Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-678/2025 25.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X12 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, Tələb:
1. İddiaçı 23 may 2025-ci ildə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 və ailəsinin Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999cu il 06 saylı qərarı ilə mülkiyyətlərində olan Şərur rayon Muğancıq Müslüm kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin və yaxud bazar qiyməti ilə 6000 (altı min) manat pulun, cavabdehə ödədiyi 200 ABŞ dolları ekvivalenti 340 (üç yüz qırx) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 84 (səksən dörd) manat, ümumilikdə 6424 (altı min dörd yüz iyirmi dörd) manat pulun X5 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il 06 saylı qərarı ilə cavabdeh X9 və onun ailəsi X3, X11, X10 və X7 Şərur rayon Muğancıq Müslüm kənd ərazisində 0.10 ha həyatyanı torpaq sahəsini JN190A nömrəli 10210048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə birgə mülkiyyətlərinə verilmişdir. Cavabdeh X9 JN-190A nömrəli 0.10 ha torpaq sahəsini 2010cu ildə 200 ABŞ dollar dəyərində ona sataraq ona həmin torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında şəhadətnaməni vermişdir. O, həmin torpağı aldıqdan sonra mübahisəsiz olaraq istifadə etmişdir. Cavabdeh X1 torpaq sahəsini onun mülkiyyətinə verilməsini dəfələrlə tələb etsə də o, müəyyən bəhanələrlə torpağı onun adına sənədləşdirməkdən boyun qaçırmışdır. Belə olan halda torpağın bazar qiyməti ilə hesablanaraq geri qaytarılması ədalətli olardı. 2010-cu ildə yuxarıda göstərilmiş 0.10 ha torpaq sahəsi üçün 200 ABŞ dollar ödənilirdisə, hazırda həmin torpaq sahəsinin alınması üçün bugünkü bazar qiyməti ilə 6000 (altı min) manat tələb olunur. Torpaq sahəsinin üzərindəki hüquqlarının rəsmiləşdirilməsindən torpağın mülkiyyətçisi cavabdeh X9 qəsdən boyun qaçırması onu əhəmiyyətli dərəcədə ziyana salmışdır. Əldən çıxmış faydanın və çəkdiyi xərclərin əvəzinin onun ödənilməsi tələbilə cavabdeh razılaşmayıb. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İşdə iştirak edən tərəflər:
3. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia qaldırdığını, onun cavabdehlə razılıq əldə etdiyini və onunla barışdığını, onun cavabdehə qarşı heç bir tələbinin olmadığını, buna görə də iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə islasında iştirak edən cavabdeh mülki iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq:
5. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-cü mаddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
6.Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçının iş üzrə icraata xitam verilməsinə dair ərizəsini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən hazırki iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
9. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur.
10. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
12. Məhkəmə iş üzrə icraata xitam verərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur Filialının vasitəsi ilə X4 hesabına ödənmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. 13.Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur Filialı vasitəsi ilə ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə verilə bilər.
Hakim: Abil Orucəliyev