Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-687/2022 20.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Tələbkar Borclu “aliment tələbinə barədə” məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Tələbkar Borclu qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment təyin olunması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsində 2015-ci ildə Borclu ilə evləndiklərini, 2022-ci ilin iyun ayına kimi bir ailədə ər-arvad kimi yaşadıqlarını, birgə yaşadıqları müddətdə xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adında uşaqlarının olduğunu, 2022-ci ilin iyun ayından Sahillə münasibətlərinin korlandığını və onun evi tərk edərək getdiyini, həmin vaxtdan da evi ilə maraqlanmadığını və uşaqların saxlanmasında ona heç bir yardım etmədiyini, Sahilin haliyyədə “N” saylı hərbi hissədə müddətdən artıq hərbiçi işlədiyini, əməkhaqqısının təxminən 1300 manatdan çox olduğunu, onun isə uşaqların saxlanmasında çətinlik çəkdiyini qeyd edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment təyin olunması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materialarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli çıxarışdan görünür ki, X5 ilə Borclu arasında 04 may 2015-ci il tarixdə 03 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Bağırzadə” soyadı verilmişdir. İş materialarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Nikah Evi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, tərəflər xx.xx.2016-cı il təvəllüdlü X1 valideyinləridir. İş materialarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Nikah Evi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, tərəflər xx.xx.2017-ci il təvəllüdlü X2 valideyinləridir. İş materialarında olan Kosacan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli 281 nömrəli arayışdan görünür ki, Tələbkar Şərur rayon Kosacan kəndində qeydiyyatda durur və onun aşağıdakı tərkibdən ibarət ailə üzvləri var.
1. Borclu-xx-xx.1994 həyat yoldaşı
2. X3-xx.xx-2016 qızı
3. X4-xx.xx-2017 qızı İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Borclu xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-cİ maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar; - 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; - 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün, onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir; - 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; - 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər; - 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddia tələbi üzrə iddiaçının dediyinə istinad edərək cavabdehin hərbi qulluqçu olmasını, təqribən 1300 manat əmək haqqı almasını nəzərə alsaq qeyd olunmalıdır ki, cavabdehdən 1300 manatın üçdə bir hissəsi, təqribən 433 manat məbləğində alimentin tutulması müəyyən olunacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə (433x12=5196) müəyyən edilir. Buna müvafiq olaraq da 71.96 (yetmiş bir manat doxsan altı qəpik) manat (5196-1000=4196/100x1=41.96+30=71.96) məbləğində dövlət rüsumu cavabdeh Borclu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq
əmr etdi:
xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla Şərur rayon Kosacan kəndinə qeydiyyatda duran və yaşayan Borclu hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi aliment qismində tutularaq Tələbkar ödənilsin. Məhkəmə əmri dərhal icra olunsun. Məhkəmə əmrinin verilməsi üçün müəyyən edilmiş 71.96 (yetmiş bir manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə köçürülsün. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Hakim : Seymur Qarayev