Məhkəmə qərarları › İş №2(110)-673/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-673/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-673/2022 25.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdehn iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh ona verdiyi danalara görə 2400 (iki min dörd yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu olaraq ödədiyi 44 (qırx dörd) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh 9 baş dana satdığını, bu mallar üçün 2400 manat razılaşdıqlarını və satması üçün ev heyvanlarını, Fuada verdiyini, aradan bir müddət keçdikdən sonra Fuaddan heyvanların pulunu istəyəndə Fuad heyvanları nisyə satdığını, lakin əlində pulu olmadığı üçün pulu verə bilmədiyini deyib ona biraz vaxt verməyimi bildirdiyini, aradan bir müddət keçdikdən sonra Fuaddan yenə xəbər çıxmadığını, onun hər dəfə ona zəng vuranda vaxt istədiyini, onun məcbur qalıb aidiyyatı orqanlara şikayət elədiyini, Fuadın onun şikayətinə görə yazılı iltizam verərək iyul ayının 31-dək pulu ödəməyi öhdəsinə götürdüyünü, lakin bu zaman kimi həmin pulu ödəmədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək, Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh ona verdiyi danalara görə 2400 (iki min dörd yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu olaraq ödədiyi 44 (qırx dörd) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “pul tələbi” barədə iddia qaldıraraq Cavabdeh ona verdiyim danalara görə 2400 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu olaraq ödədiyim 44 manatın alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişəm. Cavabdeh mənə olan borcundan 1850 manat ödəyib. Buna görə də, hal-hazırda iddia tələbimi dəyişdirmək zərurəti yaranmışdır. Ona görə də iddia tələbimi azaldaraq Cavabdeh yalnız mənə borclu olduğu 550 manat məbləğində pulun alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə 2(110)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadla mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin azaldılması barədə ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, həqiqətəndə iddiaçının 2400 manat dəyərində doqquz baş mal-qarasını nisyə aldığını, həmin mal-qaranı başqasına nisyə satdığı, həmin malların pullarını ala bilmədiyi üçün iddiaçının pulunu vaxtında ödəyə bilmədiyini, iddiaçının məhkəməyə müraciət etdiyini, iş məhkəmənin icraatında olduğu ərəfədə iddiaçıya olan borcundan 1850 manatını ödədiyini, haliyədə iddiaçıya 550 manat borcunun qaldığını, tezliklə qalan borcunuda ona ödəyəcəyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddianı müdafiə etməsi, cavabdehin isə iddianı etiraf etməsinə dair izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan borcun etirafı barədə sazişindən görünür ki, Cavabdeh X2 olan borcu 1500 manatı, X1 olan borcu 900 manatı, İddiaçı olan 2400 manatı və X5 olan borcun 1050 manatı iyul ayının 31-dək ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh etiraf ərizəsindən görünür ki, İddiaçı ona qarşı iddia qaldıraraq 2400 manat məbləğində pulun və 44 manat dövlət rüsumununondan alınıb iddiaçıya ödənilməsini xahiş etdiyini, iddiaçıya olan 2400 manat borcundan 1850 manat ödədiyini, iddiaçıya 550 manat borcu qaldığını, həmin borcu tezliklə ödəyəcəyini bildirmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı dəyəri olan 2400 manat olan doqquz baş mal-qaranı nisyə almış, aradan uzun müddət keçməsinə baxmayaraq mal-qaranın pulunu iddiaçıya qaytarmamışdır. Belə olan təqdirdə iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona qalan borcundan 1850 manat ödədikdən sonra iddiaçıya 550 (beş yüz əlli) manat borcu qalmişdir. İddiaçı da eyni zamanda məhkəməyə iddia tələbini azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 550 (beş yüz əlli) manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçıya həqiqətəndə 550 (beş yüz əlli) manat borclu olduğunu etiraf edərək, məhkəməyə borcun etirafı barədə ərizə təqdim etmişdir. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. http://e-qanun.az/framework/46945 - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı iddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı təsdiq olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı iddiaçı Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh iddiaçıya 550 (beş yüz əlli) manat məbləğində borcunun olmasını etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin qaydada təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələb etmədiyindən ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar