Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-671/2021 15.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaqviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 9270.85 manat məbləğində əsas borcun, 1947.12 manat məbləğində faiz borcunun, cəmi 11217.97 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05.12.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bankın borcluya 39 ay müddətinə, illik 23% olmaqla 10000 (on min) manat məbləğində kredit verdiyini, hazırda cavabdehin "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini qeyd edərək, Cavabdeh ilə bağlanmış kredit müqaqviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 9270.85 manat məbləğində əsas borcun, 1947.12 manat məbləğində faiz borcunun, cəmi 11217.97 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışına gəlməmiş, lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetə” 08.10.2021-ci il tarixdə yerləşdirilmiş məktubunda məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməmələrini nəzərə alaraq məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materillarına əlavə olunmuş Kredit Sazişindən aydın olur ki, İddiaçı ASC-nin “Səməd Vurğun” filialı ilə Cavabdeh arasında 05.12.2019-cu il tarixli CC/72483/72/28 nömrəli Kredit Sazişi bağlanmışdır. Həmin Sazişin 1-ci bəndinə əsasən əsasən Bank Müştəriyə 36 ay müddətinə, illik 23 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin Sazişin 3.1-ci bəndinə əsasən sazişin Kredit şərtlərində tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin 26.04.2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri” ilə müəyyən olunur və şərtlərin bu sazişin ayrılmaz tərkib hissəsi sayıldığı və ona əlavə olunduğu qeyd edilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Bank Müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı, Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadı etməyi və kreditləri qaytarmağı , habelə kreditdən istifadəyə görə Banka faizlər (komisyon haqları) ödəməyi və girov qoyan və /və ya Zamin isə Müqavilə ilə müəyyən olunan şərtlərlə qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürərlər. İş materiallarına əlavə olunmuş 05.12.2019-cu il tarixli, 3165 nömrəli balansdankənar məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC Səməd Vurğun filialı tərəfindən Cavabdeh 10000 manat kredit vermişdir. İş materiallarına əlavə olunmuş 23.08.2021-ci il tarixli Arayışdan görünür ki, 05.12.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-yə 9270.85 manat əsas, 1947.12 manat faiz borcu vardır. İş materiallarına əlavə olunmuş 05 dekabr 2019-cu il tarixli CC/72483/72/28 nömrəli Kredit Sazişinə 1 saylı Əlavəyə əsasən İddiaçı ASC-nin “Səməd Vurğun” filialı tərəfindən Cavabdeh illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 06.01.2020 – 07.11.2022 tarixləri ərzində ayda 387.10 manat, 05.12.2022 tarixində isə 393.19 manat olmaqla, cəmi 13941.69 manat pulu İddiaçı ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh 05.12.2019 – 08.10.2021-ci il dövrləri ərzində kreditin verilməsi məqsədi ilə onun adına açılmış Bank hesabı vasitəsi ilə müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş 02.08.2021-ci il tarixli bidirişin məzmunundan görünür ki, İddiaçı ASC-yə olan 9270.85 manat əsas, 1947.12 manat faiz borcunu 3 gün ödəməsi ilə bağlı bildiriş göndərmiş, bu müddət ərzində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı, Bankın tələbləri, məhkəmə xərcləri, icra hərəkətlərinə çəkilən xərclərin ondan tutulacağı, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin ləğv ediləcəyi barədə xəbərdar olunsada, iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılması ilə əlaqədar 24.08.2021-ci il tarixdə İddiaçı ASC tərəfindən X2 vasitəsi ilə ********* nömrəli qəbzlə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-671/2021 nömrəli, 11.10.2021-ci il tarixli qərardadlardan görünür ki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12.11.2021-ci il tarixli 295 saylı ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-nə kredit üzrə 23 avqust 2021-ci il tarixə ( maliyyə arayışı verildiyi tarixə) olan əsas borcu 9119.29 (doqquz min yüz on doqquz manat iyirmi doqquz qəpik) manat faiz borcu 2088.34 (iki min səksən səkkiz manat otuz dörd qəpik) manat təşkil edir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-671/2021 nömrəli, 17.11.2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Səməd Vurğun filialı ilə Cavabdeh arasında 05.12.2019-cu il tarixli CC/72483/72/28 saylı Kredit Sazişi bağlanmış və həmin Sazişə əsasən Bank Müştəriyə 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 10000 manat ekvivalentində kredit vermişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 06.01.2020 - 07.11.2022 tarixləri ərzində ayda 387.10 manat, 05.12.2022 tarixində isə 393.19 manat olmaqla, cəmi 13941.69 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə müəyyən olunmuş kreditin və ona hesablanmış faizlərin ödənilməsinə dair üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.11.2021-ci il tarixli 295 saylı ekspert rəyindən görünür ki, Cavabdeh 05.12.2019-cu il tarixli CC/72483/72/28 saylı Kredit Sazişi üzrə əsas borcu 9119.29 (doqquz min yüz on doqquz manat iyirmi doqquz qəpik) manat faiz borcu 2088.34 (iki min səksən səkkiz manat otuz dörd qəpik) manat olması qənatinə gəlmişdir. Lakin iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsi ilə cavabdehdən faiz borcu üzrə 1947.12 (bir min doqquz yüz qırx yeddi manat, on iki qəpik) manat pulun tutulması xahiş olunduğundan, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən faiz borcu üzrə 1947.12 (bir min doqquz yüz qırx yeddi manat, on iki qəpik) manat məbləğində pulun tutulması qənaətinə gəlir. Eyni zamanda məhkəmə əsas borc üzrə ekspert rəyi ilə eyni mövqedən çıxış edərək bu qənaətə gəlir ki, cavabdehin iddia tələbi üzrə əsas borcu 9119.29 (doqquz min yüz on doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh Kredit sazişinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunraq İddiaçı ASC ilə Cavabdeh ilə bağlanmış 05.12.2019-cu il tarixli CC/72483/72/28 nömrəli Kredit Sazişi ləğv edilməli, Cavabdeh 9119.29 (doqquz min yüz on doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 1947.12 (bir min doqquz yüz qırx yeddi manat, on iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 11066.41 (on bir min altmış altı manat qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 0.40 manatı iddiaçıya aid edilməli, 29.60 manatı isə Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 05.12.2019-cu il tarixli CC/72483/72/28 saylı Kredit Sazişi üzrə 9119.29 (doqquz min yüz on doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 1947.12 (bir min doqquz yüz qırx yeddi manat, on iki qəpik) manat məbləğində faiz borcu, cəmi 11066.41 (on bir min altmış altı manat qırx bir qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 29.60 manatı olmaqla, ümumilikdə 11096.01 (on bir min doxsan altı manat, bir qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli CC/72483/72/28 nömrəli Kredit Sazişi ləğv edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-671/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-671/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver