Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-677/2021 03.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 75.55 AZN əsas borc, 7.34 AZN faiz borcu, 22.42 AZN cərimə və kredit müqaviləsi üzrə 14.06.2021-ci il tarixdən 13.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0.35 azn məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 105.66 AZN borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə sənədləri nəzərdən keçirib belə nəticəyə gəldim ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbulundan mülki prosessual qanunvericiliyə uyğun olaraq imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-3.3. maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Məhkəməyə ünvanlanmış hazırki iddia ərizəsi İddiaçı ASC-nin İdarə Heyətinin sədri Anar Həsənovun verdiyi etibarnamə əsasında İddiaçı ASC-nin baş direktorun mikro, icra və aktivlərin satışı informasiya sistemləri və dəstək üzrə müavini Rasim Həsənov tərəfindən imzalanmışdır. Lakin İddiaçı ASC-nin İdarə Heyətinin sədri Anar Həsənovun həqiqətən həmin vəzifənin icraçısı olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Məhz buna görə də imza etmə səlahiyyəti verən şəxsin həmin səlahiyyətə malik olması təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır; 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1- 4-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, qərar verdi : İddiaçı ASC-nin cavabdeh Hüseynov Yaşar İsa oğluna qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin qəbul edilməsindən imtina olunsun. İddiaçı ASC-yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-677/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-677/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver