Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-65/2022 11.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi Səfərova Ayşən Fazil qızının katibliyi, iddiaçı Ramazanova İddiaçı iştirakı ilə, Ramazanova İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)-505/2018 saylı, 14.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan 02.06.2008-ci il tarixdə doğulmuş X3, 20.05.2010-cu il tarixdə doğulmuş X5 və 21.07.2015-ci il tarixdə doğulmuş X1 üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə 2007-ci ildə nikaha daxil olduqlarını, birgə nikahdan 02.06.2008-ci il tarixdə X3, 20.05.2010-cu il tarixdə X5 və 21.07.2015-ci il tarixdə X4 doğulduğunu, evləndikdən bir müddət sonra ailə münasiətlərinin tədricən soyuyaraq tamamilə kəsildiyini, cavabdehlə 4 il olar ki, ayrı yaşadıqlarını, yetkinlik yaşına çatmayan uşaqlarının da onun yanında olduqlarını, Şərur Rayon Məhkəməsinin 2(110)-505/2018 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən 3 uşaq üçün ayda 240 manat miqdarında aliment təyin olunduğunu, cavabdehin ayda 240 manat aliment ödədiyini, lakin bundan başqa uşaqların maddi vəziyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, uşaqlar böyüdükcə tələbatlarının da artdığını, haliyyədə uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin fərdi əməklə məşğul olduğunu, qazancı barədə məlumatının olmadığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı Ramazanova İddiaçı izahatında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq cavabdehin Gürcüstan Respublikasında yaşadığını və orada usta işlədiyini, sonuncu dəfə bu il yanvar ayının 1-də uşağı ilə ünsiyyətdə olan zaman onun daha artıq aliment ödəməyə imkanı olduğunun məlum olduğunu, özünün məktəbdə müəllimə işlədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10.07.2008-ci il tarixli AZ-ll № 167062 seriyalı, 01.09.2010-cu il tarixli AZ-İll № 502230 seriyalı, 26.08.2015-ci il tarixli AZ-İll № 305908 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər 02.06.2008-ci il tarixdə doğulmuş X3, 20.05.2010-cu il tarixdə doğulmuş X5 və 21.07.2015-ci il tarixdə doğulmuş X4 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.02.2020-ci il tarixli AZ-İ № 221536 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 11.04.2019-cu il tarixdə 37 № ilə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-505/2018 saylı, 14.08.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 02.06.2008-ci il tarixdə doğulmuş X3, 20.05.2010-cu il tarixdə doğulmuş X5 və 21.07.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən uşaqların hər birinə 80 manat olmaqla 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ramazanova İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 2007-ci il tarixdə nikaha daxil olmuşdurlar. Tərəflər arasında nikah pozulduğundan yetkinlik yaşına çatmayan uşaqlar anası ilə birlikdə yaşayırlar. Şərur Rayon Məhkəməsinin 2(110)- 505/2018 saylı, 14.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən X3, X5 və X1 cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Ramazanova İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, cavabdehin qazancının qeyri-müəyyən olmasını, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən X3, X5 və X2 üçün hər ay bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, 2(110)-505/2018 saylı, 14.08.2018-ci il tarixli qətnaməsi ilə X3, X5 və X2 üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq anası Şərur rayon Aşağı Aralıq kəndində yaşayan Ramazanova İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 34,40 manat (otuz dörd manat qırx qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-505/2018 saylı, 14.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq cavabdeh Şərur rayon Maxta kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 02.06.2008-ci il tarixdə doğulmuş X3, 20.05.2010-cu il tarixdə doğulmuş X5 və 21.07.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq anası Şərur rayon Aşağı Aralıq kəndində yaşayan Ramazanova İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh X6 34,40 manat (otuz dörd manat qırx qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-65/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-65/2022
11.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver