Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-643/2020 22.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, X1 Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxx” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 659,85 (altı yüz əlli doqquz manat səksən beş qəpik) manat əsas borc, 16,49 (on altı manat qırx doqquz) manat məbləğində faiz borcu, həmçinin ərizəyə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun ümumilikdə 706,74 (yeddi yüz altı manat yetmiş dörd qəpik) manat borcun tutularaq iddiaçı BOKT “xxxx” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 12 ay müddətinə 1068 (bir min altmış səkkiz) manat məbləğində kredit verildiyini və bununla bağlı X2 Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxxx 2019-cu il tarixli 185-MAX-0661-19 saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən "Borcalan" müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödəilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməli olduğunu, hal-hazırda kredit müqavilsinin şərtlərinə əsasən Cavabdeh X2 Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixə 659,85 (altı yüz əlli doqquz manat səksən beş qəpik) manat əsas borcu, 16,49 (on altı manat qırx doqquz) manat faiz borcu, 0 (sıfır) manat cərimə borcu olmaqla, ümumi 676,34 (altı yüz yetmiş altı manat otuz dörd qəpik) manat borcu olduğunu, bu borcunda cavabdeh tərəfindən ödənilməsinin təmin edilmədiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə xx xxxx 2020-ci il tarixli, 9165/20 saylı pretenziya (xəbərdarlıq) məktubunun da göndərildiyini, göründüyü kimi cavabdehin müqavilənin şərtlərini pozduğunu və vurduğu zərər nəticəsində X2 Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid edənlərdən haqı çatanlardan məhrum etdiyini qeyd edərək Cavabdeh 659,85 (altı yüz əlli doqquz manat səksən beş qəpik) manat əsas borc, 16,49 (on altı manat qırx doqquz) manat məbləğində faiz borcu, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 706,74 (yeddi yüz altı manat yetmiş dörd qəpik) manat borcun tutularaq iddiaçı BOKT “xxxx” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli 185-MAX-0661-19 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı BOKT “xxxx” QSC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a “xxxx” QSC-nin satdığı mallarını almaq məqsədilə 1068 (bir min altmış səkkiz) AZN məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən alınmış məişət texnikası 1 ədəd Asus noutbuk X540UA-GQ057 15.6”/İ5-7200U/4GB/1TB/DVD/Endless/Black “Borcverən”in xeyrinə girov qoyulur. Girov predmeti “Borcalan”da qalır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kredit “Borcalan”a kreditdən istifadə haqqı illik 35.1% hesablanmaqla 12 ay müddətinə verilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən "Borcalan" bu müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh Banka 659,85 (altı yüz əlli doqquz manat səksən beş qəpik) manat əsas borc, 16,49 (on altı manat qırx doqquz) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə borcu olmaqla, cəmi 676.34 (altı yüz yetmiş altı manat otuz dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli 185-MAX-0661-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən BOKT “xxxx” QSC tərəfindən Cavabdeh illik 35 faiz dərəcəsi ilə 12 ay müddətinə 1068 (bir min altmış səkkiz) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2020 tarixləri ərzində ayda 107 manat, xx.xx.2020 tarixində isə 104,36 manat olmaqla, cəmi 1281,36 manat pulu BOKT “xxxx” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, BOKT xxxx QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından məktubun ona çatdırılması mümkün olmamış, məktub geri qaytarılmışdır. Beləliklə, müəyyən olundu ki, Cavabdeh ilə X1 Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 185-MAX-0661-19 saylı kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik faiz dərəcəsi 35 % olmaqla 12 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə məişət texnikası olan 1 ədəd Asus noutbuk X540UA- GQ057 15.6”/İ5-7200U/4GB/1TB/DVD/Endless/Black almaq üçün 1068 (bir min altmış səkkiz) AZN məbləğində kredit verilmişdir. Hazırda borlcu kredit müqaviləsinin şərtlərini pozaraq krediti ödəməkdən yayınmaqla üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməmişdir. Bununla da borclunun xx xxxxxxx 2019-cu il tarixli 185-MAX-0661-19 saylı kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə iddiaçı cəmiyyətə 659,85 (altı yüz əlli doqquz manat səksən beş qəpik) manat əsas borc, 16,49 (on altı manat qırx doqquz) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə borcu olmaqla, cəmi 676.34 (altı yüz yetmiş altı manat otuz dörd qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 659,85 (altı yüz əlli doqquz manat səksən beş qəpik) manat əsas borc, 16,49 (on altı manat qırx doqquz) manat məbləğində faiz borcu olmaqla, cəmi 676,34 (altı yüz yetmiş altı manat otuz dörd qəpik) manat məbləğində pul tutularaq X2 Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq iddiaçı cəmiyyətin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 659,85 (altı yüz əlli doqquz manat səksən beş qəpik) manat əsas borc, 16,49 (on altı manat qırx doqquz) manat məbləğində faiz borcu olmaqla, cəmi 676,34 (altı yüz yetmiş altı manat otuz dörd qəpik) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 706,74 (yeddi yüz altı manat yetmiş dörd qəpik) manat borc pul tutularaq X2 Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-643/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-643/2020
22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver