Məhkəmə qərarları › İş №2(110)-691/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-691/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-691/2021 15.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********42 nömrəli 27.08.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 25.08.2021-ci il tarixinə 4468.15 manat (dörd min dörd yüz altmış səkkiz manat on beş qəpik) əsas, 1334.25 manat (bir min üç yüz otuz dörd manat iyirmi beş qəpik) faiz borcu olmaqla, ümumilikdə 5802.4 manat (beş min səkkiz yüz iki manat qırx qəpik) kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat (qırx qəpik) bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış 27.08.2019-cu il tarixli BPM**********42 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh oğluna 36 ay müddətinə illik 24% dərəcəsi ilə hesablanmaqla, 5500 (beş min beş yüz) manat məbləğində nağd kredit verildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, lakin cavabdehin müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəmədiyini, BPM**********42 nömrəli 27.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 25.08.2021-ci il tarixinə 4468,15 manat (dörd min dörd yüz altmış səkkiz manat on beş qəpik) əsas, 1334,25 manat (bir min üç yüz otuz dörd manat iyirmi beş qəpik) faiz borcu olmaqla, ümumilikdə - 5802,4 manat (beş min səkkiz yüz iki manat qırx qəpik) borcu olduğunu qeyd edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********42 nömrəli 27.08.2019cu il tarixli Kredit müqaviləsi üzrə 25.08.2021-ci il tarixinə 4468,15 manat (dörd min dörd yüz altmış səkkiz manat on beş qəpik) əsas, 1334,25 manat (bir min üç yüz otuz dörd manat iyirmi beş qəpik) faiz borcu olmaqla, ümumilikdə - 5802,4 manat (beş min səkkiz yüz iki manat qırx qəpik) kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat (qırx qəpik) bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin 15.11.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcuna dair” iddia ərizəsinin məhkəmənin icraatında olduğunu, qeyd olunan 2(110)-691/2021 saylı mülki iş üzrə 15.11.2021-ci il tarixə, saaat 14:00-a təyin olunmuş məhkəmə baxışının olması ilə əlaqədar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185 və 259-cu maddələrinə əsasən iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq о, məhkəmə baxışı iclaslarına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında 27.08.2019-cu il tarixdə BPM**********42 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Borcverən 5500 (beş min beş yüz) manat məbləğində krediti 36 (otuz altı) ay müddətinə (27.08.2022 tarixədək) illik 24 (iyirmi dörd) faiz ödəmək şərtilə Borcalana verməyi, Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən Borcalan kreditin rəsmiləşdirilməsi və xidməti üzrə Borc verənə kredit məbləğinin 1 %-i (minimum 20 AZN) miqdarında komisyon haqqı ödəyir. Həmin Müqavilənin 3.8-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. Həmin Müqavilənin 3.9-cu bəndinə əsasən Borcverən Borcalandan krediti və ona hesablanmış faizləri vaxtından əvvəl qayatarılmasını tələb edə bilər... İş materiallarına əlavə olunmuş 27.08.2019-cu il tarixli FJB**********812 nömrəli və 28.08.2019-cu il tarixli FJB**********351 nömrəli Məxaric orderlərinin surətlərindən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh 2000 manat və 3000 manat olmaqla, cəmi 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 25.08.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 25.08.2021-ci il tarixə Cavabdeh Banka əsas borc üzrə 4468.15 manat (dörd min dörd yüz altmış səkkiz manat on beş qəpik) əsas, 1334.25 manat (bir min üç yüz otuz dörd manat iyirmi beş qəpik) faiz borcu olmaqla, ümumilikdə 5802.4 manat (beş min səkkiz yüz iki manat qırx qəpik) məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 27.08.2019-cu il tarixli BPM**********42 nömrəli Kredit Müqaviləsinə Əlavə 1-ə (ödəniş cədvəlinə) əsasən, ”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 5500 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 27.09.2019 - 27.07.2022 tarixləri ərzində ayda 215.8 manat, 27.08.2022 tarixində isə 214.81 manat olmaqla, cəmi 7767.81 manat pulu ”Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 28.08.2018-05.03.2021-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, o, həmin dövr ərzində onun adına aşılmış hesab vasitəsi ilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır İş materiallarına əlavə olunmuş 26.08.2021-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 09.07.2021-ci il tarixli, 22-8669/2021 nömrəli bildirişindən və poçt göndərişinin verilməsi haqqında xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27.08.2019-cu il tarixli BPM**********42 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Borcalan isə götürdüyü krediti faizləri ilə birlikdə 27.09.2019 - 27.07.2022 tarixləri ərzində ayda 215.8 manat, 27.08.2022 tarixində isə 214.81 manat olmaqla, cəmi 7767.81 manat pulu ”Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyararaq Banka əsas borc üzrə 4468.15 manat (dörd min dörd yüz altmış səkkiz manat on beş qəpik) əsas, 1334.25 manat (bir min üç yüz otuz dörd manat iyirmi beş qəpik) faiz borcu olmaqla, ümumilikdə 5802.4 manat (beş min səkkiz yüz iki manat qırx qəpik) məbləğində kredit borcu yaranmışdır. Borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC Borcalana qarşı borcun qaytarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməklə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27.08.2019-cu il tarixli BPM**********42 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh oğlundan əsas borc üzrə 4468.15 (dörd min dörd yüz altmış səkkiz manat on beş qəpik) manat, faiz borcu üzrə 1334.25 (bir min üç yüz otuz dörd manat iyirmi beş qəpik) manat olmaqla, ümumilikdə 5802.4 (beş min səkkiz yüz iki manat qırx qəpik) manat məbləğində pul tutularaq ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 27.08.2019-cu il tarixli BPM**********42 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 4468.15 (dörd min dörd yüz altmış səkkiz manat on beş qəpik) manat, faiz borcu üzrə 1334.25 (bir min üç yüz otuz dörd manat iyirmi beş qəpik) manat, cəmi 5802.4 manat (beş min səkkiz yüz iki manat qırx qəpik) manat borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 (qırx) manat bank xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 5832.8 (beş min səkkiz yüz otuz iki manat səksən qəpik) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin . Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar