) manat əsas borcu, 82 (səksən iki) manat faiz borcu, olmaqla cəmi 2094,78 (iki min doxsan dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Həmçinin Cavabdeh2 "xxxx" MMM QBKT ilə Zaminlik müqaviləsi bağlayaraq Kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Kredit alan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin kredit alan kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Kredit verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Kredit verən qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. Həmçinin Kredit alan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" MMM QBKT kredit alan və zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit razılaşmalarının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən 2012.78 (iki min on iki manat yetmiş səkkiz qəpik) manat əsas, 82.0 (səksən iki) manat faiz borcunun tutulması ilə bağlı iddia tələbi tamamilə əsaslıdır. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərlərinə götürmüşdür və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh1 ilə "xxxx" MMM QBKT arasında bağlanmış 14.11.2019-cu il tarixli **********2128 kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2012.78 (iki min on iki manat yetmiş səkkiz qəpik) manat əsas borc, 82.0 (səksən iki) manat faiz borcu olmaqla, cəmi 2094,78 (iki min doxsan dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq "xxxx" MM QBKT-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" MM QBKT-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14.11.2019-cu il tarixli **********2128 saylı kredit müqaviləsi üzrə 2012.78 (iki min on iki manat yetmiş səkkiz qəpik) manat əsas borc, 82.0 (səksən iki) manat faiz borcu, cəmi 2094,78 (iki min doxsan dörd manat yetmiş səkkiz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2124.78 (iki min yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) manat pul tutularaq "xxxx" MMM QBKTnın xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar