Məhkəmə qərarları › İş №2(110)-647/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-647/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-647/2021 25.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 68,16 ABŞ dolları məbləğində əsas borcu, 17,26 ABŞ dolları məbləğində faiz borcu, 1168,71 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10,77 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şöbə müdiri Azər Əmirovun 15.10.2021-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına daxil olmuş ərizəsində hal-hazırda icraatda olan Ləğv prosesində olan "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair 2(110)-647/2021 saylı mülki işin icraatda olduğunu, həmin mülki işin məhkəmə baxışının 25.10.2021-ci il tarixə saat 12:00-a təyin edildiyini, Cavabdeh1 "xxxx" ASC-yə olan borcunu ödədiyini, hal-hazırda Cavabdeh1 bank qarşısında borc öhdəliyinin mövcud olmadığını, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmənin ərizəni baxılmamış saxlanılması barədə qərardad qəbul etdiyini, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işin baxılmamış saxlanılması və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası iş üzrə cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh də məhkəmə baxışında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı bank tərəfindən Azərbayca Respublikası Mərkəzi X1 vasitəsilə 12.08.2021-ci il tarixli ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı bank tərəfindən Azərbayca Respublikası Mərkəzi X1 vasitəsilə 12.08.2021-ci il tarixli ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı “İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar