Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-685/2021 15.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********82167 olan HOFFMAN X GO markalı telefon üçün 70.3 (yetmiş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə, 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********41353 olan Xiaomi Mİ A2 markalı telefon üçün 234 (iki yüz otuz dörd) manat ödənilməmiş hissə, 69.6 (altmış doqquz manat, altmış qəpik) manat dəbbə, 11.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********74722 olan Samsung galaxy A10 markalı telefon üçün 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə, 09.09.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********22091 olan Samsung galaxy A10 markalı telefon üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 78.3 (yetmiş səkkiz manat, otuz qəpik) manat dəbbə, 09.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********04738 olan X9 8 markalı telefon üçün 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 161.7 (yüz altmış bir manat, yetmiş qəpik) manat dəbbə, 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 153 (bir yüz əlli üç) manat dəbbə, ümumilikdə 2691.9 manat borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2721.9 manat Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh İddiaçı MMC ilə bağladığı 24.10.2019, 23.05.2019, 11.06.2019, 09.09.2019, 09.11.2019 və 21.11.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********82167 olan HOFFMAN X GO, İMEİ Kodu **********41353 olan Xiaomi Mİ A2, İMEİ Kodu **********74722 olan Samsung galaxy A10, İMEİ Kodu **********22091 olan Samsung galaxy A10, İMEİ Kodu **********04738 olan X9 8, Samsung markalı televizor aldığını və nəticədə 2691.9 (iki min altı yüz doxsan bir manat, doxsan qəpik) borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 120 (yüz iyirmi) manat (12 ay x 10 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********82167 olan HOFFMAN X GO markalı telefon üçün ümumilikdə 91.3 (doxsan bir manat otuz qəpik) olmaqla ondan 70.3 (yetmiş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 435 (dörd yüz otuz beş) manat (15 ay x 29 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********41353 olan Xiaomi Mİ A2 markalı telefon üçün ümumilikdə 293.6 (iki yüz doxsan üç manat, altmış qəpik) manat olmaqla ondan 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 69.6 (altmış doqquz manat, altmış qəpik) dəbbə; cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 11.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 465(dörd yüz altmış beş) manat (18 ay x 25 manat +15 manat ilkin ödəniş) İMEİ Kodu 3**********74722 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 382 (üç yüz səksən iki) manat olmaqla ondan, 292 (iki yüz doxsan iki manat) ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə, 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********22091 samsung galaxy A 10 ümumilikdə 331.3 (üç yüz otuz bir manat, otuz qəpik) manat olmaqla ondan 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 78.3 (yetmiş səkkiz manat, otuz qəpik) manat dəbbə; cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 09.11.2019cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 638 (altı yüz otuz səkkiz) manat (12 ay x 49 manat + 50 manat ilkin ödəniş) İMEİ Kodu **********04738 olan X9 8 markalı telefon üçün 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 161.7 (yüz altmış bir manat, yetmiş qəpik) manat dəbbə, markalı telefon üçün ümumilikdə 692.7 (altı yüz doxsan iki manat, yetmiş qəpik) manat olmaqla ondan 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 161.7 (yüz altmış bir manat, yetmiş qəpik) manat dəbbə, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 756 (yeddi yüz əlli altı) manat (18 ay x 42 manat + 0 manat ilkin ödəniş) Samsung markalı televizor üçün ümumilikdə 901 (doqquz yüz bir) manat olmaqla ondan 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğin 643.7 manat təşkil etdiyini qeyd edərək, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********82167 olan HOFFMAN X GO markalı telefon üçün 70.3 (yetmiş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə, 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********41353 olan Xiaomi Mİ A2 markalı telefon üçün 234 (iki yüz otuz dörd) manat ödənilməmiş hissə, 69.6 (altmış doqquz manat, altmış qəpik) manat dəbbə, 11.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********74722 olan Samsung galaxy A10 markalı telefon üçün 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə, 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********22091 olan Samsung galaxy A10 markalı telefon üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 78.3 (yetmiş səkkiz manat, otuz qəpik) manat dəbbə, 09.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********04738 olan X9 8 markalı telefon üçün 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 161.7 (yüz altmış bir manat, yetmiş qəpik) manat dəbbə, 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 153 (bir yüz əlli üç) manat dəbbə, ümumilikdə 2691.9 manat borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2721.9 manat Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin baş direktoru 15.11.2021-ci il tarixdə Şərur Rayon Məhkəməsinin elektron poçt ünvanına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək ərizəsində, cavabdeh X1 qarşı iddia üzrə başlamış işin icraatda olduğunu, iddianın xahiş etdi hissəsində texniki səhv nəticəsində 23.05.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********41353 olan Xiaomi Mİ A2 markalı telefon üçün 234 manat ödənilməmiş hissə, 69.6 manat dəbbə yazıldığını, bu səbəbdəndə iddialarının dəqiqləşdirilməsinə zərurət yarandığını odur ki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********82167 olan HOFFMAN X GO markalı telefon üçün 70.3 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********41353 olan Xiaomi Mİ A2 markalı telefon üçün 224 manat ödənilməmiş hissə, 69.6 manat dəbbə pulu, 11.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********74722 olan Samsung galaxy A10 markalı telefon üçün 292 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********22091 olan Samsung galaxy A10 markalı telefon üçün 253 manat ödənilməmiş hissə, 78.3 manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********04738 olan X9 8 markalı telefon üçün 531 manat ödənilməmiş hissə, 161.7 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor üçün 748 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu, ümumilikdə 2691.9 manat borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2721.9 manat Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(110)-685/2021 nömrəli, 15.11.2021-ci il tarixli qərardadla mülki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı gəlməmiş, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinı baş direktoru 15.11.2021-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramda mülki iş üzrə məhkəmə iclasının 15.11.2021-ci il tarixə saat 15:00-a təyin olunduğunu, məhkəməyə ünvanladığı teleqramda məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 23.05.2019-cu il tarixli 00677999 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "ABC-Telekom" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- İMEİ Kodu **********41353 olan Xiaomi Mİ A2 model telefondur. X5 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 23.05.2019-cu il tarixli 00677999 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 435 (dörd yüz otuz beş) manat olan əşya üçün ilkin ödəniş etmədən həmin məbləği 15 (on beş) ay müddətinə, ayda 29 (iyirmi doqquz) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 23.05.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh Xiaomi Mİ Lite 3/32 GB model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 11.06.2019-cu il tarixli 00716647 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- 2 il Yeni qızıl zemanetli, telefon qurashdırma xidmetli, İMEİ Kodu **********74722 olan Samsung galaxy A10 model telefondur X5 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 11.06.2019-cu il tarixli 00716647 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 465 (dörd yüz altmış beş) manat olan əşya üçün ilkin ödəniş olaraq 15 (on beş) manat ödəməklə qalan məbləği 18 (on səkkiz) ay müddətinə, ayda 25 (iyirmi beş) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 11.06.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh Samsung galaxy A10 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 09.09.2019-cu il tarixli 00900242 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "ABC-Telekom" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- 2 il qızıl zəmanətli, İMEİ kodu **********22091 olan, Samsung galaxy A10 model mobil telefondur. X5 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 09.09.2019-cu il tarixli 00900242 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 348 (üç yüz qırx səkkiz) manat olan əşya üçün ilkin ödəniş etmədən həmin məbləği 12 (on iki) ay müddətinə, ayda 29 (iyirmi doqquz) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 09.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh oğlu Samsung galaxy A10 model mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 24.10.2019-cu il tarixli 01002439 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- İMEİ Kodu **********82167 olan Hoffman X GO model telefondur. X5 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 24.10.2019-cu il tarixli 01002439 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 120 (bir yüz iyirmi) manat olan əşya üçün ilkin ödəniş etmədən həmin məbləği 12 (on iki) ay müddətinə, ayda 10 (on) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 24.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh Hoffman X GO model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 09.11.2019-cu il tarixli 01038912 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "ABC-Telekom" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- İMEİ Kodu **********04738 olan X9 8 4/64 GB model telefondur. X5 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 09.11.2019-cu il tarixli 01038912 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 638 (altı yüz otuz səkkiz) manat olan əşya üçün ilkin ödəniş olaraq 50 manat ödəməklə qalan məbləği 12 (on iki) ay müddətinə, ayda 49 (qırx doqquz) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 09.11.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh oğlu X9 8 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 21.11.2019-cu il tarixli 01066274 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "ABC-Telekom" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- Samsung LED UE 32N5300AUXRU model televizordur. X5 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 21.11.2019-cu il tarixli 01066274saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 756 (yeddi yüz əlli altı) manat olan əşya üçün ilkin ödəniş etmədən həmin məbləği 18 (on səkkiz) ay müddətinə, ayda 42 (qırx iki) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 21.11.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh oğlu Samsung LED UE 32N5300AUXRU model televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı mallara görə "xxxx" MMC-yə 2118.3 manat əsas borcu, 573.6 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 2691.9 manat məbləğində borcu vardır. İş materiallarında olan ********* nömrəli, 27.08.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 19.05.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.05.2019-cu il tarixli 00677999 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh oğlu qiyməti 435 (dörd yüz otuz beş) manat olan əşya üçün ilkin ödəniş etmədən həmin məbləği 15 (on beş) ay müddətinə, ayda 29 (iyirmi doqquz) manat ödəməyi,11.06.2019-cu il tarixli 00716647 saylı müqaviləyə əsasən alıcı qiyməti 465 (dörd yüz altmış beş) manat olan əşya üçün ilkin ödəniş olaraq 15 (on beş) manat ödəməklə qalan məbləği 18 (on səkkiz) ay müddətinə, ayda 25 (iyirmi beş) manat ödəməyi, 09.09.2019-cu il tarixli 00900242 saylı müqaviləyə əsasən alıcı qiyməti 348 (üş yüz qırx səkkiz) manat olan əşya üçün ilkin ödəniş etmədən həmin məbləği 12 (on iki) ay müddətinə, ayda 29 (iyirmi doqquz) manat ödəməyi, 24.10.2019-cu il tarixli 01002439 saylı müqaviləyə əsasən, alıcı qiyməti 120 (bir yüz iyirmi) manat olan əşya üçün ilkin ödəniş etmədən həmin məbləği 12 (on iki) ay müddətinə, ayda 10 (on) manat ödəməyi, 09.11.2019-cu il tarixli 01038912 saylı müqaviləyə əsasən alıcı qiyməti 638 (altı yüz otuz səkkiz) manat olan əşya üçün ilkin ödəniş olaraq 50 manat ödəməklə qalan məbləği 12 (on iki) ay müddətinə, ayda 49 (qırx doqquz) manat ödəməyi, 21.11.2019-cu il tarixli 01066274saylı müqaviləyə əsasən alıcı qiyməti 756 (yeddi yüz əlli altı) manat olan əşya üçün ilkin ödəniş etmədən 18 (on səkkiz) ay müddətinə, ayda 42 (qırx iki) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək bütün mallar üçün cəmi 643.7 (altı yüz qırx üç manat yetmiş qəpik) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə Əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehdən 2691.9 (iki min altı yüz doxsan bir manat doxsan qəpik) manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2721.9 (iki min yeddi yüz iyirmi bir manat doxsan qəpik) manat pulun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********41353 olan Xiaomi Mİ A2 markalı telefon üçün 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 69.6 (altmış doqquz manat, altmış qəpik) manat dəbbə pulu, 11.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********74722 olan Samsung galaxy A10 markalı telefon üçün 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********22091 olan Samsung galaxy A10 markalı telefon üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 78.3 (yetmiş səkkiz manat, otuz qəpik) manat dəbbə pulu, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********82167 olan HOFFMAN X GO markalı telefon üçün 70.3 (yetmiş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********04738 olan X9 8 markalı telefon üçün 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 161.7 (yüz altmış bir manat, yetmiş qəpik) manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 153 (bir yüz əlli üç) manat dəbbə pulu olmaqla, ümumilikdə 2691.9 (iki min altı yüz doxsan bir manat doxsan qəpik) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********41353 olan Xiaomi Mİ A2 markalı telefon üçün 234 (iki yüz otuz dörd) manat ödənilməmiş hissə, 69.6 (altmış doqquz manat, altmış qəpik) manat dəbbə pulu, 11.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********74722 olan Samsung galaxy A10 markalı telefon üçün 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********22091 olan Samsung galaxy A10 markalı telefon üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 78.3 (yetmiş səkkiz manat, otuz qəpik) manat dəbbə pulu, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********82167 olan HOFFMAN X GO markalı telefon üçün 70.3 (yetmiş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********04738 olan X9 8 markalı telefon üçün 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 161.7 (yüz altmış bir manat, yetmiş qəpik) manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 153 (bir yüz əlli üç) manat dəbbə pulu, cəmi 2691.9 (iki min altı yüz doxsan bir manat doxsan qəpik) manat borc və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2721.9 manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-685/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-685/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver