Məhkəmə qərarları › İş №2(110)-660/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-660/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-660/2021 26.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 26 iyun 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60624 olan HUAWEİ P20 Lite markalı telefon üçün 311.5 (üç yüz on bir. əlli qəp) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat dəbbə, 30 aprel 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********96766 olan Xiaomi Redmi Note 7 markalı telefon üçün 243.4 (iki yüz qırx üç manat, qırx qəp) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat dəbbə, 28 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********12740 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün 350.4 (üç yüz əlli manat, qırx qəp) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə, 06 avqust 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu Paltaryuyan Samsung üçün 993.5 (doqquz yüz doxsan üç, əlli qəp) manat ödənilməmiş hissə, 294 (iki yüz doxsan dörd) manat dəbbə, 28 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Qabyuyan LG üçün 1499 (bir min dörd yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 450 (dörd yüz əlli) manat dəbbə, ümumilikdə 4412.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5037 manat cavabdeh Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.1-ci maddəsində deyilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəməyə ünvanlanmış iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh müqavilələr üzrə 4412.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5037 manat pulun tutulmasını xahiş edilmişdir ki, bu da məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, iddia tələbinin tam, dolğun və aydın şəkildə ifadə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından iddiaçı "xxxx" MMC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 06.08.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 06.08.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" MMC-yə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar