Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-635/2021 09.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 06 dekabr 2019-cu il tarixli YSNPU-0702_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 694.81 (altı yüz doxsan dörd manat səksən bir qəpik) manat, faiz borcuna görə 7,8 (yeddi manat, səksən qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 702.61 (yeddi yüz iki manat, 61 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli YSNPU-0702_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% (bir) faiz dərəcəsi olmaqla 60 ay müddətinə 694.81 (altı yüz doxsan dörd manat, səksən bir qəpik) manat məbləğində cavabdehə kredit verildiyini, 06 dekabr 2019-cu il tarixli YSNPU-0702_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli YSNPU-0702_KMP saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 06-dan gec olmayaraq hər ay 11,88 (on bir manat səksən səkkiz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 06 dekabr 2019-cu il tarixli YSNPU-0702_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 694.81 (altı yüz doxsan dörd manat səksən bir qəpik) manat, faiz borcuna görə 7,8 (yeddi manat, səksən qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 702.61 (yeddi yüz iki manat, 61 qəpik) manat təşkil etdiyini qeyd edərək, Cavabdeh 06 dekabr 2019-cu il tarixli YSNPU-0702_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 694.81 (altı yüz doxsan dörd manat səksən bir qəpik) manat, faiz borcuna görə 7,8 (yeddi manat, səksən qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 702.61 (yeddi yüz iki manat, 61 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdeh X1 qeydiyyatda olduğu və yaşadığı ünvanlara göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 26 avqust 2021-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 18.12.2014-cü il tarixli, YSNPU-0702 saylı Kredit Müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə yenidən 06.12.2019-cu il tarixli YSNPU-0702 saylı “Güzəştli şərtlərlə Kredit müqaviləsi bağlanmış və Müştəri 1 illik güzəşt müddəti şərti ilə illik 1% faiz olmaqla, 5 il müddətinə borcunu Güzəştli şərtlərləKredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit müqaviləsi üzrə verilmiş Kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və Kredit müqaviləsinə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarır. Həmin Müqavilənin 4.1.1-ci bəndinə əsasən Müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə Kreditin qaytarılması tələbi üçün təhlükə yaradarsa, bu Kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, Bank Krediti dərhal vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş 06.12.2019 tarixli Sərəncam orderinin surətindən görünür ki, Cavabdeh 694.81 AZN kredit verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 28 iyul 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 28 iyul 2021-ci il tarixə Cavabdeh Banka 694.81 (altı yüz doxsan dörd manat səksən bir qəpik) manat əsas borcu, 7,8 (yeddi manat, səksən qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 702.61 (yeddi yüz iki manat, altmış bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 06.12.2019-cu il tarixli YSNPU-0702 saylı Kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən, Cavabdeh borclu olduğu krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti ərzində, yəni 06.01.2020-06.12.2020-ci il tarixlərdə ayda 0.60 manat, 06.01.2021 – 06.12.2024 tarixləri ərzində 14.72 manat olmaqla, cəmi 716.11 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ********* nömrəli, 28.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, iddiaçı tərəfindən hökumət ödəniş Portalı vasitəsi ilə məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat rüsum ödənilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit kartı müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. İş materialında olan sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli, YSNPU-0702 saylı Kredit Müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə yenidən 06.12.2019-cu il tarixli YSNPU-0702 saylı “Güzəştli şərtlərlə Kredit müqaviləsi bağlanmış və Müştəri 1 illik güzəşt müddəti şərti ilə illik 1% faiz olmaqla, 5 il müddətinə borcunu Güzəştli şərtlərlə” Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh Banka borclu olduğu 694.81 AZN manat borcu 1 il güzəşt müddəti ərzində, yəni 06.01.2020-06.12.2020-ci il tarixlərdə ayda 0.60 manat, 06.01.2021– 06.12.2024 tarixləri ərzində 14.72 manat olmaqla, cəmi 716.11 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Müştəri kredit müqaviləsi ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Ona görə də İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək 06.12.2019-cu il tarixli YSNPU-0702 saylı saylı Güzəştli şərtlərlə” Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 694.81 (altı yüz doxsan dörd manat səksən bir qəpik) manat əsas borcu, 7,8 (yeddi manat, səksən qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 702.61 (yeddi yüz iki manat, altmış bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 694.81 (altı yüz doxsan dörd manat səksən bir qəpik) manat əsas borc, 7,8 (yeddi manat, səksən qəpik) manat məbləğində faiz borcu, cəmi 702.61 (yeddi yüz iki manat, 61 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 732.61 (yeddi yüz otuz iki manat, altmış bir qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-635/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-635/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver