Məhkəmə qərarları › İş №2(110)-688/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-688/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-688/2022 21.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Cavabdehn iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh ona borclu olduğu 1050 (bir min əlli) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30.50 (otuz manat əlli qəpik) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh 3 baş iribuynuzlu heyvan satdığını, bu heyvanların qarşılığında onun ona bir neçə baş keçi verərək qalan məbləği isə 1050 manat olaraq razılaşdıqlarını, aradan xeyli vaxt keçdikdən sonra Fuaddan heyvanların pulunu istəyəndə Fuad heyvanları nisyə satdığını, lakin əlində pulu olmadığı üçün pulu verə bilmədiyini deyib ona biraz vaxt verməyimi bildirdiyini, aradan bir müddət keçdikdən sonra Fuaddan yenə xəbər çıxmadığını, onun hər dəfə ona zəng vuranda vaxt istədiyini, onun məcbur qalıb aidiyyatı orqanlara şikayət elədiyini, Fuadın onun şikayətinə görə yazılı iltizam verərək iyul ayının 31-dək pulu ödəməyi öhdəsinə götürdüyünü, lakin bu zaman kimi həmin pulu ödəmədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək, Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh ona borclu olduğu 1050 (bir min əlli) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30.50 (otuz manat əlli qəpik) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı pul tələbi barədə iddia qaldırdığını, xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə baxışı iclasında maddi imkanı olmadığından iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirib iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, həqiqətəndə iddiaçının üç baş iribuynuzlu heyvanını nisyə aldığını, həmin heyvanların qiymətinə müvafiq iddiaçıya bir neçə baş keçi verdikdən sonra iddiaçıya 1050 manat borcunun qaldığını, həmin heyvanları başqasına nisyə satdığını, həmin malların pullarını ala bilmədiyi üçün iddiaçının pulunu vaxtında ödəyə bilmədiyini, iddiaçının məhkəməyə müraciət etdiyini, iddiaçıya borcunun olmasını etiraf etdiyini, tezliklə iddiaçıya olan borcunu ödəyəcəyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının məhkəməyə ünvanladığı ərizəsində qeyd etdiyi kimi iddiasını müdafiə etməsini, cavabdehin isə iddianı etiraf etməsinə dair izahatını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan borcun etirafı barədə sazişindən görünür ki, Cavabdeh X2 olan borcu 1500 manatı, X1 olan borcu 900 manatı, X3 olan 2400 manatı və X6 olan borcun 1050 manatı iyul ayının 31-dək ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh etiraf ərizəsindən görünür ki, İddiaçı ona qarşı iddia qaldıraraq 1050 manat məbləğində pulun və 30.50 manat dövlət rüsumunun ondan alınıb iddiaçıya ödənilməsini xahiş etdiyini, həqiqətən də iddiaçıya 1050 manat məbləğində pul borclu olduğunu, iddiaçı ilə öz aralarında razılığa gəldiklərini, qısa müddət ərzində borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı nisyə aldığı üç baş iribuynuzlu heyvana görə ona 1050 manat borclu qalmış, aradan uzun müddət keçməsinə baxmayaraq heyvanların pulunu iddiaçıya qaytarmamışdır. Belə olan təqdirdə iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçıya həqiqətəndə 1050 (bir min əlli) manat borclu olduğunu etiraf edərək, məhkəməyə borcun etirafı barədə ərizə təqdim etmişdir. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; http://e-qanun.az/framework/46945 - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı təsdiq olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh iddiaçıya 1050 (bir min əlli) manat məbləğində borcunun olmasını etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin qaydada təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etdiyindən, ödənilmiş 30.5 (otuz manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Vərməziyar kəndində qeydiyyatda olan Cavabdeh 1050 (bir min əlli) manat məbləğində borc pul və 30.5 (otuz manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1080.5 (bir min səksən manat əlli qəpik) manat məbləğində pul alınaraq Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olmaqla, Bəyəhməd kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar