Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-639/2025 05.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin iclas zalında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3900 (üç min doqquz yüz) manat borcunu və dövlət rüsumu olaraq ödədiyi 59 (əlli doqquz) manat, cəmi 3959 (üç min doqquz yüz əlli doqquz) manat pulun alınaraq onun xeyrinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şərur rayon Vərməziyar kəndində yaşayır. Ailənin dolanışığı üçün maldarlıqla məşğul olur. 2021-ci ilin avqust ayında Şərur rayon Ələkli kənd sakini Cavabdeh ondan dörd baş iribuynuzlu ümumi məbləği 4300 (dörd min üç yüz) manat olmaqla mal almışdır. Həmin məbləğdən cavabdeh ona cəmi 400 (dörd yüz) manat pul ödəmiş və qalan 3900 (üç min doqquz yüz) manat pulu isə bir ay müddətinə ödəməyinə söz vermişdir. Lakin həmin vaxtdan uzun müddət ötsə də, bu günə kimi cavabdeh ona olan borcunu ödəməmişdir. Cavabdeh ona olan 3900 (üç min doqquz yüz) manat pul borcunu ona geri qaytarmasını tələb etsə də, ona məhəl qoymamışdır. Cavabdeh ona vurduğu zərərin qarşılanmasını istəyirə. Ona görə də, Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavablandırarkən, iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, onun heyvan alveri ilə məşğul olduğunu, 2021-ci ilin yay ayında cavabdeh əmisi Şakirlə onlara gələrək ondan heyvan almaq istədiyini bildirdiyini, Ruslanı qonşu kəndçi kimi tanıdığını, ona 4 baş dana verdiyini, 4300 manat razılaşdıqlarını, Ruslanın ilkin olaraq 400 manat ödədiyini, qalan 3900 manatı isə bir ayın içində verəcəyini bildirdiyini, həmin vaxtı “QAZEL” markalı avtomobilə malları mindirərək apardığını, həmin vaxtı həyətdə atası, anası və Anar adlı şəxsin olduğunu, bir neçə dəfə evlərinə getsə də Ruslanın ortaya çıxmadığını, sonra onun polis idarəsinə müraciət etdiyini və orada Ruslanın izahatını aldıqlarını, imkanı olmadığını, olanda verəcəyini dediyini, polisə müraciət edən zaman Ruslanın evinə sənəd çıxaracaqlarını, evi girov qoyub bankdan pul götürərək, borcunu ödəyəcəyini dediklərini, həmin vaxt Ruslanın polisdə izahatını aldıqlarını, Ruslanın 2 il bundan əvvəl ona olan borcundan 600 manatını atasına verdiyini, o, Bakıda olanda atasının kartına pul atdığını, sonuncu ödənişi 2 il bundan öncə etdiyini, hal-hazırda 3300 manat borcu qaldığını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında işə baxılmışdır. Yazılı sübutlar: İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, Şərur rayon Vərməziyar kənd sakini İddiaçı 3900 manat borcu olduğunu etiraf edərək, həmin borcu qaytaracağına dair öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı ərizəsi əsasında Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsində aparılan araşdırma zamanı Cavabdeh alınan izahatda göstərmişdir ki, 2020-ci ildə İddiaçı 4 baş iribuynuzlu mal almışdır, hal-hazırda ona 3300 manat borcu qalmaqdadır. İş materiallarında olan Şərur Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Şərur Rayon Polis İdarəsinə etdiyi müraciət məhkəmə orqanlarının səlahiyyətində olduğundan məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı əsassız varlanma obyekti olan pul məbləğinin geri qaytarılması ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından aydın olur ki, iş materialları ilə müəyyən olunur ki, 2021ci ilin avqust ayında tərəflər arasında iddiaçıya məxsus 4 baş iribuynuzlu malın alqısatqısı ilə bağlı faktiki razılaşma əldə edilmişdir. Həmin razılaşma yazılı formada rəsmiləşdirilməsə də, iş üzrə toplanmış sübutlar – iddiaçının izahatı, cavabdehin polis orqanında verdiyi izahat və onun tərəfindən imzalanmış yazılı iltizam – tərəflər arasında alqı-satqı münasibətlərinin real olaraq mövcud olduğunu və icrasına başlanıldığını təsdiq edir. Belə ki, cavabdeh polis orqanında verdiyi izahatında iddiaçıdan 4 baş iribuynuzlu mal aldığını və müəyyən məbləğdə borcunun qaldığını etiraf etmişdir. Bundan əlavə, iş materiallarında olan yazılı iltizamdan görünür ki, cavabdeh həmin malı razılıq əsasında aldığını, dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü açıq şəkildə təsdiq etmişdir. Bu sənəd tərəflər arasında öhdəlik münasibətlərinin mövcudluğunu göstərən mühüm və birbaşa sübut kimi qiymətləndirilir. Məhkəmə iclasında iştirak etməyən cavabdeh sözügedən iltizamın ona məxsus olmaması, yaxud məzmununun həqiqətə uyğun olmaması barədə hər hansı etiraz irəli sürməmiş, əks sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh bu hüquqdan istifadə etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş sübutları təkzib etməmişdir. MPM-in 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar qəbul edir və MPM-in 88-ci maddəsinə əsasən həmin sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verir. Təqdim olunmuş sübutların məcmusu göstərir ki, iddiaçı öz öhdəliyini – yəni əmlakı cavabdehə vermək öhdəliyini – icra etmiş, cavabdeh isə üzərinə götürdüyü pul öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh 4 baş iribuynuzlu malı qəbul etdikdən sonra iddiaçıya müxtəlif vaxtlarda müəyyən məbləğdə pul ödəmiş, lakin razılaşdırılmış məbləği tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliklər müqavilədən və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan əmələ gəlir. İşin faktiki halları göstərir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bütün zəruri elementləri – predmet (4 baş iribuynuzlu mal), qiymət (4300 manat) və tərəflərin qarşılıqlı iradə ifadəsi – mövcud olmuşdur. Müqavilənin yazılı formada bağlanmaması onun hüquqi qüvvəsini aradan qaldırmır, çünki tərəflər faktiki icra hərəkətləri ilə müqavilə münasibətlərini təsdiq etmişlər. Eyni zamanda, cavabdehin əmlakı əldə etməsinə baxmayaraq onun dəyərini tam ödəməməsi hüquqi nəticə etibarilə əsassız varlanma institutunun tətbiqini şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanmış sayılır. Mülki Məcəllənin 1091.2-ci maddəyə görə isə belə varlanma onu haqlı edən qanuni və ya müqavilə əsası olmadıqda mövcud olur. İşin faktiki hallarından belə müəyyən olunur ki, cavabdeh malı əldə etmiş, lakin onun müqabilində nəzərdə tutulan pul öhdəliyini tam icra etməmişdir. Bu səbəbdən ödənilməmiş hissə üzrə o, iddiaçının hesabına hüquqi əsas olmadan varlanmışdır. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə geri qaytarmalıdır. Bundan başqa, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin digər tərəfin istinad etdiyi faktları etiraf etməsi həmin faktların sübut edilməsinə ehtiyacı aradan qaldırır. Cavabdeh həm yazılı iltizamda, həm də polis orqanında verdiyi izahatda borcunun mövcudluğunu etiraf etmişdir. Məhkəmə həmin etirafın işin həqiqi hallarının gizlədilməsi məqsədilə və ya aldatma, zor, hədə, yaxud yanılma təsiri altında verilməsinə dair hər hansı əsas müəyyən etmədiyindən (MPM-in 106.4-cü maddəsi), bu etirafı sübut kimi qəbul edir. Eyni zamanda, məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatı da nəzərə alır. Belə ki, iddiaçı ilkin olaraq cavbdehdən 3900 manat tələb etsə də, məhkəmə iclasında borcun qalıq məbləğinin 3300 manat olduğunu etiraf etmişdir. Bu etiraf onun öz əleyhinə olan faktın təsdiqi kimi qiymətləndirilməlidir və MPM-in 106.3-cü maddəsinə əsasən həmin məbləğ sübuta ehtiyac olmadan qəbul edilməlidir. Məhkəmə etirafın könüllü və real vəziyyətə uyğun olduğunu müəyyən etdiyindən borcun məbləğini 3300 manat kimi qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış alqı-satqı üzrə öhdəlik münasibətləri cavabdeh tərəfindən lazımi qaydada və tam icra edilməmiş, nəticədə iddiaçının əmlak hüquqları pozulmuşdur. Cavabdeh aldığı əmlakın dəyərini tam ödəmədiyindən, ödənilməmiş 3300 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli; -Cavabdeh 3300 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli; -İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -Tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 59 manat məbləğində dövlət rüsumunun 49,92 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumunun 49,92 manat (qırx doqquz manat doxsan iki qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-639/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-639/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver