Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-62/2021 26.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, cavabdehin nümayəndə-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11500 manat məbləğində borcun, 5000 manat məbləğində mənəvi ziyanın və dövlət rüsumu olaraq ödənmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi təxminən 2 ildir tanıdığı X1 Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli 153 ünvanda yerləşən “CRYSTAL TRAVEL-R” şirkətini açmaq üçün ondan 11500 manat borc aldığını, 2 aya borcunu qaytarcağını bildirdiyini, həmin məbləği 2 aya qaytarmaq şərti ilə hissələrlə tez zamanda ona verdiyini, lakin cavabdehin bugünə kimi olan borcunu ödəmədiyin, nömrəsinə dəfələrə zəng vurduğunu, SMS yazaraq pulunu tələb etsə də hər dəfəsində müxtəlif bəhanələr gətirərk borcunu ödəməkdən boyun qaçırdığını, cavabdehin Nərimanov RPİ 17-ci PŞ-ə verdiyi izahatından və SMS yazışmalarından göründüyü kimi borcunu etiraf etdiyini, lakin borcunu ödəməkdən boyuq qaçırdığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayandə-vəkili Nümayəndə izahatında nümayəndəsi olduğu Cavabdeh Bakı şəhərində yaşadığından pandemiya ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, cavabdehin şirkət açmaq üçün İddiaçı hissə-hissə olaraq borc aldığını, həmin şirkəti açdığını, lakin pandemiya ilə əlaqədar olaraq şirkətin işləmədiyini, ona görə də borcunu ödəyə bilmədiyini, ərizədə göstərilən 11500 manat borcu qəbul etdiyini, mənəvi ziyana olan hissədə qəbul etmədiyini bildirmişdir. Cavabdehin nümayəndə-vəkili xx.xx.2021-ci il tarixdə 11500 manat məbləğində borcun etiraf edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçını nümayəndəsi-vəkili xx.xx.2020-ci il tarixdə izahatların alınması üçün məhkəmə tapşırığının verilməsi və xx.xx.2020-ci il tarixdə mülki işin adiyyəti üzrə göndərilməsi barədə məhkəməyə ərizələr göndərmiş, xx.xx.2021-ci il tarixdə məhkəməyə telefonoqram vuraraq pandemiya ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiklərini, cavabdehin əsas borcunu qəbul etdiyini, bununla bağlı məhkəməyə göndərdikləri ərizələrin nəzərə alınmamasını, iş üzrə əlavə sübutlara ehtiyac olmadığını, mövcud sübutlar əsasında işə baxılmasını bildirərək məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2020-ci il tarixdə məhkəməyə vəsatət göndərərək Bakı şəhərində yaşadığından pandemiya ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini, səhhətində problem olduğunu, özünün məhkəmə iclaslarında iştirak etməsinin zəruri olduğunu bildirərək işin özünün faktiki yaşadığı yerin məhkəməsinə, yəni Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək pandemiya ilə əlaqədar olaraq məhkəmə iclasında şəxsən iştirak edə bilmədiyini, vəkilin işdə iştirak edəcəyini bildirərək işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Nərimanov RPİ 17-ci PŞ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, cavabdeh Məmmədov X2 Ziyad Mayıl oğluna olan 10000 manat borcunu qəbul etmiş və borcunu geri ödəyəcəyini bildirmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ 17-ci Polis Şöbəsində verdiyi izahatında iddiaçıya 10000 manat borcu olduğunu qəbul edir və borcunu ödəyəcəyini bilidrmişdir. Həmçinin iş materiallarında olan telefon yazışmalarında cavabdeh iddiaçıya 11500 manat borcu olduğunu qəbul edir və borcunu ödəyəcəyinə dair müntəzəm vədlər verir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxsin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 11500 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcunu tezliklə qaytarmağı öhdəsinə götürmüş, lakin borcunu ödəməkdən yayınmışdır. Bunun səbəbini işlərinin yaxşı getməməsi ilə əlaqələndirmişdir. İddiaçı cavabdehin ona olan borcunu sübuta yetirmişdir. Bu işdə olan sübutlarla (cavabdehin polis şöbəsində verdiyi izahatında, telefon yazışmalarında və.s) öz əksini tapır. İdidaçının nümayəndəsi məhkəmə tapşırığının verilməsi və işin ərazi aidiyyəti üzrə göndərilməsi ilə bağlı ərizələr təqdim etmişdir. Lakin sonradan telefonoqram göndərərək cavabdehin əsas borcunu qəbul etdiyi üçün əlavə sübutlara ehtiyac olmadığını və işə baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəvəkili borcun qəbul edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etmiş, cavabdehin əsas borc ürzə 11500 manat borcu qəbul etdiyini, 5000 manat mənəvi zərəri isə qəbul etmədiyini bildirərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə verilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından da məlum olur ki, cavabdehlə iddiaçı arasında müqavilə bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya borcu yaranmışdır. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə iddianın əsaslı olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İş üzrə bu halların mövcudluğu sübut olunmadığından məhkəmə iddianı həmin hissədə əsassız hesab edir. Belə ki, iş üzrə iddiaçı ona mənəvi zərər vurulduğunu qeyd etsə də, onun nədə ifadə olunmasını sübut edə bilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 11500 manat borc pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 21 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Muğanlı kəndində qeydiyyatda olan Cavabdeh 11500 manat (on bir min beş yüz manat) borc pul və məhkəmə xərci olaraq 21 manat dövlət rüsumu alınaraq Xəzər rayonu Buzovna qəsəbəsi Y.Məmmədov küçəsi ev 210-da yaşayan İddiaçı oğluna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-62/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-62/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver