Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-661/2025 16.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, Cqızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-2091 saylı İcra Qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şərur rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli, 81-2091 saylı İcra Qeydinə əsasən "xxxx" ASC-nin tələbi ilə borclular İddiaçı1 Əbdüləli oğlu, İddiaçı2 və X1 ******* nömrəli müqavilə üzrə ödənilməmiş 20704,54 manat pulun və 25 manat dövlət rüsumunun tutulması müəyyən edilmişdir. Lakin «Notariat haqqında» Qanunun 76-cı maddəsinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göstərilən əsaslara görə hesab edilir ki, Şərur rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli, 81-2091 saylı İcra Qeydi ləğv edilməlidir. Həmçinin iddia ərizəsində qeyd olunmuşdur ki, icra qeydinin verilməsinə əsas olacaq hal, yəni müvafiq bildiriş borclulara çatdırılmamış, icra qeydinin verilməsi barədə borclulardan biri – İddiaçı1 Əbdüləli oğlu yalnız onun əmək haqqına tutma yönəldildikdən sonra məlumat almışdır. Şərur rayon 2 saylı notariat ofisi tərəfindən onlara şəxsən sifarişli poçt qəbzi ilə hər hansı bildiriş təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tələb olunan məbləğdən borclular tərəfindən xeyli ödənişlər edilmişdir. Tələb edilən məbləğin şişirdildiyi, əsassız faiz və cərimə borcu hesablanmışdır. Qeyd olunan iddia ərizəsi Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, tərəflərə məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə məlumat verilmişdir. Mülki iş üzrə 16 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-ci və 259.0.7-ci maddələrinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Plenum Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, 2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdirlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Belə olna vəziyyətdə də, məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və iddiaçıların verdikləri iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixli **********24 nömrəli ödəniş qəbzinə əsasən Asan ödəniş portalı vasitəsi ilə ödənmiş 100 (yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair ərizələri baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixli **********24 nömrəli ödəniş qəbzinə əsasən Asan ödəniş portalı vasitəsi ilə ödənmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim:
Məhkəmə qərarları › İş №2(110)-661/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-661/2025
16.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver