Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-626/2020 17.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddi ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********6672 olan Samsung Galaxy A30 markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə olmaqla, ümumilikdə 396 (üç yüz doxsan altı) manat borcun və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 416 (dörd yüz on altı) manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində Cavabdeh iddiaçı “xxxx” MMC ilə bağladığı xx xxxx 2019cu il tarixli 00700019 saylı müqaviləyə əsasən İMEİ kodu **********6672 olan Samsung Galaxy A30 markalı telefon aldığını, nəticədə 396 (üç yüz doxsan altı) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə alqı-satqı qiyməti 591 (beş yüz doxsan bir) manat (9 ay x 65 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********6672 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə 396 (üç yüz doxsan altı) manat olmaqla, ondan 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 231 (iki yüz otuz bir) manat təşkil etdiyini qeyd edərək, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********6672 olan Samsung Galaxy A30 markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə olmaqla, ümumilikdə 396 (üç yüz doxsan altı) manat borcun və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 416 (dörd yüz on altı) manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00700019 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- Samsung Galaxy A30 DS (SM-A305).. kod **********6672 **********96670, QİZİL ZEMANET (REQEMSAL) 1 İL, TELEFON QURASHDİRMA XİDMETİ (diger) mobil telefondur. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00700019 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 591 (beş yüz doxsan bir) manat olan mobil telefon üçün ilkin ödəniş olaraq 0 (sıfır) manat ödəməklə 9 (doquz) ay müddətinə, ayda 65 (altmış beş) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Seyidov X1 Galaxy A30 DS (SM-A305).. kod **********6672 **********96670, QİZİL ZEMANET (REQEMSAL) 1 İL, TELEFON QURASHDİRMA XİDMETİ (diger) olan mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat məbləğində cərimə, ümumilikdə 396 (üç yüz doxsan altı) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ**********0000005944 xəzinə hesabına 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00700019 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 591 (beş yüz doxsan bir) manat olan İMEİ kodu **********6672 olan Samsung Galaxy A30 markalı telefon üçün ilkin ödəniş 0 (sıfır) manat ödəyərək, 9 (doqquz) ay müddətinə, ayda 65 (altmış beş) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 231 (iki yüz otuz bir) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin iddiaçıya ümumilikdə 396 (üç yüz doxsan altı) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx xxxx 2019-cu il tarixli 00700019 saylı müqaviləyə əsasən İMEİ kodu **********6672 olan Samsung Galaxy A30 markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə olmaqla, ümumilikdə 396 (üç yüz doxsan altı) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli 00700019 saylı müqaviləyə əsasən İMEİ kodu **********6672 olan Samsung Galaxy A30 markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə olmaqla, ümumilikdə 396 (üç yüz doxsan altı) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 416 (dörd yüz on altı) manat məbləğində pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-626/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-626/2020
17.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver