Məhkəmə qərarları › İş №2(110)-628/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-628/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-628/2021 01.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh əsas borcu 707.73 (yeddi yüz yeddi manat 73 qəpik) manat. faiz borcu 40.51 (qırx manat 51 qəpik) manat, cərimə borcu 106.16 (bir yüz altı manat, 16 qəpik) həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun, ümumilikdə 884.80 (səkkiz yüz səksən dörd manat 80 qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərtilə 1085.00 (bir min səksən beş manat 00 qəpik) manat məbləğində kredit verildiyini və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 27 mart 2020-ci il tarixli 381-MBM-0161-20 saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinin 2.1.1ci bəndinə əsasən “Borcalan“ müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödəilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməli olduğunu, hal-hazırda kredit müqavilsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 29.06.2021-ci il tarixə əsas borcu 707.73 AZN (yeddi yüz yeddi manat 73 qəpik). faiz borcu 40.51 AZN (qırx manat 51 qəpik), cərimə borcu 106.16 AZN (bir yüz altı manat, 16 qəpik) ümumi borcunun 884.80 AZN (səkkiz yüz səksən dörd manat 80 qəpik) təşkil etdiyini, bu borcunda cavabdeh tərəfindən ödənilməsinin təmin edilmədiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə 08 sentyabr 2020-ci il tarixli, 10766/20 saylı və 09 oktyabr 2020-ci il tarixli 11840/20 saylı pretenziya (xəbərdarlıq) məktubunun da göndərildiyini, göründüyü kimi cavabdehin müqavilənin şərtlərini pozduğunu və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid edənlərdən haqı çatanlardan məhrum etdiyini qeyd edərək, Cavabdeh əsas borcu 707.73 (yeddi yüz yeddi manat 73 qəpik) manat. faiz borcu 40.51 (qırx manat 51 qəpik) manat, cərimə borcu 106.16 (bir yüz altı manat, 16 qəpik) həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun, ümumilikdə 884.80 (səkkiz yüz səksən dörd manat 80 qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı ” Embafinans” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda böyük mütəxəssis-operator tərəfindən 11 avqust 2021-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş 27 mart 2020-ci il tarixli 381-MBM-0161-20 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı BOKT "xxxx" QSC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a X1 istehlak mallarını almaq məqsədilə 1085.00 AZN (bir min səksən beş manat 00 qəpik) məbləğində istehlak mallarını kreditə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən alınmış məişət texnikası 1 ədəd Artel soyuducu 6242 “Borcverən”in xeyrinə girov qoyulur. Girov predmeti “Borcalan”da qalır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kredit “Borcalan”a kreditdən istifadə haqqı illik 32% hesablanmaqla 12 ay müddətinə verilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan" bu müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 29.06.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 29 iyun 2021-ci il tarixə Cavabdeh Banka əsas borcu 707.73 (yeddi yüz yeddi manat 73 qəpik) manat. faiz borcu 40.51 (qırx manat 51 qəpik) manat, cərimə borcu 106.16 (bir yüz altı manat, 16 qəpik) ümumilikdə 884.80 (səkkiz yüz səksən dörd manat 80 qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 27 mart 2020-ci il tarixli 381-MBM-0161-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən BOKT "xxxx" QSC tərəfindən Cavabdeh illik 32 faiz dərəcəsi ilə 12 ay müddətinə 1085.00 AZN (bir min səksən beş manat 00 qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 27.04.2020 – 27.02.2021 tarixləri ərzində ayda 107 manat, 27.03.2021 tarixində isə 105.03 manat olmaqla, cəmi 1282.03 manat pulu BOKT "xxxx" QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ********* nömrəli, 25.06.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, BOKT "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Beləliklə, müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 27 mart 2020-ci il tarixli 381-MBM-0161-20 saylı kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik faiz dərəcəsi 32% olmaqla 12 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə məişət texnikası olan 1 ədəd Artel soyuducu 6242 almaq üçün 1085.00 AZN (bir min səksən beş manat 00 qəpik) AZN məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. Borclunun 27 mart 2020-ci il tarixli 381-MBM-0161-20 saylı kredit müqaviləsinə görə 29.06.2021-ci il tarixə iddiaçı cəmiyyətə əsas borcu 707.73 (yeddi yüz yeddi manat 73 qəpik) manat. faiz borcu 40.51 (qırx manat 51 qəpik) manat, cərimə borcu 106.16 (bir yüz altı manat, 16 qəpik) ümumilikdə 884.80 (səkkiz yüz səksən dörd manat 80 qəpik) manat məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh əsas borc 707.73 (yeddi yüz yeddi manat 73 qəpik) manat. faiz borcu 40.51 (qırx manat 51 qəpik) manat, cərimə borcu 106.16 (bir yüz altı manat, 16 qəpik) ümumilikdə 884.80 (səkkiz yüz səksən dörd manat 80 qəpik) manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı cəmiyyətin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 707.73 (yeddi yüz yeddi manat 73 qəpik) manat, faiz borcu üzrə 40.51 (qırx manat 51 qəpik) manat, cərimə borcu üzrə 106.16 (bir yüz altı manat, 16 qəpik) manat, cəmi 884.80 (səkkiz yüz səksə dörd manat 80 qəpik) manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 914.80 (doqquz yüz on dörd manat səksən qəpik) manat borc pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar