Məhkəmə qərarları › İş №2(110)-655/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-655/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-655/2021 25.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “Nağd pul krediti müqaviləsi üzrə” pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, 300988-1-34306 saylı “Nağd pul krediti" müqaviləsi üzrə 08.07.2021-ci il tarixə cavabdehin Banka 1.747.07 (bir min yeddi yüz qırx yeddi manat yeddi qəpik) AZN manat məbləğində əsas borc, 88.41 (səksən səkkiz manat ,qırx bir qəpik) manat məbləğində faiz borcu 53.70 (əlli üç manat, yetmiş qəpik) məbləğində cərimə borcu, ümumilikdə isə 1.889.18 (bir min səkkiz yüz səksən doqquz manat on səkkiz qəpik) AZN manat, 16 sentyabr 2020-ci il tarixli 300988-1-35819 saylı “Nağd pul krediti” müqaviləsi üzrə 08.07.2021-ci il tarixə 503.09 (beş yüz üç manat doqquz qəpik) AZN manat məbləğində əsas borc, 43.66 (qırx üç manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 24.60 (iyirmi dörd manat altmış qəpik ) AZN manat məbləğində cərimə borcu ümumilikdə isə 571.35 (beş yüz yetmiş bir manat otuz beş qəpik) AZN manat məbləğində pulun və və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə sənədləri nəzərdən keçirib belə nəticəyə gəldim ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin və ona əlavə edilmiş sənədlərin qəbulundan mülki prosessual qanunvericiliyə uyğun olaraq imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin iddiaçı cavabdehdən hər iki müqavilə üzrə ümumilikdə 2460.53 (iki min dörd yüz altmış manat əlli üç qəpik) manat kredit borcunun qaytarılmasını tələb edir. Ona görə də hesab edirəm ki, mövcud vəziyyətdə iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil və bu səbəbdən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır; 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1- 4-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, qərar verdim : İddiaçı ASC-nin Cavabdeh qarşı “Nağd pul krediti” müqaviləsi üzrə pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin qəbul edilməsindən imtina olunsun. İddiaçı ASC-yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar