Məhkəmə qərarları › İş №2(110)-623/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-623/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-623/2021 25.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 04.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ **********31851 Samsung Galaxy A20, markalı telefon üçün 2244 (iki min iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 468 (dörd yüz altmış səkkiz) manat dəbbə, 04.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********64363 Samsung galaxy A10 markalı telefon üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə, 03.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ **********97651 Samsung Galaxy S20 DUAL markalı telefon üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə 65 (altmış beş) manat dəbbə, ümumilikdə 3084 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının baş direktoru iddia ərizəsində, cavabdeh "xxxx" MMC ilə 04.06.2020-ci il, 04.08.2019-cu il, 03.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ **********31851 Samsung Galaxy A20, İMEİ kod **********64363 Samsung galaxy A10 və cavabdeh "xxxx" MMC ilə 04.06.2020-ci il, 04.08.2019-cu il, 03.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ **********31851 Samsung Galaxy A20, İMEİ kod **********64363 Samsung galaxy A10 və İMEİ **********97651 Samsung Galaxy S20 DUAL markalı telefonlar aldığını və nəticədə 3084 (üç min səksən dörd) manat borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2773 (iki min yeddi yüz yetmiş üç) manat (18 ay x 130.5 manat + 424 manat ilkin ödəniş), İMEİ **********31851 Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə, 2712 (iki min yeddi yüz on iki) manat olmaqla ondan 2244 (iki min iki yüz qırx dörd) manat ödənilməmiş hissə 468 (dörd yüz altmış səkkiz) manat dəbbə, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 04.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 649 (altı yüz qırx doqquz) manat (18 ay x 35 manat + 19 manat ilkin ödəniş), İMEİ kod **********64363 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 91 (doxsan bir) manat olmaqla ondan 70 (yetmiş) manat ödənilməmiş hissə 21 (iyirmi bir) manat dəbbə, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 03.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 480 (dörd yüz səksən) manat (20 ay x 24+0 manat ilkin ödəniş), İMEİ **********97651 Samsung Galaxy S20 DUAL markalı telefon üçün ümumilikdə, 281 (iki yüz səksən bir) manat olmaqla ondan 216 (iki yüz on altı) manat ödənilməmiş hissə 65 (altmış beş) manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğin 1372 manat təşkil etdiyini qeyd edərək, Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 04.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ **********31851 Samsung Galaxy A20, markalı telefon üçün 2244 (iki min iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 468 (dörd yüz altmış səkkiz) maanat dəbbə, 04.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********64363 Samsung galaxy A10 markalı telefon üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə, 03.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ **********97651 Samsung Galaxy S20 DUAL markalı telefon üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə 65 (altmış beş) manat dəbbə, ümumilikdə 3084 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin baş direktoru 15.10.2021-ci il tarixdə Şərur Rayon Məhkəməsinin elektron poçt ünvanına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək ərizəsində, Cavabdeh qarşı iddia üzrə başlamış işin icraatda olduğunu, cavabdehin 04.08.2019-cu il tarixli müqavilə üzrə borc öhdəliyi yerinə yetirdiyi üçün iddianın dəqiqləşməsinə zərurət yarandığını, odur ki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən 03.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********64363 Samsung galaxy A10 markalı telefon üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə 65 (altmış beş) manat dəbbə pulu, 04.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ **********97651 Samsung Galaxy S20 DUAL markalı telefon üçün 2244 (iki min iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 468 (dörd yüz altmış səkkiz) manat dəbbə pulu, ümumilikdə 2993 (iki min doqquz yüz doxsan üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-623/2021 nömrəli, 18.10.2021-ci il tarixli qərardadı ilə mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlinmişdir İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı gəlməmiş, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinı baş direktoru 22.10.2021-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramda mülki iş üzrə məhkəmə iclasının 25.10.2021-ci il tarixə saat 16:00-a təyin olunduğunu, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. 08 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında iddiaçı "xxxx" MMC-nin qardaşı Cavabdeh qarşı iddia qaldıraraq, 04.06.2020-ci il tarixli müqavilə üzrə Samsung Galaxy S 20 marakalı telefon üçün 2244 manat ödənilməmiş hissə və 468 manat dəbbə pulunu, 04.08.2019-cu il tarixli müqavilə üzrə Samsung Galaxy A10 markalı telefon üçün 70 manat ödənilməmiş hissə və 21 manat dəbbə pulu, 03.08.2019-cu il tarixli müqavilə üzrə Samsung Galaxy A20 markalı telefon üçün 216 manat manat ödənilməmiş hissə və 65 manat dəbbə pulunu tələb etdiyini, qardaşının həqiqətən də "xxxx" MMCdən qeyd edilən məhsulları satın aldığını, lakin ödəmələri yubatdığını, qardaşının 02.09.2021-ci il tarixdə 04.08.2019-cu il tarixli müqavilə üzrə qalıq borcunu ödədiyini, qalan borcunu da iddiaçı ilə razılaşıb tezliklə ödəyəcəyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə baxışı iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 03.08.2019-cu il tarixli 00823053 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "ABC-Telecom" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- 2 il qızıl zəmanətli və telefon quraşdırma xidmətli İMEİ kodu **********64363 olan Samsung galaxy A10 markalı mobil telefondur. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 03.08.2019-cu il tarixli 00823053 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 480 manat olan 2 il qızıl zəmanətli və telefon quraşdırma xidmətli İMEİ kodu **********64363 olan Samsung galaxy A10 model mobil telefon üçün ilkin ödəniş ödəmədən 20 ay müddətinə, ayda 24 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 03.08.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh 2 il qızıl zəmanətli və telefon quraşdırma xidmətli İMEİ kod **********64363 Samsung galaxy A10 model mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh oğlu (müştəri) arasında bağlanmış 04.06.2020-ci il tarixli 20329647 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "ABC-Telecom" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- İMEİ kodu **********97651 olan Samsung Galaxy S20 DUAL model mobil telefondur. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 04.06.2020-ci il tarixli 20329647 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2773 (iki min yeddi yüz yetmiş üç) manat olan İMEİ kodu **********97651 olan Samsung Galaxy S20 DUAL model mobil telefon üçün ilkin ödəniş olaraq 424 manat ödəyərək, qalan məbləği 18 ay müddətinə, ayda 130,5 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 04.06.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kodu **********97651 olan Samsung Galaxy S20 DUAL markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan ********* nömrəli, 16.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 16.04.2021-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 02.09.2021-ci il tarixli, ******* nömrəli qəbzin surətindən görünür ki, Cavabdeh oğlu 04.08.2019-cu il tarixli Müqavilə üzrə 70 manat ödəniş etmiş, həmin müqavilə üzrə kredit borcu qalmamışdır. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.08.2019-cu il tarixli müqaviləyə əsasən Müştəri alqı-satqı qiyməti 480 (dörd yüz səksən) manat olan 2 il qızıl zəmanətli və telefon quraşdırma xidmətli İMEİ kodu **********64363 olan Samsung galaxy A10 model mobil telefon üçün ilkin ödəniş ödəmədən 20 ay müddətində ayda 24 (iyirmi dörd manat) manat ödəməyi, 04.06.2020-ci il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 2773 (iki min yeddi yüz yetmiş üç) manat olan İMEİ kodu **********97651 olan Samsung Galaxy S20 DUAL model mobil telefon üçün 424 (dörd yüz iyirmi dörd) manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 (on səkkiz) ay müddətinə, ayda 130,5 (bir yüz otuz manat əlli qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh oğlu müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə cəmi 2993 (iki min doqquz yüz doxsan üç) manat borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında sadə yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi hər iki Müqavilə üzrə ümumilikdə 2460 (iki min dörd yüz altmış) manat ödənilməmiş hissədə tam əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin hər iki müqavilə üzrə hesablanmış 533 (beş yüz otuz üç) manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hər iki Müqavilə üzrə hesablanmış 533 (beş yüz otuz üç) manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 53 (əlli üç) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh hər iki müqavilə üzrə 2460 (iki min dörd yüz altmış) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 2513 (iki min beş yüz on üç) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30.0 (otuz) manat dövlət rüsumunun 4.0 (dörd) manatı iddiaçıya aid edilməli, qalan 26.0 (iyirmi altı) manatı isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 03.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********64363 olan Samsung galaxy A10 markalı telefon üçün və 04.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ **********97651 olan Samsung Galaxy S20 DUAL model mobil telefon üçün birlikdə 2460 (iki min dörd yüz altmış) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat dəbbə pulu, cəmi 2513 (iki min beş yüz on üç) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 26.0 (iyirmi altı) manatı olmaqla, ümumilikdə 2539 (iki min beş yüz otuz doqquz) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar