Məhkəmə qərarları › İş №2(110)-646/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-646/2021

30.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-646/2021 30.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən e t d i m: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1”əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 141 manat 30 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 ( bir yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 317 manat 30 qəpik məbləğində pulun tutulub İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində Şərur Rayon Məhkəməsində İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işin olduğunu, cavabdehlə barışıq əldə etdiklərini, qeyd olunan məbləğin cavabdeh tərəfindən tam şəkidə ödənildiyini, qeyd olunanları nəzərə alaraq iddia iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq o, məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı MMC tərəfindən Mərkəzi Bank Hökumət Ödəniş Portalı vasitəsilə 10.06.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən X2 Ödəniş Portalı vasitəsilə 10.06.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar