Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-625/2020 30.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsinə dair” iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2926.1 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, 1 ədəd JAC T6 AT markalı, 2017-ci buraxılış ili, tipi pikap, rəngi qara, qeydiyyat nişanı ** PS *** olan minik avtomaşını Cavabdeh geri alınıb İddiaçı MMC-yə təhvil verilməsi, həmin müqaviləyə görə Cavabdeh 16528 (on altı min beş yüz iyirmi səkkiz) manat 8 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış faiz cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 240 günə görə 4958 (dörd min doqquz yüz əlli səkkiz) manat, cəmi 21486 (iyirmi bir min dörd yüz səksən altı) manat, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş zərfdən görünür ki, iddia ərizəsi baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsə də, poçt əməkdaşlarının diqqətsizliyi nəticəsində Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin arayışdan da görünür ki, cavabdeh Cəfərov X1 şəhər Qaraxanbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 35.1-ci maddəsinə əsasənmaddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər; 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-625/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-625/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver