Məhkəmə qərarları › İş №2(110)-638/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-638/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-638/2021 09.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən,Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, alqı- satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 821 manat məbləğində əsas borcun, 337 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 1188 manat pul məbləğinin cavabdeh- Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh 19.09.2020-ci il tarixli STN03-5416 saylı alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS MAĞAZASİNDAN 1248 AZN dəyərində Planşet Lenova M-10 TB-X505X LTE/10.1 Android və Notebook Lenovo S145-151 GM Pentium aldığını, eyni zamanda alqı–satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 237 azn həcmində ilkin ödəniş edildiyini. Müqaviləyə əsasən 1248 AZN ümumi məbləğdən 237 azn ödəniş edildikdən sonra qalıq məbləğin 1011 azn etdiyini, bu isə 12 aylıq ödəmə şərti ilə aylıq 85 azn ödəniş etdiyini, Cavabdeh ödəniş tarixçəsinin belə olduğunu; 1) 31.10.2020-90 azn 2) 24.11.2020-100 azn, cavabdehin cəmi 190 azn ödəniş etdiyini, qalıq borcun 821 azn olduğunu, qalıq borcun 821 manat olaraq qaldığını gecikdirilmə ilə əlaqədar 22.07.2021-ci il tarixinə yaranan dəbbə pulunun (faiz borcu) 337 azn olduğunu, 821 azn əsas borc 337 azn dəbbə pulu və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə TAB MMC-yə 1188 manat ödənilməli olduğunu, daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə onunla söhbət aparılmasına baxmayaraq borclunun heç bir ödəniş etmədiyini, sonuncu dəfə isə cavabdeh - Cavabdeh oğluna ödənişlə əlaqədar 26.07.2021-ci il tarixində pretenziya məktubunun göndərildiyini və ödəmə üçün 3 günlük müddət təyin edildiyini, lakin borclunun yenə də ödəniş etmədiyini, hazırkı iş ilə əlaqədar cavbdehin əşyanı müqavilə bağlandığı gün təhvil aldığını, bunu müqaviləyə əlavə edilən təhvil - təslim aktından da görmək olduğunu qeyd edərək, alqı- satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 821 manat məbləğində əsas borcun, 337 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə birlikdə ümumilikdə 1188 manat pul məbləğinin cavabdeh-Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmiş, iş materialında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh bildirişi almişdir. Eyni zamanda 26.08.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş müqavilədən və digər sənədlərdən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı MMC arasında 19.09.2020-ci il tarixli STN03-5416 saylı alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış 19.09.2020-ci il tarixli STN03-5416 saylı alqı-satqı Müqaviləsinin 1.3-cü bəndinə əsasən, “Satıcı” “Alıcıya” Planşet Lenova M-10 TB-X505X LTE/10.1 Androidi və Notebook Lenovo S145-151 GM Pentiumu nisyə satmağı “Alıcı” isə həmin malı qəbul etməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” tərəfindən alınmış malın ümumi dəyəri olan 1248 AZN-nin 237 (iki yüz otuz yeddi) AZN-i həcmində “Satıcıya” ilkin ödəniş ödəyir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən “Alıcı” tərəfindən alınmış malın ümumi dəyərinin qalıq məbləği müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə satıcıya ödənilir. Həmin Müqaviləsinin 5.3-cü bəndinə əsasən Müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə “Alıcı” hər gecikdirilən gün üçün aylıq ödənişin 1 (bir) % həcmində əlavə cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş 22.07.2021-ci il tarixli Maliyyə arayışına əsasən hal-hazırda cavabdehin iddiaçıya 821 manat məbləğində əsas borcu, 337 manat məbləğində cərimə borcu mövcuddur. İş materiallarına əlavə olunmuş alqı-satqı Müqaviləsinə əlavə olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19.07.2019-cu il tarixdə 1248 manat məbləğində avadanlığa ilkin ödəniş 237 azn ödəməklə 12 ay müddətinə, 25.10.2020 - 25.08.2021 tarixlərində 85 manat, 25.09.2021 tarixində isə 76 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19.09.2020-ci il tarixli STN03-5416 nömrəli satılmış əşyanın təhvil verilməsi haqqında aktdan görünür ki, “Satıcı” – 1 ədəd Lenova M-10 TB-X505X LTE/10.1 Android markalı planşeti və 1 ədəd Lenovo S145-151 GM Pentium markalı notebook-u “Alıcı”- Cavabdeh qüsursuz təhvil vermişdir. İş materiallarında olan ********* nömrəli, 02.08.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra 3 (üç) gün müddətində borcunu ödəmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı və gecikdirmə ilə əlaqədarəlavə faizlər ödəniləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən və digər sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.09.2020-ci il tarixli STN03-5416 saylı alqısatqı Müqaviləsinə əsasən alıcı Cavabdeh İddiaçı MMC-dən nisyə aldığı Planşet Lenova M-10 TB-X505X LTE/10.1 Android və Notebook Lenovo S145-151 GM Pentium üçün ilkin ödəniş 237 manat ödəyərək, qalan məbləği 12 (on altı) ay müddətinə - ayda 85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 190 (bir yüz doxsan) manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən hal-hazırda cavabdehin iddiaçıya 1188 (bir min yüz səksən səkkiz) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 821 manat məbləğində əsas borc, 337 manat məbləğində dəbbə pulu borcu olmaqla cəmi 1188 (bir min səkkiz yüz səksən səkkiz) manat borc tutularaq İddiaçı MMC - nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyq ediulənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 821 manat məbləğində əsas borc, 337 manat məbləğində dəbbə pulu borcu və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1188.0 (bir min səkkiz yüz səksən səkkiz) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar