Məhkəmə qərarları › İş №2(110)-633/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-633/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-633/2021 08.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddi ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.11.2019-cu il tarixli müqavilə ilə İMEİ kod **********48084 Samsung galaxy A10s və DECT PANASONİC markalı telefonlar üçün, 203.7 (iki yüz üç manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 223.7 manat borc, 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin ”ABC Telecom” MMC ilə 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kod **********48084 Samsung galaxy A10s markalı telefon və DECT PANASONİC markalı telefon aldığını və nəticədə 203.7 (iki yüz üç manat, yetmiş qəpik) manat borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə alqı-satqı qiyməti 492 (dörd yüz doxsan iki) manat (12 ay x 41 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********48084 Samsung galaxy A10s və DECT PANASONİC markalı telefon üçün ümumilikdə 223.7 (iki yüz iyirmi üç manat, yetmiş qəpik) manat olmaqla, ondan 203.7 (iki yüz üç manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə pulu borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 288.3 manat olduğunu qeyd edərək, 07.11.2019-cu il tarixli müqavilə İMEİ kod **********48084 Samsung galaxy A10s v DECT PANASONİC markalı telefonlar üçün, 203.7 (iki yüz üç manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 223.7 manat borc, 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ”ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 13.08.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh ilə (Müştəri) arasında bağlanmış 07.11.2019-cu il tarixli, Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom” özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - İMEİ kod **********48084 olan Samsung galaxy A10 s (SM-A107) markalı və DECT PANASONİC KX-TG1611UAH markalı mobil telefonlardır. Tərəflər arasında bağlanmış, 07.11.2019-cu il tarixli, 01033087 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 492 (dörd yüz doxsan iki) manat olan Samsung galaxy A10s markalı və DECT PANASONİC markalı mobil telefonlar üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 (on iki) ay müddətinə ayda 41 (qırx bir doxsan ) manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 07.11.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kod **********48084 Samsung galaxy A10s və DECT PANASONİC KX- TG1611UAH markalı mobil telefonları tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 26 iyul 2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 203.7 (iki yüz üç manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 223.7 (iki yüz iyirmi üç manat, yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 27.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, ”ABC TELECOM” MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 23.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi ”ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 07.11.2019-cu il tarixli, 01033087 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən alış qiyməti 492 (dörd yüz doxsan iki ) manat olan, İMEİ kod **********48084 Samsung galaxy A10s və DECT PANASONİC markalı mobil telefonlar üçün, ilkin ödəniş ödəməyərək, alış qiymətini 12 (on iki) ay müddətinə ayda 41 (qırx bir) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 288.3 manat ödəniş etmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin iddiaçıya 203.7 (iki yüz üç manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 223.7 (iki yüz iyirmi üç manat, yetmiş qəpik) manat borcu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; ” - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh 07.11.2019-cu il tarixli, 01033087 saylı Müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış cərimə borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Beləliklə də, hesab edirəm ki, Cavabdeh 07.11.2019-cu il tarixli, 01033087 saylı Müqaviləyə əsasən İMEİ kod **********48084 Samsung galaxy A10s və DECT PANASONİC markalı mobil telefonlar üçün 203.7 (iki yüz üç manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 223.7 (iki yüz iyirmi üç manat, yetmiş qəpik) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 07.11.2019-cu il tarixli, 01033087 saylı müqaviləyə əsasən İMEİ kodu **********48084 olan Samsung galaxy A10s və DECT PANASONİC markalı telefonlar üçün, 203.7 (iki yüz üç manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, cəmi 223.7 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 243.7 (iki yüz qırx üç manat, yetmiş qəpik) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar