Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-666/2021 06.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şərur rayon Çomxatur kəndində Şərur rayonu Aqrar İslahat Komissiyası tərəfindən JN-358A, KOD 10200018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.10 ha qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehlə aralarında razılaşdıqlarını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil tərəflərin öz aralarında razılaşdıqlarını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişinin şərtlərinə görə:
1. Cavabdeh İddiaçı mülkiyyətinə JN-358A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş Şərur rayon Çomaxtur kəndində yerləşən 0.10 ha torpaq sahəsində inşa etdiyi tikililəri- tövləni, təndir damını, toyuq hinini, parniki 01 iyun 2022-ci il tarixədək sökərək, həmin torpaq sahəsinə istifadəyə və sahibliyə yardılmış maneələrin aradan qaldırılmasını, eyni zamanda JN-358A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni İddiaçı qaytarmağı öhdəsinə götürür;
2. İddiaçı Cavabdeh mülkiyyətinə verilmiş JN-358A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş Şərur rayon Çomaxtur kəndində yerləşən 0.10 ha torpaq sahəsində inşa etdiyi tikililəri- tövləni, təndir damını, toyuq hinini, parniki 01 iyun 2022-ci il tarixədək sökərək, həmin torpaq sahəsinə istifadəyə və sahibliyə yardılmış maneələrin aradan qaldırılmasını, eyni zamanda JN-358A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ona qaytarması öhdəliyini qəbul edir. Məhkəmə tərəflərin təqdim etdikləri barışıq sazişini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Ona görə də barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verir; - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; - 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialı vasitəsilə dövlət büdcəsinə 18.08.2021-ci il tarixdə 19762 saylı qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması barədə” 2(110)-666/2021 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh İddiaçı mülkiyyətinə JN-358A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş Şərur rayon Çomaxtur kəndində yerləşən 0.10 ha torpaq sahəsində inşa etdiyi tikililəri- tövləni, təndir damını, toyuq hinini, parniki 01 iyun 2022-ci il tarixədək sökərək, həmin torpaq sahəsinə istifadəyə və sahibliyə yardılmış maneələrin aradan qaldırılmasını, eyni zamanda JN-358A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni İddiaçı qaytarmağı öhdəsinə götürür;
2. İddiaçı Cavabdeh mülkiyyətinə verilmiş JN-358A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş Şərur rayon Çomaxtur kəndində yerləşən 0.10 ha torpaq sahəsində inşa etdiyi tikililəri- tövləni, təndir damını, toyuq hinini, parniki 01 iyun 2022-ci il tarixədək sökərək, həmin torpaq sahəsinə istifadəyə və sahibliyə yardılmış maneələrin aradan qaldırılmasını, eyni zamanda JN-358A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ona qaytarması öhdəliyini qəbul edir. İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialı vasitəsilə dövlət büdcəsinə 18.08.2021-ci il tarixdə 19762 saylı qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, o tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Seymur Qarayev