Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-63/2021 22.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri-1346,03 manat dəyərində vəsaitin alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bakı şəhəri İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-473/2019 saylı hökmü ilə Azərbaycan RespublikasıCM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh elektron nəzarət vasitəsi olan mobil cihazın dəyərinin tutulması barədə iddiaya onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı Bakı şəhəri İddiaçı iddia ərizəsində Cavabdeh Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-473/2019 saylı xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, hökmün icrasının Bakı şəhəri İddiaçınə həvalə edildiyini, xx xxxxxx 2020-ci il tarixdə şöbənin probasiya üzrə icra məmuru N.Bayramovun məhkumun iştirakı ilə müvafiq protokol tərtib etdiyini və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edildiyini, elə həmin gün müvafiq iltizamla bir ədəd mobil qurğu, bir ədəd sadə elektron qolbağ, yaddaş kitabçası və üç ədəd ev siqnal ötrücüsü məhkum hazırki iş üzrə Cavabdeh təhkim olunaraq verildiyini, bu elektron nəzarət avadanlıqlarının istifadə qaydalarının cavabdehə izah edildiyini, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edildiyini, cavabdehin xx xxx 2020-ci il tarixdə Bakı şəhəri İddiaçındə olarkən izahatı alındığını, izahatında onun Bakı şəhəri Nərimanov parkı adlanan ərazidə olduğu zaman elektron mobil qurğunu naməlum şəraitdə itdiyini bildirdiyini, bu barədə cavabdehin Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə müraciət etdiyini, belə olan halda cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusunu itirdiyini və onlara maddi ziyan verdiyini, Ədliyyə Nazirliyi Maliyyə və Təminat idarəsinin onlara verdiyi maliyyə arayışına görə həmin itən avadanlığın dəyərinin 1346,03 manat təşkil etdiyini, mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını qeyd edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri-1346,03 manat dəyərində vəsaitin alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsində qeyd edilənləri və mülki iş materiallarında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)- 473/2019 saylı xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası Bakı şəhəri İddiaçınə həvalə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli izahatdan məlum olur ki, Cavabdeh Bakı şəhəri İddiaçınə izahat verərək Sabunçu rayon Məhkəməsinin 1(008)-473/2019 saylı xx xxxxxx 2019-cu il tarixli hökmü ilə onun üzərinə qoyulan vəzifələrin icra məmuru tərəfindən ona xəbərdar olunduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il protokoldan məlum olur ki, Cavabdeh hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilərək ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli iltizamdan görünür ki, Axundov X1 rayon Məhkəməsinin 1(008)-473/2019 saylı xx xxxxxx 2019-cu il tarixli hökmü ilə ona təhkim olunmuş elektron nəzarət vasitələrini- mobil qurğu, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq və 3 ədəd ev siqnal ötrücüsünü qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli rayışdan məlum olur ki, Cavabdeh xx xxx 2020-ci il tarixdə ərizə ilə Nərimanov RPİ-nin 18-ci PŞnə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “N.Nərimanov” adına istirahət parkında barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ona verilmiş mobil nəzarət qurğusu olan 2800 manat dəyərində telefonu naməlum şəraitdə itirdiyini bildirmişdir. Bununla bağlı Nərimanov RPİ-nin 18-ci PŞ-də təhqiqat araşdırması davam etdirilir. İş materiallarında olan Cavabdeh tərəfindən Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx xxx 2020-ci il tarixdə tarixdə saat 19:00 radələrində Nərimanov istirahət parkında olarkən üzərində olan “idrak” markalı telefonu naməlum şəraitdə itmişdir. Bu barədə araşdırma aparılması və telefonun tapılması barədə iş görülmüsəni xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən verilmiş D-8/196 nömrəli,xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1346,03 manat təşkil edir. Məhkəmə tədqiqatı baxışı zamanı müəyyən olunmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə icra məmuru X3 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və məhkum Cavabdeh hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilərək ona yaddaş kitabçası verilmişdir. Eyni zamanda Cavabdeh verdiyi iltizamla ona təhkim elektron nəzarət vasitələrinimobil qurğu, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq və 3 ədəd ev siqnal ötrücüsünü qəbul etmişdir. Məhkum Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx xxx 2020-ci il tarixdə tarixdə saat 19:00 radələrində Nərimanov istirahət parkında olarkən üzərində olan “idrak” markalı telefonu naməlum şəraitdə itirdiyini bildirmişdir. Mobil qurğunun itməsi ilə əlaqədar Nərimanov RPİ-nin 18-ci PŞ-nin xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh müraciəti əsasında naməlum şəraitdə itirilmiş 2800 manat dəyərində mobil nəzarət qurğusu olan telefonunun tapılması istiqamətində təhqiqat araşdırması aprıldığı qeyd edilsədə, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən verilmiş D-8/196 nömrəli,xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1346,03 manat təşkil edir. Lakin Cavabdeh elektron nəzarət qurğusunun dəyərinin ödənilməsi istiqamətində bu günə qədər heç bir ödəniş etmədiyindən, İddiaçı Cavabdeh elektron nəzarət qurğusunun dəyəri-1346,03 manat dəyərində vəsaitin alınıb onlara verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir; 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir; 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki iddia tələbi üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin xərclər cavabdeh tərəfindən tam şəkildə iddiaçıya ödənilməmişdir, ona görə də iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat Cavabdeh alınaraq Bakı şəhəri İddiaçınə ödənilməlidir. Eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı Bakı şəhəri İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Tələb olunan məbləğ isə 500 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 30 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat Cavabdeh alınaraq Bakı şəhəri İddiaçınə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-63/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-63/2021
22.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver