Məhkəmə qərarları › İş №2(110)-676/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-676/2025

15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-676/2025 15.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X31 Elmar oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı və onun nümayəndəsi-Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, Müəyyən etdi: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş cəmi 10787,50 (on min yeddi yüz səksən yeddi manat əlli qəpik) manat, 122.36 (bir yüz iyirmi iki manat otuz altı qəpik) manat dövlət rüsumu və 400 (dörd yüz) manat vəkil qonrarı olmaqla ümumilkidə 11309.86 (on bir min üç yüz doqquz manat səksən altı qəpik) manat pulun reqres qaydasında Cavabdehn tutulraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Allahverdiyev Íbrahim Musa oğlunu bir həmkəndli kimi tanıyır, onunla aralarında hər hansı bir qohumluq əlaqəsi yoxdur, əvvəllər aralarında ədavətləri və ya düşmənçiliyi olmayıb. O, uzun müddətdir ki, işləmək məqsədi ilə Türkiyə Respublikasına İstanbul şəhərinə gedib-gəir. Axırıncı dəfə 2015-ci ildə İstanbul şəhərinə getikdən sonra xx.xx.2024-cü il tarixdə İstanbul şəhərində Yabançılar Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq X27 mərkəzinə aparılmış və 14 gün orada saxlaıldıqdan sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə göndərilmişdir. O, Türkiyə Respublikasında İstanbul şəhərində olarkən həmkəndlisi Cavabdeh onun yanına gələrək bəzi geyim əşyaları alıb aparıb satmaq istədiyini, amma pulu olmadığını, X30 istehsalı olan "Runna" markalı avtomobillə gəldiyini, onu satmaq istədiyini, lakin avtomobilin sənədlərinin olmadığını bildirmiş və onlar arasında həmin avtomobili 800 (səkkiz yüz) ABŞ dollarına satın almaq barədə razılaşmışlar. İbrahim ona 200 (iki yüz) ABŞ yol pulu verməyini, pulun qalanına isə işlədiyi mağazadan istədiyi geyim əşyalarını götürmək istədiyini bildirmiş və ondan 200 (iki yüz) ABŞ dolları yol pulu alaraq pulun qalanına mağazadan geyim əşyaları götürərək kəndə qayıtmışdır. O, bir daha Cavabdeh görməmişdir. 2024-cü ilin dekabr ayında o, kəndə qayıtdıqdan sonra Şərur rayon İcra və Probasiya Şöbəsinə dəvət edərək barəsində icra sənədi olduğunu, Şərur rayon Məhkəməsinin qətnaməsinə əsasən 10787.50 (on min yeddi yüz səksən yeddi manat əlli qəpik) manat pulun idiacı X17 ödəməli olduğunu bildirmişlər. X4 tanımadığını və onunla aralarında hər hansı bir pul məsələsi olmadığını, hətta belə bir məhkəmə qətnaməsinin olmasından xəbəri olmamışdır. Daha sonra X19 Şərur rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mükiyyətində olan 2013-cü il istehsalı, "Runna" markalı 99 GC-347 dövlət qeydiyyat nişanlı, MAAU01FE3DT017947 ban, 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobilin geri qaytarılması, bu mümkün olmadıqda avtomobilin real bazar qiyməti ilə dəyəri alan 8300 (səkkiz min üç yüz) manat və avtomobildən qanunsuz istifadə etməyinə görə ehtiyyat hissələrinin aşınmasına görə 2055 manat, iddia qaldırılarkən ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün vəkil xərçi olaraq ödədiyi 600 manat məbləğində pulun cavabeh Şahid2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, "Elektron notariat" X1 verilmiş çıxarşa əsasən xx.xx.2016-ci il tarixdə Şərur rayon 1 saylı notarit ofisində Cavabdeh trəfindən onun adına verilmiş etibrnamədə daşınar əmlakın üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri, o çümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmə, əmlakı ipoteka (girov) qoymaq, ipotekanı (girovu) qəbil etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar hərəkətləri etməyi etibar edildiyi göstərildiyindən iddiacı iddia tələbini dəyişdirərək qeyd olunan nəqliyyat vasitəsinin ondan alınaraq iddiaçı X17 qaytarılması, mümkün olmadıqa isə avtomobilin real bazar qiyməti ilə dəyəri alan 8300 (səkkiz min üç yüz) manat və avtomobildən qanunsuz istifadə etməyinə görə ehtiyyat hissələrinin aşınmasına görə 1867.50 manat, iddia qaldırılarkən ödəhilmiş 123 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün vəkil xərçi olaraq ödədiyi 500 manat məbləğində pulun ondan alınaraq iddiaçı X20 xeyrinə ödənilməsi tələbi daxilində baxılaraq qətnamə qəbul edilməsini xahiş etmiş, Şərur rayon Məhkəməsinn xx.xx.2022-ci il tarixli, 2(110)-223/2022 saylı qətnaməsi ilə iddiaçı X19 iddia tələbi qismən təmin edilərək 2013-cü il istehsalı, "Runna" markalı 99 GC-347 dövlət qeydiyyat nişanlı, MAAU01FE3DT017947 ban, 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobili alınaraq iddiçıya geri qaytarılması, mümkün olmadıqda avtomobilin real bazar qiyməti ilə dəyəri alan 8300 (səkkiz min üç yüz) manat və avtomobildən qanunsuz istifadə etməyinə görə ehtiyyat hissələrinin aşınmasına görə 1867.50 manat, iddia qaldırılarkən ödəhilmiş 123 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün vəkil xərçi olaraq odıdiyi 500 manat məbləğində pulun ondan alınaraq iddiaçı X20 ödənilməsi müəyyən edilmişdir. xx.xx.2016-ci il tarixdə Şərur rayon 1 saylı notariat ofisində Cavabdeh tərəfindən onun adına etibarnamə verilməsindən heç bir məlumatı olmayıb, həmi etibarnamə verilərkən o, Türkiyə Respublikasında İstanbul şəhərində olmuşdur, "Elektron Notariat" X1 X3 tərəfindən onun adına verilmiş etibarnamədə daşınar əmlakının üzərində sərəncam verməyi və s. tapşırığın yerinə yetirilməsi ilə əlaqıdar hərəkətləri etməyi etibar etmiş, konkret olaraq hər hansı bir nəqliyyat vasitəsi üzərində sərəncam verilməsi göstərilməmiş və qeyd olunan etibarnamə xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-33-1200/2-000359/2025 saylı məktubda **-GC-*** dövlət qeydiyyat nişanlı "Runna" markalı avtonəqliyyat vasitəsinin Sədərək dövlət sərhəddindən buraxış məntəqəsindən xx.xx.2015-ci il tarixdə saat 12.40-da Azərbaycan Respublikasının vətəndaşı Şahid2 tərəfindən idarə olunaraq ölkədən çxışı qeydə alındığı göstərilmişdir. Daha sonra qeyd olunan nəqliyyat vasitəsinin X25 tərəfindən Cavabdeh satıldığını, Cavabdeh nəqliyyat vasitəsini aldıqdan sonra Muxtar Paşayevə borcu qaldığını, ona görə də mübahisəli nəqliyyat vasitəsinin texniki pasportunu Cavabdeh verilmədiyini öyrənmişdir. O, bütün bunlar barədə Cavabdeh bldirdikdən sonra ona Türkiyə Respublikasına getməyini, Məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğin hissə-hissə onun ödəyəcəyini bildirmiş və o razı olmamış və Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş cəmi 10787.50 (on min yeddi yüz səksən yeddi manat əlli qəpik) manat pulun hamısının ödəməsini ondan tələb etmişdir. Cavabdeh bir o qədər əlində pulu olmadığını və ona hər ay 150 (bir yüz əlli) manat pul ödəyə biləcəyini bildirmişdir. Onun ailəsi Türkiyə Respublikasında İstanbul şəhərində qalıb, onun üzərində Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc olduğundan o ailəsinin yanına gedə bilmir. Ona görə də Məhkəmə qətnaməsi ilə qət edilmiş 10787.50 (on min yeddi yüz səksən yeddi manat əlli qəpik) manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsini istəyir. Əlavə olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödədiyi dövlət rüsumunun və hüquqi yardım almaq üçün ödədiyi vəkil qonararının da Cavabdeh alınaraq ona ödənilməsini istəyir. Ona görə də müvafiq iddia tələbi iə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, iddianı müdafiə etdiyini, özünün 2015ci ildən Türkiyədə olduğunu və ticarətlə məşğul olduğunu, 2015-ci ildə cavabdehin onun işlədiyi yerə gəldiyini və özü ilə bərabər “Runna” markal avtomobil gətirdiyini, cavabdehin ona paltar götürmək istədiyini, lakin pulu olmadığını dediyini, həmin vaxtı “Runna” markal avtomobili ona satdığını, 800 dollara razılaşdıqlarını, pulun 200 dollarını nağd şəkildə verdiyini, 600 dolların əvəzinə isə paltar verdiyini və cavabdehin maşını onun yanına qoyub getdiyini, lakin heç bir sənəd vermədiyini, cavabdehin ona avtomobilin bank maşını olduğunu və probleminin olmadığını dediyini, bu cür maşınların Türkiyədə 300-500 dolara satıldığını, cavabdeh maşının özünün olduğunu dediyini, bu cür maşınları Türkiyədə insanların alaraq sənədsiz istifadə etdiklərini və nə zaman polis tərəfindən saxlanılarlarsa elə yerindəcə qoyub qaçdıqlarını, avtomobili İstanbulda xatırlamadığı bir yerdə saxladığını və kimliyindəki problemə görə 2024-cü ildə tutulduğunu, sonra içəridən çıxanda maşının olmadığını gördüyünü, Türkiyədən bura gələn vaxtı onu icradan çağıranda borcunun olduğunu bildiyini, bunu cavabdehə bildirəndə o hər ay 150 manat köməklik edə biləcəyini dediyini, avtomobilin ilk mülkiyyətçisi X26 olduğunu bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-Vəkil verdiyi izahatında iddianı müdafiə etdiklərini bildirərək, avtomobilin mülkiyyətçisinin Şərur Rayon Məhkəməsində iddiaçıya qarşı iddia qaldırdığını, kimin mülkiyyətində olub-olmaması ilə bağlı sorğu verildiyini, sorğudan da sonuncu mülkiyyətçi kimi iddiaçının qeyd olunduğunu, ona görə də pulun iddiaçıdan tutulduğunu, həmin qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin bərpası ilə bağlı müraciət etdiklərini, lakin müddətin bərpasından imtina olunduğunu, ona görə də bu tələblə iddia qaldırdıqlarını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, avtomobili 2015-ci ilin yay ayında X10 aldığını, maşının qiymətini 1000 manata razılaşdıqlarını və 800 manat ona verdiyini, onun Muxtərə 200 manat borcu qaldığını, Muxtərin ona maşının bank maşını olduğunu və ayda 250 manat banka ödəyəcəyini bildirdiyini, özünün banka pulu ödəmədiyini, 1 həftədən sonra avtomobili satdığını, bankdan ona heç bir xəbərdarlığın gəlmədiyini, avtomobili etibarnamə ilə cavabdehə verdiyini, onun alver etdiyini və 2015-ci ildə maşınla Türkiyəyə mal apardığını, maşını gömrükdən Həbib ilə keçirdiyini, Həbibin ona köməklik etmək məqsədilə getdiyini, Həbibin Gömrükdən qayıtdığını, Həbibə ona köməklik etməsi üçün etibarnamə verdiyini, Türkiyəyə gedən zaman Şərurdan apardığı malları nisyə payladığını və pulunun qurtardığını, maşını satmaq qərarına gəldiyini, Həsənin gələrək ondan maşını almaq istədiyini bildirdiyini, ona bankın maşını olduğunu dediyini, Həsənin ona maşını aparıb kənddə sürəcəyini bildirdiyini, Həsənin ona maşının pulunun qarşılığında satmaq üçün paltar verəcəyini dediyini, bundan sonra onların evinə getdiyini, həmin vaxtı da bir “bacok” pendiri qaldığını, onu da Həsənə nisyə verdiyini, paltara baxdığını 1000 manata razılaşdıqlarını, ona 280-300 türk lirəsi verdiyini, Həsənin pendirin pulu ilə birlikdə ona 270 manat borcu qaldığını, qalanına isə paltar verdiyini, kimliyini də ona verdiyini, texpasportun əslini özünün götürdüyünü, üzünü Həsənə verdiyini, Həsən ona maşını bu vəziyyətdə sürə biləcəyini bildirdiyini, Muxtərə 200 manat borcu qaldığından o pulunu tələb etdiyini, həmin zamanı özünü Muxtərə onun qohumu olan Həsənin onun pulunu verəndə, özünün də ona olan borcunu qaytaracağını dediyini, sonra isə maşının texpasportunu Muxtərə verdiyini və pulu Həsəndən almağını dediyini, Həsən Cəlilkəndə qohumugilə gələndə ondan borcunu istədiyini, lakin onun borcunu qaytarmadığını, Türkiyəyə gedəndə onun şəxsiyyət vəsiqəsini özünə verdiyini və ona avtomobili etibarnamə ilə verdiyini dediyini, onun da kimə versə adından çıxartmağı dediyini, sonra isə Həsən maşının yox olduğunu bildirdiyini, onun bu işdə heç bir günahının olmadığını, iddiaçının iddiasının əsassız olduğunu, ona kəndçi kimi ayda 100 manat köməklik edə biləcəyini, ona borcunun olmadığını, sadəcə köməklik etmək məqsədilə elə dediyini, onun maşından xəbərinin olmadığını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.

Şahid ifadələri:

6. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilərək dinlənilən Şahid1 verdiyi ifadəsində özünü İddiaçı qardaşı olduğunu, İbrahimin İstanbula gəldiyini və həmin vaxtı özü ilə bərabər iki maşın gətirdiyini, İbrahim maşın alqı-satqısı ilə məşğul olduğunu, qardaşının isə paltar satdığını, birini qardaşına, biri də Kərimbəyli kənd sakininə verdiyini, cavabdeh qardaşı ilə maşının qiymətini 800 dollara razılaşdıqlarını, qardaşının İbrahimə 200 dollar verdiyini və qalanına paltar verdiyini, “Halkalı” deyilən yerdə verdiyini, qardaşının İbrahimə 200 dollar borcu qaldığını, İbrahimin maşını qardaşının adına keçirməsi ilə bağlı məlumatının olmadığını, İbrahimin orijinal texpasportu vermədiyini, bir sənəd verdiyini amma nə olduğunu bilmədiyini, həmin vaxtı qardaşına sənəd təqdim etmədiyini və banka pul ödəməsi ilə bağlı məlumat vermədiyini, maşının bank maşını olması ilə bağlı onlara heç bir məlumat vermədiyini, həmin vaxtı bank maşınlarının İstanbulda elə ucuz qiymətə satıldığını, azərbaycanlıların da hara qədər sürə bilsək sürərik deyib aldıqlarını, İbrahimin qardaşına necə etibarnamə verməsi ilə bağlı məlumatının olmadığını, İbrahimin “bankdan maşın gətirmişəm, amma banka pul ödənilməyəcək” dediyini, qardaşının maşını sürmədiyini, razılaşmanın onun yanında olduğunu, lakin maşın veriləndə orada olmadığını, Həsənin İbrahimə kimlik və ya pasport vermədiyini, sonradan verdiyini bilmədiyini bildirmişdir.

7. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilərək dinlənilən Şahid2 verdiyi ifadəsində onun tərəfləri kəndçi kimi tanıdığını, İbrahimlə İstanbula mal aparmaq barədə danışdıqlarını, lakin atasının getməyinə icazə vermədiyi üçün onun yoldan qayıtdığını, sərhədi keçəndən sonra özünün geri qayıtdığını, onun maşını Türkiyəyə aparmadığını, hadisələrin 2015-ci ildə olduğunu, həmin vaxt İbrahimlə bir yerdə Türkiyəyə getdiklərini, həmin maşının İbrahimin olduğunu bildiyini, kimdən və necə aldığını bilmədiyini, sonra isə onu Həsənə satdığını bildirmişdir.

8. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilərək dinlənilən Şahid3 ifadəsində sözügedən maşını həmkəndlisi X11 etibarnamə ilə aldığını, sonra isə onu 2015-ci ildə İbrahimə satdığını, özünün İbrahimə avtomobilin bank maşını olması ilə bağlı heç nə demədiyini, “Runna” markalı avtomobil olduğunu, Çərkəzdən 1200 dollara aldığını, avtomobilin real qiymətinin təxminən 10000 manat olduğunu, İbrahimin avtomobilin bank maşını olmasını bildiyini, lakin özünün ona banka ödəniş etməyini demədiyini, İbrahimə avtomobili ***-**** dollara satdığını, İbrahimin ona 270 manat borcunun qaldığını bildirmişdir.

9. Məhkəmə iclasında şahid kimi dinlənilən Şərur Rayon icra və Probasiya Şöbəsinin icra məmuru X5 ifadəsində İddiaçı ilə bağlı icra işi onun icraatında olduğunu, icra sənədi onun icraatına xx.xx.2022-ci il tarixdə daxil olduğunu və icraata başlanıldığını, borclunun həmin icra səndi üzrə borcu 10787,50 manat olduğunu, onun bugünədək borcundan 4800 manat ödəniş etdiyini bildirmişdir.

İş materialları:

10. Şərur rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-223/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X12 mülkiyyətində olan istehsal ili 2013-cü il, “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı NAAU01FE3DT017947 ban, 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobil cavabdeh İddiaçı alınaraq X17 qaytarılması, bu mümkün olmadıqda avtomobilin real bazar dəyəri olan 8300 (səkkiz min üç yüz) manat və avtomobilindən qanunsuz istifadə etməsinə görə ehtiyyat hissələrinin aşınmasına görə 1867.5 manat məbləğində pul, dövlət rüsumu olaraq 120 manat və vəkil xərci 500 manat pul cavabdeh İddiaçı alınaraq iddiaçı X17 ödənilməsi qət edilmişdir.

11. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli 3-33-1200/2-000359/2025 saylı məktubundan görünür ki, “Runna” markalı avtomobil X34 Buraxılış məntəqəsindən xx.xx.2015-ci il tarixdə saat 12:40-da vətəndaş Şahid2 tərəfindən idarə olunaraq ölkədən çıxışı qeydə alınmışdır.

12. Elektron notariat” X2 çıxarışdan görünür ki, X26 tərəfindən X21 xx.xx.2013-cü il tarixdə Bakı şəhər 50 Saylı Notariat Ofisində “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ üzrə etibarnamə verilmişdir.

13. Elektron notariat” X2 çıxarışdan görünür ki, X29 tərəfindən X13 xx.xx.2015-ci il tarixdə Bakı şəhər 48 Saylı Notariat Ofisində “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ üzrə etibarnamə verilmişdir.

14. Elektron notariat” X2 çıxarışdan görünür ki, X22 tərəfindən X14 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər 4 Saylı Notariat Ofisində “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ üzrə etibarnamə verilmişdir.

15. Elektron notariat” X2 çıxarışdan görünür ki, X23 tərəfindən X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhər 6 Saylı Notariat Ofisində “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ üzrə etibarnamə verilmişdir.

16. Elektron notariat” X2 çıxarışdan görünür ki, X23 tərəfindən X24 xx.xx.2015-ci il tarixdə Bakı şəhər 6 Saylı Notariat Ofisində “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ üzrə etibarnamə verilmişdir.

17. Elektron notariat” X2 çıxarışdan görünür ki, Cavabdeh tərəfindən Şahid2 3.11.2015-ci il tarixdə Şərur Rayon 1 Saylı Notariat Ofisində “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ üzrə etibarnamə verilmişdir

18. “Elektron notariat” X2 çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixdə Şərur Rayon 1 Saylı Notariat Ofisində “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ üzrə etibarnamə verilmişdir.

19. Azərbaycan Respublikası DİN Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X44 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-43-14/2-2989/2025 nömrəli məktubundan görünür ki, X12 mülkiyyətində olan “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyat olan X21, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 2 ünvanında qeydiyyatda olan X13, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək /ünvan 3 ünvanında qeydiyyat oln X15, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şərur rayon Zeyvə kənd sakini X24, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şərur rayon Zeyvə kənd sakini X6, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Zeyvə kənd sakini Şahid2 etibarnamə verilmişdir.

İşin faktiki halları:

20. İş materiallarından belə müəyyən olunur ki, 2015-ci ildə tərəflər arasında Türkiyə Respublikasında “Runna” markalı avtomobilin alqı-satqısına dair şifahi razılaşma əldə olunmuş, iddiaçı tərəfindən ödənişin bir hissəsi nağd, bir hissəsi isə maddi mallar şəklində icra edilməklə avtomobil sənədsiz və “bank borcu” öhdəlikləri ilə birlikdə iddiaçının faktiki sahibliyinə verilmişdir. xx.xx.2016-cı il tarixli etibarnamə ilə ona daşınar əmlaka sərəncam vermək səlahiyyəti tanınmışdır. Avtomobilin bank öhdəliyi ilə yüklü olması ilə bağlı yaranmış mübahisə nəticəsində Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)- 223/2022 saylı qətnaməsi ilə iddiaçıdan 10787,50 manat məbləğində vəsaitin tutulması müəyyən edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İcra sənədi üzrə məbləğin 4800 manatı ödənilmiş, qalan hissə isə icra edilməmişdir. Həmçinin Şərur Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(110)-160/2025 nömrəli qətnaməsi ilə avtomobil üzərində faktiki sahiblik və tərəflər arasında hüquq münasibətləri müəyyən edilmişdir. Hazırkı iddia əvvəlki qətnamə əsasında qismən ödənilmiş məbləğin cavabdehdən reqres qaydasında tutulmasına yönəlmişdir.İddiaçı isə borcun tam icra edilməməsinə baxmayaraq, Cavabdeh qarşı reqres qaydasında 11.309,86 manat məbləğində iddia tələbi irəli sürmüşdür. Tətbiq edilən hüquq:

21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, qanunla ayrı miqdar müəyyən edilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reqres hüququ törəmə xarakter daşıyır və yalnız aşağıdakı şərtlərin mövcudluğu ilə yaranır: zərər başqa şəxs tərəfindən vurulmalı, ödəniş faktiki şəkildə həyata keçirilməli və zərərin vurulması ilə ödəniş arasında səbəbli əlaqə mövcud olmalıdır.

25. İş materiallarından, icra məmurunun və şahidlərin ifadələrindən müəyyən olunur ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə iddiaçının borcu 10,787.50 manat təşkil etsə də, həmin məbləğin cəmi 4,800 manatı ödənilmişdir. Mülki Məcəllənin 1114.1-ci maddəsinin hüquqi məntiqinə görə, reqres hüququ yalnız faktiki ödənilmiş məbləğ həcmində yarana bilər. İddiaçı tərəfindən hələ ödənilməmiş məbləğ üzrə hüquqi tələb formalaşmadığından, bütün məbləğin cavabdehdən tutulması tələbi maddi hüquq normaları ilə ziddiyyət təşkil edir.

26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında da bu yanaşma təsdiq edilərək faktların yenidən sübut edilməsinin yolverilməzliyi vurğulanmışdır.

28. Bu səbəbdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şərur Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(110)-223/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar — yəni avtomobil üzərində faktiki sahiblik və istifadə hüququnun məhz İddiaçı aid olması faktı hazırkı məhkəmə üçün məcburi xarakter daşıyır. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ümumi xarakterli etibarnamə, qətnamə ilə təsdiq olunmuş faktiki sahiblik statusunu təkzib edən həlledici sübut hesab edilə bilməz.

29. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı avtomobili cavabdehdən təhvil alarkən onun hüquqi statusunu (sənədlərin olmaması, bank borcu) araşdırmadan və ya mövcud riskləri qəbul edərək əşyanı qəbul etmişdir. Mülki Məcəllənin 571-ci maddəsinin ruhuna uyğun olaraq, əşya alıcının (sahibin) faktiki nəzarətinə keçdiyi andan onunla bağlı yaranan mənfi nəticələr üzrə risklər də sahibin üzərinə keçir. Avtomobilin Türkiyə ərazisində itirilməsi və ya müsadirə olunması iddiaçının faktiki sahibliyi dövründə baş verdiyindən, cavabdehin bu prosesdə hər hansı hüquqazidd və təqsirli davranışı sübuta yetirilməmişdir.

30. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədi tam icra edilmədiyindən iddiaçının reqres hüququ tam həcmdə yaranmamış, cavabdehin hüquqazidd davranışı və təqsiri sübuta yetirilməmiş, etibarnamənin sırf avtomobil üçün verilməməsi isə həlledici hüquqi əhəmiyyət daşımamışdır. Bu səbəblə məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır.

Məhkəmə baxışının hədləri:

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

32. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 122,36 (bi yüz iyirmi iki manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə:

33. Beləliklə də, məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli; -Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 122,36 (bi yüz iyirmi iki manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 122,36 manat (bir yüz iyirmi iki manata otuz altı) məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar