Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-661/2021 24.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********55945 X4 8 markalı telefon üçün 578.6 (beş yüz yetmiş səkkiz, manat altmış qəp) ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, 24.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95573 Xiaomi Redmi 7 markalı telefon üçün üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə 22 (iyirmi iki) manat cərimə, 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********32833 Xiaomi Redmi 8 markalı telefon üçün 494.2 (dörd yüz doxsan dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən Mehsulun təmiri üçün 24 (iyrmi dörd) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə ümumilikdə 1403.8 manat borc 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində, Cavabdeh qızının iddiaçı "xxxx" MMC ilə 27.12.2019-cu il, 24.04.2019-cu il, 07.05.2020-ci il və 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********55945 X4 8, İMEİ kod **********95573 Xiaomi Redmi 7, İMEİ kod **********32833 Xiaomi Redmi 8 markalı telefonlar və Məhsulun Təmiri almış aldığını və nəticədə 1403.8 (bir min dörd yüz üç manat, səksən qəpik) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 651.6 (altı yüz əlli bir manat, altmış qəpik) manat (18 ay x 36.2 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********55945 X4 8 markalı telefon üçün ümumilikdə 635.6 (altı yüz otuz beş manat, altmış qəpik) olmaqla ondan 578.6 (beş yüz yetmiş səkkiz, manat altmış qəp) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57 (əlli yeddi) manat cərimə miqdarında borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 24.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (18 ay x 36 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********95573 Xiaomi Redmi 7 markalı telefon üçün üçün ümumilikdə 245 manat olmaqla ondan 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə miqdarında borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 651.8 (altı yüz əlli bir manat, səksən qəpik) manat (18 ay x 31.1 manat + 92 manat ilkin ödəniş) İMEİ kodu **********32833 Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə 497.2 (dörd yüz doxsan yeddi manat, iyirmi qəpik) manat olmaqla ondan 494.2(dörd yüz doxsan dörd manat, iyirmi qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat miqdarında cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (2 ay x 24 manat + 24 manat ilkin ödəniş) Məhsulun təmiri üçün ümumilikdə, 26 (iyirmi altı) manat olmaqla ondan 24 (iyirmi dörd manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə miqdarında borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 703.6 manat təşkil etdiyini qeyd edərək, 27.12.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********55945 X4 8 markalı telefon üçün 578.6 (beş yüz yetmiş səkkiz, manat altmış qəp) ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, 24.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95573 Xiaomi Redmi 7 markalı telefon üçün üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə 22 (iyirmi iki) manat cərimə, 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********32833 Xiaomi Redmi 8 markalı telefon üçün 494.2 (dörd yüz doxsan dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən Mehsulun Temiri üçün 24 (iyrmi dörd) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə ümumilikdə 1403.8 manat borc 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 13 sentyabr 2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 27.12.2019-cu il tarixli 01164622 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri olan əşya- 2 il yeni qızıl zəmanətli, telefon qurashdırma xidmetli, İMEİ kodu **********55945 olan X4 8 4/64 GB model mobil telefondur. Tərəflər arasında bağlanmış 27.12.2019-cu il tarixli 01164622 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 651.6 manat olan 2 il yeni qızıl zəmanətli, telefon qurashdırma xidmetli, İMEİ kodu **********55945 olan X4 8 4/64 GB model mobil telefon üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 18 ay müddətinə, ayda 36.2 manat ödəməyi öhdəsinə götürüb. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 02.07.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh X4 8 markalı mobil telefonu tam qüsursuz təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 24.04.2019-cu il tarixli 00628827 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- 2 il yeni qızıl zəmanətli, telefon qurashdırma xidmetli, İMEİ kodu **********95573 olan Xiaomi Redmi 7 3G/64GB model mobil telefondur. Tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli 00628827 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 648 manat Xiaomi Redmi 7 3G/64GB model telefon üçün ilkin ödəniş ödəmədən həmin məbləği 18 ay müddətinə ayda 36 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 24.04.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Xiaomi Redmi 7 3G/64GB model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh(müştəri) arasında bağlanmış 07.05.2020-ci il tarixli 20265941 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- 2 il qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İMEİ kodu **********32833 olan Xiaomi Redmi 8 4/64GB model model telefondur. Tərəflər arasında bağlanmış 07.05.2020-ci il tarixli 20265941 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 651.8 manat olan, 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, Xiaomi Redmi 8 4/64GB model telefon üçün ilkin ödəniş olaraq 92 manat ödəməklə, qalan məbləği 18 ay müddətinə ayda 31.1 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 07.05.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Xiaomi Redmi 8 4/64GB model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 07.05.2020-ci il tarixli 20265978 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "Müştəri" məhsulun təmiri üçün 2-ci bənddə göstərilən qrafik üzrə ödənişi həyata keçirməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 2.-ci bəndinə əsasən Müştəri" məhsulun təmiri üçün 20.06.2020- 20.07.2020 tarixləri ərzində hər ay 24 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 görə "Müştəri" məhsulun təmiri üçün ödəməli olduğu 72 manat xidmət haqqının ilkin ödəniş olaraq 24 manatını ödəmiş, qalan məbləği isə 2 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 06 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin hər dörd müqavilə üzrə cəmiyyətə olan borcu 1319.8 manat ödənilməmiş hissə, 84 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1403.8 manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 09.08.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 13.11.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.12.2019-cu il tarixli 01164622 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 651.6 manat olan İMEİ kodu **********55945 olan X4 8 4/64 GB model telefon üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 18 ay müddətinə ayda 36.2 manat ödəməyi, 24.04.2019-cu il tarixli 00628827 saylı Müqaviləyə əsasən isə qiyməti 648 manat İMEİ Kodu **********95573 olan Xiaomi Redmi 7 3G/64GB model telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 ay müddətinə ayda 36 manat ödəməyi, 07.05.2020-ci il tarixli 20265941 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 651.8 manat olan İMEİ kodu **********55945 olan X4 8 4/64 GB model telefon üçün ilkin ödəniş olaraq 92 manat ödəməklə, qalan məbləği 18 ay müddətinə ayda 31.1 manat ödəməyi, 07.05.2020-ci il tarixli 20265978 saylı müqaviləyə əsasən Cavabdeh məhsulun təmiri üçün ödəməli olduğu 72 manat xidmət haqqının ilkin ödəniş olaraq 24 manatını ödəmiş, qalan məbləği isə 20.06.2020-20.07.2020 tarixləri ərzində hər ay 24 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək dörd müqavilə üzrə telefonlar və məhsulun təmiri üçün cəmi 703.6 manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin dörd müqavilə üzrə cəmiyyətə 1319.8 manat ödənilməmiş hissə, 84 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1403.8 manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********55945 X4 8 markalı telefon üçün 578.6 (beş yüz yetmiş səkkiz, manat altmış qəp) ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, 24.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95573 Xiaomi Redmi 7 markalı telefon üçün üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə 22 (iyirmi iki) manat cərimə, 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********32833 Xiaomi Redmi 8 markalı telefon üçün 494.2 (dörd yüz doxsan dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən Məhsulun temiri üçün 24 (iyrmi dörd) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə olmaqla ümumilikdə 1403.8 (bir min dörd yüz üç manat, səksən qəpik) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********55945 X4 8 markalı telefon üçün 578.6 (beş yüz yetmiş səkkiz, manat altmış qəp) ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, 24.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95573 Xiaomi Redmi 7 markalı telefon üçün üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə 22 (iyirmi iki) manat cərimə, 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********32833 Xiaomi Redmi 8 markalı telefon üçün 494.2 (dörd yüz doxsan dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 07.05.2020-ci il tarixli müqaviləsinə əsasən Məhsulun təmiri üçün 24 (iyrmi dörd) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, cəmi 1403.8 (bir min dörd yüz üç manat, səksən qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1433.8 (bir min dörd yüz otuz üç manat, səksən qəpik) manat borc pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-661/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-661/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver