Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-667/2025 23.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, Tələb:
1. İddiaçı “20” may 2025-ci ildə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 38.000 (otuz səkkiz min) manat pulun alınaraq ona - İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun mərhum qardaşı Xəqaninin arvadıdır. Onlar 1997-98-illərdə nikaha girmiş, bundan sonra kənd ərazisində məişət xidmətinin binasını hərrac yolu ilə əldə etməklə, həmin binanı ev kimi istifadə edərək orada yaşamışlar. Sonradan yəni, təqribən 20 il bundan əvvəl qardaşı ilə o birlikdə şərikli olaraq Y.Aralıq kəndi ərazisində 6-7 sot torpaq sahəsi almış və bu torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qardaşı Xəqaninin adına rəsmiləşdirilmişdir. Daha sonra isə həmin torpaq sahəsində bilavasitə onun maddi köməkliyilə şərikli olaraq ferma və şəxsi vəsaitilə anbar tikilməklə bu obyektlərdən şərikli olaraq istifadə etmişlər. Hansı ki, bu torpaq sahəsinin alınması və orada tikintinin aparılmasında bilavasitə iştirak etməklə mərhum qardaşına lazımi maddi dəstək göstərmişdir. Sonradan isə qardaşının səhhətində problemlər yaranmış və o mülkiyyətində olan torpaq sahəsini ona satmışdır. Belə ki, şərik aldıqları torpaq sahəsi öz aralarında qiymətləndirilmiş və ona çatası 18.000 (on səkkiz min) manat pul qardaşı Fizuli və bacısı Rəfiqə vasitəsilə bilavasitə mərhum qardaşının və onun arvadı Cavabdeh verilmiş və qeyd edilən torpaq sahəsinin onun adına rəsmiləşdiriləcəyi vəd olunmuşdur. Lakin qeyd etdiyi kimi, qardaşının vəziyyəti pisləşdiyindən onu əməliyyat üçün Türkiyə Respublikasının Ərzurum şəhərinə aparmış, burada da onun əməliyyatı üçün 20.000 (iyirmi min) manatdan artıq xərc çəkmişdir. Mərhum qardaşı da buna görə hələ sağlığında çəkdiyi bu xərclərin qarşılığında yuxarıda qeyd etdiyi torpaq sahəsi və onun üzərində olan tikililəri (ferma və anbarı) onun adına qeydiyyata aldıracağını dəfələrlə bildirmişdir. Bundan bir neçə ay sonra qardaşı gözlənilmədən vəfat etmiş, onun dəfn və digər mərasim xərcləri də demək olar ki, onun tərəfindən qarşılanmışdır. O vəfat etdikdən sonra qeyd etdiyi ferma və anbar onun istifdəsində olmuş, sənədləşmə üçün uyğun vaxtı gözləmişdir. Belə ki, qanuna görə həmin əmlak ilk əvvəl cavabdehin adına qeydə alınmalı, sonra onun adına rəsmiləşdirilməli idi. Cavabdehə bununla bağlı bildirdikdə o, etiraz eməmiş mərhum qardaşının ili bitdikdən sonra rəsmiləşdirəcəyini qeyd etmişdir. Cavabdehin bu münasibətindən sonra torpaq sahəsi və onun üzərində olan tikililərin ona məxsus olduğunu bilmiş, həmin sahədən əvvəlki qaydada istifadə etməklə sənədləşdirməyə tələsməmişdir. Bu yaxınlarda isə mübahisəli sahənin cavabdeh tərəfindən başqa bir həmkəndlisinə satıldığını öyrənmişdir. Bu barədə cavabdehə bildiridiyində o da öz növbəsində “əmlak mənimdi özüm bilərəm” cavabını vermişdir. Belə olan təqdirdə isə artıq rəsmi alqı satqı aparıldığı və ya bununla bağlı tərəflər arasında razılaşmanın olduğundan vaxtı ilə ödədiyi pulların Cavabdeh tələb edilməsi zərurəti yaranmışdır. Buna görə də məhkəməyə müraciət edir. Hesab edir ki, ərizəsində göstərilənlər nəzərə alınmaqla cavabdehin ərinin müalicəsi üçün 20.000, şərikli aldıqları torpaq sahəsi üçün 18.000 olmaqla cəmi 38.000 (otuz səkkiz min) manat pul cavabdeh İ.Məhərrəmovdan alınaraq onun xeyrinə ödənilməlidir.
İşdə iştirak edən tərəflər:
3. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə verərək Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia qaldırdığını, cavabdehlə razılıq əldə etdiyini və onunla barışdığını, cavabdehə qarşı heç bir tələbinin olmadığını, buna görə də iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq:
5. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-cü mаddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
6.Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçının iş üzrə icraata xitam verilməsinə dair ərizəsini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən hazırki iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
9. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur.
11. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
12. Məhkəmə iş üzrə icraata xitam verərkən dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək bildirir ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməmişdir. 13.Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə verilə bilər.
Hakim: Abil Orucəliyev