Məhkəmə qərarları › İş №2(110)-696/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-696/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-696/2024 03.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 23,3 qram kızıl kolyenin qaytarılması və ya onun aldığı qızılların dəyəri olan 3200 manatın, həmin məbləğin illik 5%-ni təşkil edən (2022-ci ilin may ayından 2024-cü ilin iyul ayınadək olan müddətə hesablanmış = 13 ay) 333 manat kompensasiyanın (əldən çıxmış fayda), 300 manat bu məsələ ilə bağlı məhkəmə və digər qurumlara getdiyində xərclədiyi (xərcləyəcəyi) yol xərcləri (toplam 3833 manatın) və 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, ərizədə sübutların siyahısı göstərilməmiş, iddia tələbini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. Məhkəmənin əsaslandırması Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qanunvericiliklə bir birindən fərqləndirildiyindən ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini əsaslandıran sübutlar olduğu iddia ərizəsinin məzmununda ayrıca göstərilməlidir. İddia ərizəsi kağız daşıyıcıda verildikdə cavabdehlərin sayına görə həmin sübutların surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci və maddəsinin tələbinə əsasən ərizə geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, ərizə geri qaytarılarkən Azərbaycan Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.2, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Kapital Bank ASC-nin X1 Xəzinədarlıq Orqanının hesabına xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənmiş 75 (yetmiş beş) manat dövlət rüsumu İddiaçı geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar