Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-637/2021 25.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, cavabdeh X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində verdiyi pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və 25 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasına İddiaçı ərizə ünvanlayaraq ərizəsində cavabdeh X2 qarşı pul tələbinə dair iddia qaldırdığını, cavabdeh X4 ilə məhkəmədənkənar mübahisələrini həll etdiklərini, hazırda ondan tələbinin olmadığını, iddia tələbindən imtina etməyinin qəbul olunaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X4 izahatında iddiaçı ilə öz aralarında razılaşdıqlarını, iddiaçının pulunu ödədiyini, ərizəyə etiraz etmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur, buna görə də hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; - 191.2-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; - 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarilması haqqında məsələlərdə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 30.07.2021-ci il tarixdə 26337 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 30.07.2021-ci il tarixdə 26337 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-637/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-637/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver